Sual (41) : Tovzihul-məsailin 1353-cü məsələsində buyurmusunuz: “Əsl vətəni olmayan və bir yerdə həmişəlik qalmaq istəməyən bir şəxs üçün o yer onun vətəni hesab olunmur. Amma qalmaq qəsdi olmadan çox qalsa, nəticədə oranın camaatı “bura onun vətənidir” desələr, bu halda vətəni hesab olunur”. Mən səkkiz ildir ki, Qum şəhərində təhsil alıram və burada da ailə həyatı qurmuşam. Qum şəhərində daimi qalmaq niyyətim yoxdursa vəzifəm nədir? Əlbəttə, getməyim də mütləq deyil, hələlik gələcək üçün ayrı bir qərara gəlməmişəm.
Имя: Ilkin, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Gələcək illərdə getməyi qərara almadığınıza baxmayaraq, camaat sizi Qum əhli hesab etsələr, həmişəlik qalmaq qəsdiniz olmasa da, Qum sizin üçün vətən hökmündədir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (42) : Mən Tehran sakiniyəm. Tehrandan 36-km. aralıda dağlıq ərazilərin birində bağ evim vardır. Bəzən istirahət və gəzmək üçün oraya gedirəm. Orada dünyaya gəlmədiyim surətdə həmin yerdə namaz və orucumun hökmü necədir?
Имя: Orxan, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Verilən suala əsasən on gün orada qalmağı və ya oranı daimi vətən sevməyi niyyət etməsəniz, sizin namazınız qəsrdir, orucunuz da səhih deyil. (İl ərzində neçə ay olsa da.)
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (43) : Uşaq atasının birinci vətənində dünyaya gələrsə, bir müddət orada qaldıqdan sonra başqa bir yerə köçüb oranı özü üçün yaşayış yeri təyin etsə, hansı yer onun vətəni hesab olunur?
Имя: Iltifat, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
İkinci yer.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (44) : Əgər müsafir zöhrdən sonra öz vətənindən şəri məsafəyə tərəf hərəkət edirsə, onun namaz və orucunun hökmü necədir?
Имя: Elmar, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
O günün orucu səhihdir, amma namazını səfərdə qılmaq istəsə, gərək qəsr qılsın.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (45) : Öz əsli vətənindən üz döndərib-döndərməməsinə diqqət etməyi bilməyən qadınlar başqa şəhərə öz həyat yoldaşlarının evinə gedirlər. Məsələyə diqqət edəndən sonra niyyət edirlər ki, əgər ailə həyatı ömürlərinin axırlarına qədər davam edərsə ərlərinin vətənində qalacaq, əks halda öz vətəninə qayıdacaqlar. Buyurasınız ki, öz əsli vətənlərinə gələn vaxt bu qadınların namaz və orucunun hökmü necədir?
Имя: Yasar, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Nə qədər ki, öz əsli vətənlərindən imtina etməyiblər, vətən hökmü öz yerində qalır və orada namazlarını tamam qılmalıdırlar.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (46) : Ürvətül-Vüsqa kitabında qeyd olunub ki, “Yeni təyin etdiyi vətəndə bir miqdar orada qalandan sonra el arasında bura onun vətənidir - deyilsə, etibarlı sayılır. Qeyd olunan etibar camaatın nəzərinə və xüsusiyyətlərinə əsasən müxtəlifdir. Belə də ola bilər ki, daimi qalmaq niyyəti edəndən sonra bir ay, ya ondan az müddət qalandan sonra bu etibar hasil olar.“ Sualımız budur ki, camaat və onların xüsusiyyətlərinin müxtəlif olmalarında hansı səbəb nəzərdə tutulur, onu təyin etmək hansı hesab və meyarladır?
Имя: Telman, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Adətən insanın yeni yaşayış üçün seçdiyi yer, sadəcə vətən qəsdi, ya orada daimi qalacağını niyyət etməklə onun üçün vətən hökmünü daşımır. Gərək bir müddət orada qalsın və el arasında “bura onun vətəni və yaşayış yeridir” deyilsin. Bu müddət də camaatın fikrinə əsasən uyğunlaşır. Mümkündür ki, bu nisbət bir şəxs üçün qısa bir müddət qalandan sonra, başqa bir şəxs üçün isə uzun müddət qalandan sonra hasil olsun.
Ümumiyyətlə meyar el arasında hasil olduğu üçün hər miqdar qalmaqla “bura onun vətəni və yaşadığı yerdir deyilsə“ o yer vətən hökmündədir. Qeyd etmək lazımdır ki, şəkk olunan vaxtlar qalmaq qəsdi edilməyibsə, ehtiyata əməl olunsun; namazını həm bütöv, həm də qəsr qılsın.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (47) : Mən tehranlıyam, Qum şəhərində evlənib orada qalmışam və indi övlad sahibi olmuşam. Bəzi vaxtlar qohum-əqrəbaya baş çəkməyə ya başqa bir iş üçün öz övladımla Tehrana gedirik. Özüm oradan imtina etmədiyim üçün namazımı bütöv qılıram. Övladım da mənə tabe olduğu üçün namazını tamam qılmalıdırmı?
Имя: vasif, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Verilən suala əsasən sizin övladınız Qum şəhərində dünyaya gəlib və orada boya-başa çatmışdır. Heç vaxt sizin vətəninizdə qalıb yaşamadığı üçün orada müsafir hökmünü daşıyır. Sizin namazınız tam olsa da, onun namazı qəsrdir. Fərz olunan halda tabeçilik lazım deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (48) : Ərak şəhərindən olan bir müsafir Qum şəhərinə gəlib, sonra Qumdan Bürucerd şəhərinə getməyi qəsd edib yola düşmüşdür. Ərak şəhərinə həddi-tərəxxüsdən az olan (Ərakın evlərinin divarlarını görür və şəhərin azan səsini eşidir) özünün əkin sahələrinin yanından keçəndə namaz üçün dayanmışdır. Onun namazı orada qəsrdir, ya bütöv?
Имя: Tahir, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Verilən suala əsasən onun namazı bütövdür.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (49) : Vətənim Qum şəhəridir, amma Ərak şəhərində sakinəm. Səfər zamanı Qumdan keçsəm və Qumdan on kilometr aralıda yerləşən qəsd etdiyim yerə çatsam, orada namazım tamamdırmı? Bu halda şəri məsafəni Qumdan hesablayım, yoxsa Ərakdan?
Имя: yusif, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Verilən suala əsasən sizin namazınız bütövdür, şəri məsafəni gərək Qumdan hesab edəsiniz.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (50) : Tovzihul-məsail risaləsində əsas vətənlə bağlı bəyan etdiyiniz hökmlər nədir?
Имя: wusal, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əsas vətəndən məqsəd insanın doğulduğu və atasının diyarı olan yerdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP