Sual (501) : Suyu işlətməkdə israf etmək dəstəmaz və qüslü batil edirmi?
Имя: , Страна: Azərbaycan, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanir-rəhim
Batil etmir.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (502) : Dəstəmaz aldıqda kipriklər də islanmalıdırmı? Əgər suyun onlara yetişməsinə bir maneə olsa, dəstəmaz batil olurmu?
Имя: Elnur, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanir-rəhim
Cavab: Gərək kipriklərə də su yetişsin və suyun onlara yetişməsinə mane olacaq şey aradan qaldırılsın.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (503) : Qadınlar ayaqlarına məshi necə çəkməlidirlər?
Имя: Zamin, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanir-rəhim
Kişilərin məshi ilə fərqi yoxdur və əgər dırnaqlarına lak vurublarsa, barmaqlarının arasından məsh çəkmələri kifayətdir.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (504) : Süni dırnaqlar yapışdırdıqda dəstəmaz düzgündürmü?
Имя: Ali, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanir-rəhim
Əgər təbii dırnağın bir hissəsini və ya hamısını örtmüşsə, onunla dəstəmaz və qüsl batildir və onu dəstəmaz və qüsl üçün götürməlidir.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq 


Sual (505) : Dəstəmaz almaq insana nə vaxt vacib olur?
Имя: Elnur, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Sistani

Bismillahir-rəhmanir-rəhim

Cavab: Altı şey üçün dəstəmaz almaq vacibdir:

1. Meyyit namazından başqa, digər vacibi namazlar üçün; müstəhəbbi namazlarda isə dəstəmaz, namazın düzgün olması üçün şərtdir.

2. Unudulmuş səcdə və təşəhhüd üçün; əgər onunla namaz arasında sidiyə çıxmaq kimi dəstəmazı pozan bir hədəs baş vermişdirsə; amma səcdeyi-səhv üçün dəstəmaz almaq vacib deyil.

3. Həcc və ümrə əməllərindən olan Kəbə evinin vacib təvafı üçün.

4. Dəstəmaz alacağına dair nəzir, əhd etmiş və ya and içmişdirsə.

5. Məsələn; Qurani-Şərifi öpəcəyinə nəzir etmişdirsə.

6. Nurdara bulaşmış Quranı suya çəkmək və ya onu (Quranı) hörmətsizlik olan yerdən (tualet və onun kimi yerlərdən) çıxarmaq üçün əlini və ya bədəninin başqa yerini Quranın yazısına vurmağa məcbur olarsa; amma əgər dəstəmaz almaq müddətinə qədər Qurana hörmətsizlik olarsa, gərək dəstəmaz almadan Quranı bu kimi yerlərdən çıxarsın və ya əgər murdar olmuşdursa, suya çəksin.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq 


Go to TOP