Sual (61) : Salamun aleykum. Hamamda destemaz almagin batil oldugunu esitmisem. Eledirmi? Allah razi qalsin. Amin.
Имя: , Страна: , Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Xeyir, batil deyil.
http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (62) : Dəstamaz almağın qaydası necədir ? Dəstamazı batil edən şeylər nələrdir ?
Имя: , Страна: , Муджтахид: Ayətullah Xamenei

Bismillahir-rəhmanır-rəhim

Dəstəmaz almağın qaydası

Dəstəmaz alarkən üz və qolları yumaq, başın ön hissəsinə və ayaqların üzərinə məsh çəkmək vacibdir. Üz, (dəstəmaz üçün olan uzunluq miqdarına görə), gərək alının yuxarı hissəsindən (tüklərin bitdiyi yerdən) çənənin axırına qədər yuyulsun. Eni isə, gərək baş barmaqla orta barmağın tutduğu miqdarda yuyulsun. Əgər bu miqdardan hətta azacıq yuyulmasa, dəstəmaz batildir. Bu miqdarın tamamilə yuyulmasına yəqin etmək üçün, gərək onun ətrafından da bir az yusun.
Üzü yuyandan sonra sağ qolunu, daha sonra isə sol qolunu dirsəklərdən barmaqların ucuna qədər yumalıdır.
Üz və qollar yuxarıdan aşağıya yuyulmalıdır.Hər iki əl yuyulduqdan sonra, gərək əldə qalan dəstəmaz suyunun yaşı ilə başın üstünə məsh çəksin.
Başa məsh çəkəndən sonra dəstəmaz suyunun əldə qalmış yaşlığı ilə ayağın üstünə barmaqların ön hissəsindən oynağa kimi məsh edilməlidir.

Dəstəmazı pozan işlər
Yeddi şey dəstəmazı batil edir:
1. Sidik; 2. Ğait;3. Qaitin məxrəcindən xaric olan mədə və ya bağırsağın yeli; 4. Gözün görmədiyi, qulağın eşitmədiyi yuxu halı; amma gözün görməyib, qulağın eşitdiyi hal, dəstəmazı batil etməz. 5. Ağılı aradan aparan şeylər; dəlilik, sərxoşluq, huşdan getmək və s. kimi. 6. Qadının istihazəsi; 7. Qüslü vacib edən hər bir iş dəstəmazı pozar. 
http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (63) : Xal döydürməyin hökmü nədir? Dəstəmaz və qüsl üçün problem yaradırmı?
Имя: , Страна: , Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Bədənə xüsusi bir zərər yetirməsə və əxlaqsız şəkillər olmasa caizdir. Hər bir halda dəstəmaz və qüsl üçün müşkül (problem) yaratmır.
http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (64) : Kişinin Başaına jle və lak vurmasının hökmü nədir
Имя: Faiq, Страна: Azeribaycan, Муджтахид: Ayətullah Vəhid
Bismillahir-rəhmanır-rəhim
Öz-özlüyündə eybi yoxdur. Amma dəstəmaz və qüsl üçün maneə yaratsa, dəstəmaz və qüsl üçün onu aradan qaldırmaq lazımdır.
http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (65) : men destamaz alanda uzumu elimi yudum bawima mesh cekende bilmeden elimin ici alnima deydi iwgali yoxduki? əgər işkallıdırsa mən həmin dəstəmazla qıldığım namazı təzədən qılmalıyammı?
Имя: , Страна: , Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Ayaqlara, əlin içində qalan dəstəmaz suyu ilə məsh çəkilməlidir. Buna əsasən, ayağın məshində ehtiyac duyulan yaşlıq, üzdə olan yaşlıqla qarışmasın deyə, başa məsh çəkilən vaxt əl, alının yuxarısına və üzün rütubətinə dəyməməlidir. Deməli, əgər üzün yaşlığına toxunmayan hissə ilə ayağa məsh çəkilibsə, dəstəmaz və qılınan namaz səhihdir. Həmçinin, əgər ona yəqinliyi olmazsa, dəstəmaz və namazın səhihliyinə heç bir xələl gəlməz.
http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq 
Sual (66) : 12 yasli usaqa qusul dusurmu?
Имя: , Страна: , Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əgər büluğ həddinə çatmış olsa, digər mükəlləflərin hökmündədir və qüslə səbəb olmuş bir iş baş vermişsə, qüsl etməlidir.
http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq  

Sual (67) : Salam aleykum aga.Cünub halda sübh namazını təyamumlə qıldıqdan sonra əyər qusul almamışamsa günorta namazını dəstamaz alıb qılmalıyam-yoxsa təyamumlə qılmaq lazımdır.
Имя: Azər Əlixanov, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əgər üzrünüz hələ də qalırsa və təyəmmümü batil edəcək bir iş baş verməyibsə, yenidən təyəmmüm etmək lazım deyil və dəstəmaz alıb, namazınızı qılın.
http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (68) : Salam Aleykum.İlk öncə Allah sizdən razı olsun ki,belə sayt yaradıb bizlərə kömək edir,suallarımızı cavablandırıb bizləri maarifləndirirsiz.Sualım isə belədir:Qanusuz çəkilən su ilə(leviy çəkilən)dəstəmaz,qüsl almaq olar yoxsa batildir? Əgər batildirsə o su ilə dəstəmaz,qüsl alıb qıldığı namazları qəza etməlidir yoxsa yox? Qeyd edim ki,bu çəkilən sudan Su idarəsinin xəbəri yoxdur.
Имя: Məhəmməd, Страна: Bakı, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Qanuna zidd əməl etməyə icazə verilmir. Amma dəstəmaz və qüsl səhihdir. Yalnız özünüzün istifadə etdiyiniz qədər suyun pulunu dindar fəqirə sədəqə verin.
http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (69) : Salam evvelceden tesekkurler.Vacib cenabet quslu evezine teyemmum edenden sonra namaz ucun destemaz almaq lazimdir ya yox??
Имя: Mamed, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əgər cənabət qüslü əvəzinə təyəmmüm etsə, namaz üçün dəstəmaz almaq lazım deyildir və əgər başqa qüsllərin əvəzinə təyəmmüm etsə də, hökm eynidir, baxmayaraq ki, ehtiyat-müstəhəbb budur ki, dəstəmaz da alsın. Əgər dəstəmaz ala bilməsə, başqa bir təyəmmüm də dəstəmaz əvəzinə etsin.
http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (70) : Bir qadinin uşağı ana bətnindən düşmüşdür, anaya məssi-meyit qüslu vacib olarmı?
Имя: Ruqayya, Страна: Azerbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər uşaq dörd ayını başa vurmuşsa, ona toxunmaqla məssi-meyit qüslu vacib olar. Lakin yaşı bundan az olduqda vacib deyil, baxmayaraq ki, qüsul etmək müstəhəbb ehtiyatdır.

Go to TOP