Sual (71) : Onu nece aid elemel olarki gelen nemlik spermadı yoxsa sperma deyil. Çox sagolun
Имя: Anar, Страна: Azerbaycan, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əgər insandan sperma, ya sidik və ya başqa bir şey olduğu bilinməyən bir rütubət xaric olsa, belə ki, həmin rütubət şəhvətli və ya sıçrayaraq xaric olubsa, bu halda əgər xaric olduqdan sonra bədəni süst olarsa, o rütubət sperma hökmündədir. Əgər bu üç nişanədən heç biri, ya onlardan bəziləri onda olmasa, sperma hökmündə deyildir. Amma xəstə adamda o rütubətin sıçrayaraq xaric olması və xaric olduğu zaman bədənin süst olması şərt deyildir; sadəcə əgər şəhvətlə xaric olsa sperma hökmünü daşıyır. Qadınlarda isə mazaqlaşan zaman, yaxud şəhvət yaradan şeyləri təsəvvür etməklə hiss etdikləri zaman xaric olan rütubət pakdır, qüslü yoxdur, dəstəmazı da batil etmir. Amma qadınlarda şəhvətlə çıxan, "inzal" adlana biləcək həddə olan və libaslarını aludə edən, adətən də şəhvətin ən şiddətli vaxtında xaric olan rütubət murdardır və cənabətə səbəb olur.
http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (72) : Allahın salamı olsun. Eger azacıg meni xaric olsa bu qüslu pozur ya yox?
Имя: Anar, Страна: Azerbaycan, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Sperma xaric olduqda qüsl etmək vacib olur, istər az xaric olsun, istərsə də çox.
http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (73) : bismillah salam bilmək istərdim ayaqyolundakı krantda dəstəmaz almaq düzgündürmü bir şəxsin ayaqyolusu geniş olduqundan ora həm unitaz qoyub həmdə əl yumaq üçün krant qoyub və dəstəmaz aldıqda gəlib həmin ayaqyolundakı krantda dəstəmaz alır və bilmək istərdim bu nə dərəcədə düzgündür?
Имя: Tofiq, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Ayaqyolunda dəstəmaz almaq olar və bunun dəstəmazın düzgünlüyünə bir iradı yoxdur. Lakin dəstəmaz suyunun ayaqyoluna axıdılması bəyənilmir.
http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (74) : salam. 1.bulanniq su musafdirmi? ve ya bulanniq suyun terkibindeki qum denecikleri qabin dibine cokende o yenemuzaf sayilirmi?2. bele sularla alinan destemazla qilinan namazlarin hokmu nedir?
Имя: tunar, Страна: Azerbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
1. Əgər ona "su" deyilməyəcək həddə palçıq və onun kimi şeylərlə qarışarsa, muzaf su sayılacaqdır. Onu ayırd etmək mükəlləfin öz öhdəsindədir.
2. Müzaf olsa, onunla alınan dəstəmaz və qılınan namaz düzgün deyildir.

http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (75) : Gözə tахılmış linzаlаr dəstəmаzа mаneə törədirmi?
Имя: , Страна: , Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Hеç bir mаneəsi yохdur.
http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (76) : salam dəstəmaz alarkən barmaqda üzük və dırmaqda lak olması dəstəmazı batil edirmi və dəstəmazın niyyətində nə deyilməlidir
Имя: tofiq, Страна: azərbaycan, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
1. Barmaqda üzük olsa, suyu onun altına çatdırmaq lazımdır.
2. Adətən, lak suyun dırnağa çatmasına mane olur. Ona görə də dəstəmazdan qabaq onu aradan qaldırmaq lazımdır.
http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (77) : salam bilmək istərdim qurul üçün təyəmmüm nəcə almaq lazımdır
Имя: tofiq, Страна: azərbaycan, Муджтахид: Ayətullah Sistani

Bismillahir-rəhmanır-rəhim
Dəstəmaz və ya qüsl əvəzinə edilən təyəmmümdə bu işlər vacibdir:

1. Dəstəmaz və ya qüsl əvəzində edilən təyəmmümü niyyət etmək.
2. Əllərin ikisinin içini birlikdə təyəmmüm səhih olan şeyə vurmaq, ya da qoymaq. Ehtiyat-lazıma əsasən bu iş gərək iki əlin içində birlikdə əmələ gətirilsin.
3. Ehtiyat-vacibə əsasən hər iki əlin içini alının tük bitən yerindən başlayaraq, qaşlara qədər, tamam alına və həmçinin onun iki tərəfinə, burnunun yuxarısına qədər çəksin və ehtiyat-müstəhəb budur ki, əlləri qaşların üstünə də çəksin.
4. Sol əlin içini, tamam sağ əlin arxasına çəkmək və sonra sağ əlin içini tamam sol əlin arxasına çəkmək. Ehtiyat-vacib budur ki, sağ əllə sol əl arasındakı tərtibə riayət etsin. Lazımdır ki, dəstəmazda deyildiyi kimi, təyəmmümü də niyyət və qürbət qəsdi ilə yerinə yetirsin.
Ehtiyat-müstəhəb budur ki, istər dəstəmaz, istərsə də qüsl əvəzində olan təyəmmümü, bu tərtiblə yerinə yetirsin; bir dəfə əlləri yerə vurub alına və əllərin arxasına çəksin və başqa bir dəfə də əllləri yerə vurub əllərin arxasına məsh etsin.

http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (78) : Salam bir şey bilmek iseyirem Qış vaxtı tez tez qusul alammıram çun soyuq olur ve tez xesdelenirem olar ki bedenin aşaqı terefini yuyub namaz qılım?
Имя: mamed, Страна: azərbaycan, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Qüslü öz qaydasında almasanız, kifayət etmir.
Lakin, qeyd edək ki, əgər su işlətmək insanın ölümünə səbəb olsa, yaxud su işlətmək vasitəsilə onda bir eyib və ya xəstəlik əmələ gələrsə, yaxud xəstəliyi uzansa və ya şiddətlənsə, yaxud çətinliklə müalicə olacaqsa, gərək təyəmmüm etsin. Amma əgər suyun zərərini dəf edə bilsə, məsələn, suyu isitmək kimi, gərək bu işi etsin və dəstəmaz alsın, qüsl lazım olan vaxtda da qüsl etsin.
http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (79) : Salam {Sualim buduki 40 hefde her cume cume qusulu deyillere alana cennet vacib olar 1hefde ala bilmesem yeniden baslamaliyam? birdeki yanimizda qarpiz sahesi var oranin yiyesi satdigin satib qalanin qoyub gedib o qarpizda goturub yemey olar halaldi? birdeki emi qiziyla elbe el gorusmey olmaz haramdi ancaq emi qizi anamla yasid olsa gorusmey olar hokumu nedir zehmet olmasa yazardiz }
Имя: Rrrrrrrr, Страна: Sssssssdd, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
1. Bu əməl müstəhəbdir, əvvəldən başlamaq vacib deyil.
2. Əgər sahibinin razı olduğuna əminsinizsə, eybi yoxdur.
3. Haramdır.

http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (80) : Əssalamun Aleykum. Ağa döymə bədənə əzyət verməklə yanaşı ətə hopur diə qüsul alarkən bədəndə olan həmən döymə olan hissə pak olmur o üzdəndə qüsul batil olur. Sualım budurki, bədənində ömürlük döyməsi olanların Namazları batildi ?
Имя: Əli, Страна: Azerbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər dərinin altında olarsa, dəstəmaz, qüsl və namaz düzgündür.

Go to TOP