Sual (51) : Salam aleykum. Destemaz alanda mesh etmezden qabaq elde bezen su cox olur onu azaltmaq yeni elleri cirpib sonra mesh cekmek olar?
Имя: , Страна: , Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Eybi yoxdur.
http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (52) : Salam:QURANIN AZERBAYCAN dilinde,tercumesini Telefondan ve yaxud kitabdan oxuyarken destemaz almaq vacibdir?????????????????????????????
Имя: Ramal, Страна: Azerbaycan, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Ümumiyyətlə, Quran oxuduqda dəstəmaz almaq müstəhəbdir (bəyənilir). Lakin, dəstəmazsız olduqda əlinizi Quranın xəttinə (yazısına) toxundura bilməsziniz.
Bu mövzu telefonda mümkün deyil, yəni telefonda elektron formada yerləşdirilmiş  Quran prorqamına birbaşa toxunmaq mümkün deyil. Amma hər halda Quran oxuduğunuz üçün dəstəmaz almağınız müstəhəbdir.

http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (53) : SaLaM. qusul almamisdan yuyunuram axirda qusul aliram onda elimle yumaliyam bedenimi yoxsa su axitsam kifayet eder men evvel ele edirdim elmi vurmadan qusul alirdim ele qildigim namazzar duzdu
Имя: RehmaN, Страна: Azerbaycan, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Qüsldən qabaq yuyunmağınızın eybi  yoxdur. Lakin bunun qüslə bir aidiyyatı yoxdur və qüsl etdikdə baş, bədən və əllərinizi tamamilə yumalısınız, hətta zərrə qədər də yuyulmayan və su əhatə etməyən yer qalmamalıdır. Əgər düzgün qüsl almamısınızsa, onunla qıldığınız namazlar da düzgün deyil və təzədən qılmalısınız.
http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (54) : Salam aleykum ve rehmetullah. Namazin vaxti daxil olmamis hemin namaz ucun destemaz almaq olar?
Имя: , Страна: , Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Dəstəmazı hər vaxt alsa, istər namazın vaxtı yetişməmişdən əvvəl, istər ona yaxın, istər fasilə ilə yaxud vaxt daxil olandan sonra əgər qürbət qəsdilə alsa düzgündür. Vacib, yaxud müstəhəbb niyyəti etmək də lazım (vacib) deyil. Hətta əgər səhvən vacib niyyəti edərsə və sonradan vacib olmaması məlum olarsa, dəstəmaz düzgündür.
Vaxtın yetişdiyinə yəqin edən şəxs əgər vacib dəstəmaz niyyəti ilə dəstəmaz alsa və sonra vaxtın yetişmədiyini anlasa, dəstəmaz düzgündür.

http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (55) : Selam aleykum destamazda gollari 2defe yumak olar? meselen bir neche vouc su tokduk elmizi vurduik birdefe tam mesh eledik sonra 2ncidefede ederdim men musteheb olarak ureyim rahat olmurdu destamazim sehihdimi? bele bir shey oxudumki 2nci defe yuyulmamalidi bunun izahi nedir?
Имя: Ashkin, Страна: Gurcistan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Dəstəmazda üzvlərin birinci dəfə yuyulması vacib, ikinci dəfə yuyulması caiz, üçüncü dəfə və daha çox yuyulması isə caiz deyildir. Amma dəstəmaz üzvlərinin neçənci dəfə yuyulduğunu təyin etmək üçün meyar – insanın niyyətidir. Deməli, insan birinci dəfə yumaq niyyətilə dəstəmaz üzvünə bir neçə dəfə su tökə bilər.
http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (56) : 2.Dəstəmazda üzü və əlləri bir dəfə yumaq vacibdir. Vacib ehtiyata əsasən, üz və əllər ikinci dəfə yuyulmamalıdır. ?men 2defe yuyurdum birdefe yuyanda ichim rahat olmur bunun izahi nedi xayish elerem yazardiz 3defe olmaz diye bilereem
Имя: Ashkin, Страна: Gurcistan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Dəstəmazda üzvlərin birinci dəfə yuyulması vacib, ikinci dəfə yuyulması icazəli, üçüncü dəfə və daha çox yuyulması isə caiz deyildir. Amma dəstəmaz üzvlərinin neçənci dəfə yuyulduğunu təyin etmək üçün meyar – insanın niyyətidir. Deməli, insan birinci dəfə yumaq niyyətilə dəstəmaz üzvünə bir neçə dəfə su tökə bilər.
http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (57) : Salam aleykum hamamda sulu ola ola gusul alabilerik? yani beden guru olmasada olar?
Имя: Ashkin, Страна: Gurcistan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Qüsl alarkən bədənin quru olması lazım deyil.
http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (58) : Salam aleykum gusul tam nece alinir? chox uzr isteyirem boyuk abdest cixacaginada su deymelidmi yoxsa ele insanin bedenin uzvune deyse kifayetdirmi?
Имя: Ashkin, Страна: Gurcistan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
1. Tərtibi qüsl bu şəkildə yerinə yetirilir: Niyyətdən sonra baş və boyun yuyulur, sonra sağ və daha sonra sol tərəf yuyulur. Bilərəkdən, ya unutqanlıqdan, ya da məsələni bilməmək üzündən bu ardıcıllıq pozularsa, onun qüslü batildir və yenidən qüsl vermək lazımdır.
Göbəyin və ayıb yerin yarısını sağ tərəflə, yarısını sol tərəflə yumaq lazımdır. Amma yaxşı olar ki, onlar həm sağ, həm də sol tərəflə tam şəkildə yuyulsunlar.
2. Sualınızın ikici hissəsi aydın deyil. Zəhmət olmasa, gələn dəfəki məktublarınızda öz sualınıza aydınlıq gətirməyə çalışın.
Hər halda bədənin zahiri hesab olunan bütün hissələr tam yuyulmalıdır.

http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (59) : Qurani kərim oxumağ üçün dəstamaz almağ vacibdir ?
Имя: , Страна: , Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Quran tilavət etmək üçün dəstəmaz almaq müstəhəbdir.
http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (60) : Salam aleykum~ayaga mesh cekende,,barmaglarin ucuna mesh cekmey lazimdir??
Имя: ramal, Страна: azerbaycan, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Ayağa məsh çəkdikdə barmaqların birinin başından oynağa kimi məsh edilməlidir.

Go to TOP