Sual (51) : «Vətəndən imtina etmək» nədir?
Имя: Elmar, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
«Vətəndən imtina etmək» vətəni tərk etmək və oraya bir daha qayıtmamağı qərara almaqdır. Belə ki, bir daha orada yaşamaq fikrində olmasın.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (52) : Mənim işim ayrı bir şəhərdədir. Öz vətənimə qayıdanda namazımın hökmü necədir?
Имя: yusif, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər öz vətəninizdən imtina etməmisinizsə, namazınız bütövdür.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (53) : Qadın vətən məsələsində ərinə tabedirmi?
Имя: Kamran, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Qadın tabe deyil, öz niyyəti və qərara gəlməsi meyardır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (54) : Övladın valideyndən namazı bütöv, ya qəsr qılmaqda tabeçilik etməsi barəsində: Birinci, övlad ata-anasının hər ikisinə tabedir, yoxsa təkcə atasına? Anasının vətəni atasının vətənindən ayrı olduğu təqdirdə övladın vəzifəsi nədir? (Nəzərə alınsın ki, atası anasının vətənində müsafirdir.) İkinci: Bu tabeçilik nə vaxta qədərdir? Üçüncü: Övlad bir şəhərdə doğulmuşdur, lakin bu şəhər nə atasının, nə də anasının vətəni deyilsə, bura onun vətəni hesab olunurmu?
Имя: Terlan, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Tabeçilik müstəqil şəkildə yaşaya bilməyən bir şəxsin digər bir şəxsin iradə və himayəsində yaşamasına deyilir. Bu cəhətdən kiçik və böyük, ata və həyat yoldaşı və özgələr arasında heç bir fərq yoxdur. Buna görə də əgər övlad anasına tabedirsə, istər-istəməz anası ilə və anasının vətənində yaşayıb orada böyüsə, anasının vətəni onun da vətəni hesab olunacaq. Əgər ora atasının vətəni hesab olunmasa və atası orada müsafir olsa da belə. Bu tabeçilik o vaxta qədərdir ki, övlad yaşayışında müstəqil olsun və orada qalıb-qalmayacağını öz meylinə uyğun qərara alsın.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (55) : Qadın öz ərinə və uşaq atasına bir yerdə məskunlaşma, ya köçüb getmə məsələsində tabeçilik etməkdə məcburdur, yoxsa yox? Qərarlaşma və niyyət qadın və övladın özlərinə aiddir, ya xeyr?
Имя: Yadulla, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Qadın və övladın bir yerdə məskunlaşma və köçüb getmə məsələsində tabeçiliyi yoxdur. Amma qadın «ərim harada yaşasa məndə orada yaşayacağam», övlad da «atam harada yaşasa məndə orada yaşayacağam» desə və özünün müstəqil qərarı olmasa məskunlaşma, ya köçüb getmə məsələsində tabeçilik adi qayda üzrədir. Amma orada müstəqil qərara almaq vardırsa və qadın öz əsli vətənindən üz çevirməyibsə, əri fikrindən dönsə də köçüb getmək məsələsi həqiqiləşmir. Övlad da həmin qayda ilədir. Övlad müstəqil olandan sonra tabeçilikdən xaricdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (56) : Bir şəxs Qum şəhərindən Tehrana köçüb, orada ailə qurub yaşamağa başlamışdır. Amma vətəni olan (Qum) şəhərindən imtina etməməmişdir. İndi buyurasınız: Əgər həyat yoldaşını Quma iki, ya üç günlük ziyarətə və qohum-əqrəbaya baş çəkmək üçün gətirərsə, öz namazı Qumda tamam oluğu halda həyat yoldaşının vəzifəsi nədir?
Имя: Islam, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Verilən suala əsasən Quma gələn zaman həyat yoldaşının namazı qəsrdir. Əlbəttə orada on gün qalmaq niyyəti olmasa.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (57) : Ərə gedən bir qız özünə vətən təyin etməkdə ərinə tabedirmi, yoxsa gərək özü müstəqil şəkildə qərara gəlsin. Əgər öz əsli vətəninə gedərsə vəzifəsi nədir?
Имя: Nemet, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Qadın vətən təyin etməkdə ərinə tabe deyil, öz əsli vətənindən imtina etmədiyi surətdə orada öz namazını tamam qılmalı və orucunu da tutmalıdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (58) : Qadın vətən təyin etmək və ya vətəndən imtina etmək məsələsində ərinə tabedir, ya müstəqil ola bilər?
Имя: Islam, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Vətən məsələsində qadın ərinə tabe deyil və əri ilə bir yerdə onun yaşadığı yerdə yaşamaq istədiyi surətdə ərinin vətəni onun da vətəni hesab olur. Amma ərinin razılığı ilə, ya hətta ərinin razılığı olmadan başqa bir yerdə daimi yaşamaq istəsə, o yer onun vətəni sayılır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (59) : Övlad vətən məsələsində, ya köçüb getməkdə atasının tabeçiliyindədir, yoxsa müstəqildir?
Имя: Camal, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Övlad müstəqil olmayana qədər vətən məsələsində öz hamisinə tabedir. Amma nə vaxt müstəqil yaşamağa başlasa özü üçün vətən təyin edə bilər və ya bir yerdən imtina edər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (60) : Əgər insan başqa bir şəhərdən evlənsə, qadının vətəni öz şəhəridir, yoxsa ərinin yaşadığı şəhər?
Имя: Terlan, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Ərinin niyyəti ömrünün axırına qədər öz vətənində yaşaması olsa və qadının da qəsdi ömrünün axırına qədər həyat yoldaşı ilə birgə onun şəhərində yaşamaq olsa, ərinin vətəni onun da vətəni hesab olunur, qadının öz şəhəri daha onun vətəni hesablanmaz.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP