Sual (31) : Bir il yarım bundan öncə mənim maşınımda bir pul kisəsi yaddan çıxıb qalmışdı və heç bir nişanəsi yox idi. Müsafirin düşdüyünü ehtimal verdiyim ərazilərdə divarlara, küçələrə elan yapışdırdım. Habelə qəzetlərin birində də elan verdim. Bütün bunları nəzərə almaqla mənim şəriət “Rəddi-məzalim” dedikdə insanların (qəti və ya ehtimala görə) haqları nəzərdə tutulur ki, onun sahibinin kim olduğu dəqiq məlum deyil və şəriət hakimi tərəfindən ehtiyacı olan yoxsul insanlara sərf edilir. baxımından vəzifəm nədir? Əlavə etmək lazımdır ki, pulun məbləği 308000 rialdır. Bu puldan 45000 rial məbləğində qəzetdə verilən elan üçün və 10000 rial məbləğində də divarlara elan yapışdırmaq üçün bir şəxsə verdim. Yerdə qalan pulu isə bir cavanın, yəni öz qardaşımın toy xərclərinə sərf etdim. Hal-hazırda mənim vəzifəm nədir?
Имя: Zamin, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim 

Toyda xərclədiyiniz pulla bağlı hökm budur ki, buna ehtiyacı var idisə, biz icazə veririk və eybi yoxdur. Amma xərclədiyiniz pullar barəsində isə, əgər onun sahibinin razılığına yəqininiz var idisə, eybi yoxdur. Lakin onun razılığına əminlik əldə olunmasa, bu pulu borclusunuz. Ehtiyat budur ki, bu miqdar pulu ehtiyaclı bir şəxsə verəsiniz.

Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (32) : Hansı hallarda tapılan əşyaların sahiblərini tapmaq üçün səy göstərilməlidir? Hansı hallarda elan etmək lazım deyil? İndiki zamanda hansı şəkildə elan olunmalıdır?
Имя: Zamin, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim 
Mal sahibini elan etmək yolu ilə tapmaq mümkün olan yerlərdə elan etmək lazımdır. Bizim zamanımızda elan etmək məscidlərdə deməkdən, camaat çox olan mərkəzlərdə və itən əşyanı tapdıqları yerdə, habelə qəzetlərdə və buna oxşar informasiya vasitələrində elan etməkdən ibarətdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (33) : Bir heyvan başqa bir şəxsin heyvanları çöldən qayıdır. Bir ildən sonra heyvanın sahibi tapılmadığından onu kəsirlər. Camaat onun ətindən yeyir. Bu ətdən istifadə edənlərin hökmünü iki halda: heyvanın sahibinin naməlum olmasını bildikləri və bilmədikləri halda, bəyan edin.
Имя: Elnur, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanir-rəhim
İtən heyvanı tapan hər bir şəxs, bir il onun sahibini soraqlaşmalıdır. Sahibi tapılmasa bu heyvanı onun əsil sahibi tərəfindən Allah yolunda sədəqə verə bilər. Habelə, sahibinin tapılacağı təqdirdə əvəzini sahibinə qaytarmaq niyyəti ilə heyvanı özünə götürə bilər. Əgər sahibi məlum deyilsə, şəriət hakiminin icazəsi ilə onu ehtiyacı olanlara vermək lazımdır.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (34) : İmam Rizanın (ə) müqəddəs ziyarətgahında bəzən minlərlə itirilmiş ayaqqabılar taplır. Bu ayaqqabıların hökmlərini bəyan edin.
Имя: Elnur, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim

Bismillahir-rəhmanir-rəhim
Mütəhhər hərəmin ayaqqabı saxlanılan salonunda sahibsiz qalmış ayaqqabılar barəsində elan etməklə, ümumi camaata məlumat vermək lazımdır. Sahiblərinin tapılmasına ümid kəsilərsə, onları ehtiyacı olanlara versinlər və ya satıb pulunu onlara versinlər.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

Go to TOP