Sual (31) : Namaz halında namaz qılınan yerdə musiqi səsi gəlsə, namaz qılanın vəzifəsi nədir?
Имя: Yadulla, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər qulaq asmasa, işkalı yoxdur. Əgər namazdan əvvəl haram musiqi səsinin ucalmasını bilsə, imkan olan surətdə namaz üçün başqa bir yerə getsin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (32) : Bir şəxs səfər qəsdi ilə tərəxxüs həddindən kənarda yerləşən aeroporta gedir. Bilir ki, təyyarə havaya qalxandan sonra şəhərin üstündən keçəcəkdir. Aeroportda onun namaz və orucunun hökmü necədir?
Имя: Rahil, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Verilən suala əsasən aeroportda bu şəxsin namazı qəsrdir və oruc tutmağı da səhih deyil. Qayıdan vaxtda da bu qayda ilədir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (33) : Şəri məsafə nə qədərdir?
Имя: Eldayaq, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Şəri məsafə səkkiz fərsəxdir; bu da 45 kilometrdən ibarətdir. Bir şəxsin gedib-qayıtması səkkiz fərsəx olsa, bu şərtlə ki, onun getməyi dörd fərsəxdən az olmasa, gərək namazını şikəstə qılsın.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (34) : Şəri məsafə haradan haraya kimi hesab edilir?
Имя: Camal, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
El arasında axırıncı yer hesab olunan məkandan əvvəlinci yerin başlanğıcına qədər hesab olunur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (35) : Mənim vətənim İsfahan şəhərinin ətrafındadır. İsfahana gedəndə şəhərin əvvəlinə kimi dörd fərsəx deyil, lakin mənim məqsədim olan (İsfahan bazarı kimi) yerə qədər dörd fərsəxdir. Namaz və orucum hansı hökmdədir? Əlbəttə həmin gün qayıtmaq fikrindəyəm.
Имя: Xaleddin, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Verilən suala əsasən namaz tamam və oruc da səhihdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (36) : Bir şəxs Qum şəhərindən iki fərsəx aralıda yerləşən bir kəndə gedir. Orada üç gün qalacağını və on fərsəxlik bir yolla geri qayıdacağını qəsd edir. O kəndə gedəndə və qalacağı üç gün ərzində namazı tamamdırmı?
Имя: Elmar, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Verilən suala əsasən, gedilən məsafə dörd fərsəxdən az da olsa bütün səfər boyu namazı şikəstədir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (37) : Bir şəxs hər gün yaşadığı yerdən şəri məsafədən az olan yerdə yerləşən iş yerinə gedib gəlir. Amma bəzi vaxtlar işdən sonra İsfahana gedəcəyini qəsd edir, iş yeri ilə İsfahan arasında olan yol 5 fərsəxdən ibarətdir. Bu halda işlədiyi yerdə namaz qılmağının hökmü nədir? Əgər işlədiyi yerdən şəri məsafəsi az olan yerə getsə, amma yaşadığı yerdən getdiyi yerə qədər 45 kilometrdirsə, bu halda hökm necədir?
Имя: Elmar, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Qeyd olunan halda vətənində işdən sonra İsfahana gedəcəyini qəsd edibsə şəri məsafə hesablanır. İş yerində və İsfahanda namazı qəsrdir. Səfər qəsdinin meyarı vətəndəndir. Buna görə ikinci fərzdə namaz qəsr və oruc səhih deyil. Amma vətəndən hərəkət zamanı qəsdi olmasa, iş yerinə çatandan sonra başqa yerə gedəcəyini qərara alsa, əgər iş yerinin məsafəsi o yerədək və o yerdən vətəninə qədər cəmi bir yerdə 8 fərsəx, ya çox olsa, namazı şikəstədir. Əks təqdirdə namazı tamamdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (38) : Bir şəxs hər gün işlə əlaqədar 16 kilometr yol gedir. Əgər bir gün işlədiyi yerdən şəxsi, ya dövlət işi üçün bir miqdar getsə, getdiyi yerlə vətəninə qayıtdığı yolun fasiləsi şəri məsafə qədərdirsə və iş yerinə qayıdıb oradan vətəninə qayıtmağı niyyət edibsə, onun namaz və orucunun hökmü necədir?
Имя: Terlan, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Verilən suala əsasən işlədiyi yerdə belə qərara gəlibsə, işlədiyi yerdən getmək istədiyi yer arasındakı məsafə dörd fərsəxdən az olmasa gedib vətəninə qayıdana qədər namazı qəsrdir və orucu da səhih deyil. İş yerinə, ya birbaşa vətəninə qayıtması arasında heç bir fərq yoxdur. Amma işlədiyi yerdən getdiyi yerə qədər məsafə dörd fərsəxdən az olarsa (yəni getməyi dörd fərsəx olmasa ) müsafir hesab olunmur, (baxmayaraq ki cəmi, şəri məsafə qədərində ola) namazı bütöv və orucu səhihdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (39) : Təzə bir yeri vətən təyin etdikdə neçə müddət orada qalmaq lazımdır ki, ona vətən deyilsin?
Имя: Elmar, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Daimi vətən qəsdi edəndən sonra el arasında “oranın sakinidir” deyilsə kifayətdir; zahirən 6 ay müddətində orada qalsa kifayət edər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (40) : O yerin camaatının «bura onun vətənidir» deməsi meyarının zaman müddəti nə qədərdir?
Имя: Perviz, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Meyar el arasında deyilən müddətdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP