Sual (241) : Mən Sari şəhərinin əhalisindən olan bir dini tələbəyəm, neçə müddətdir ki, işimlə əlaqədar Rəşt şəhərində çalışmaqdayam. Nə vaxta kimi burada qalacağım məlum deyil. Mən işimlə əlaqədar, habelə minbərə (təbliğə) getmək üçün mütəmadi şəkildə Gilan məntəqəsinin şəhərlərinə getməli oluram. Yaşadığım yerdə on gün qalmağım müstəsna və nadir hallarda baş verir. Buna görə də iqamət qəsdi ilə on gün bir yerdə qalmaq mümkün olmur. Mənin namaz və oruclarım necə olmalıdır?
Имя: Zamin, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanir-rəhim

Sizin vəzifəniz orucu tutub və namazı tamam qılmaqdır. Əgər 10 gün (iqamət qəsdi edib) bir yerdə qalsanız, birinci səfərdə şikəstə olacaqdır.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (242) : Bir kəsin iş yeri müsafir məsafəsi qədərində vətənindən uzaqda yerləşirsə və hər gün iş yerinə gedib-qayıdırsa, yaxud bir həftə iş yerində qalırsa, onunla birlikdə olan ailəsinin namazlarının hökmü necədir?
Имя: Zamin, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanir-rəhim
Ailəsi müntəzəm olaraq onunla bir yerdədirsə, onların hamısının namazı tamdır.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (243) : Qum və Kərəc kimi iki şəhər arasında daim səfərdə olan bir kəs, hər gün vətəni olmayan Kərəc şəhərinin iki fərsəxliyinə, tədris və ya başqa işlər üçün gedir və qayıdırsa, belə bir şəxs Qum, Kərəc və onun ətrafında namazlarını tamam qılmalıdırmı?
Имя: Zamin, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanir-rəhim
Tamam qılmalıdır.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (244) : Bir kəsin yaşadığı yerlə sahib olduğu mülk arasında məsafə dəqiq məlum deyil. Yolun neçə kilometr olduğunu müəyyənləşdirməyib. Lakin adi halda iki saatlıq yoldur. O mülkdə onun və uşaqlarının namazlarının hökmü nədir?
Имя: Zamin, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanir-rəhim
Mümkündürsə, araşdırma aparsın. Əgər araşdırmaq mümkün deyilsə, məsafənin nə qədər olması şübhəlidir: namazını tamam qılsın.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (245) : Qəsr namazının məsafəsində səfərin başlanğıcı və sonu haradan hesablanır?
Имя: Zamin, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanir-rəhim
İki şəhər arasındakı məsafədə meyar, hərəkət başlanan yerin axırıncı evi və məqsədin (çatdığı yerin) birinci evi nəzərdə tutulur.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP