Sual (41) : salam;;;kisi yuxudan ayilib gorse ki,ondan sperma xaric olub qusl almamis qadini ile cinsi Elaqeye Gire biler?yoxsa Qusl Aldigdan sonRa ?
Имя: ramal, Страна: azarbaycan, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim 
Qüsldən qabaq da yaxınlıq etmək olar. Əlbəttə bu iş məkruhdur.
http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (42) : iki elnen uzu yumak olarmi destamazda?
Имя: Ashkin, Страна: Gurcistan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Eybi yoxdur.
http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (43) : Salam aleykum;;Aileli insanam Sehvetimin Qarwisini ala bilmirem her gun yaxinlig edirem~etmiyendede menden sperma oz ozune xaric,olur QIs ayi oldugu ucun;;;ezyet olur her gun su qizdirib soyuq hamamda qusl almag men ne edim ???Sistani aga ne meslehet Gorur muqelidlerine ??
Имя: ramal, Страна: Azerbaycan, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əgər sperma çıxsa, cənabət qüslü vacib olur, hətta əgər az da çıxsa, hökm belədir. Amma insandan xaric olan mayenin sperma olub-olmamasını bilməyin yolu vardır. Sağlam bir insan çıxan mayenin sperma olub-olmadığında şəkk etsə, əgər çıxan yaşlıq şəhvətlə və atıcı formada xaric olubsa və xaric olandan sonra bədəndə süstlük yaranıbsa, bu yaşlıq da sperma hökmünü daşıyır, yox əgər bu deyilən üç əlamətin hamısı və yaxud bəzisi onda olmasa sperma hökmünü daşımır. Bəzən şəhvət hissinin təhrik olmasından sonra insandan gələn maye "məzi" adlanır və pakdır.
http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (44) : destamazda bezen ele olur elimizde su galmir ayaga mesh cekmeye golumuzdan gotrebilerikmi?
Имя: Ashkin, Страна: Gurcistan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
Əgər məsh çəkmək üçün əldə rütubət qalmasa, saqqal və ya qaşda qalan su ilə əli rütubətli edib, məsh çəkmək lazımdır.
http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (45) : Salam aleykum.bilmək istərdim ki tərtibi qüsl veriləndə suyun(duşun) altında olarkən niyyət etmək qüslu batil edirmi.
Имя: kanan mamedli, Страна: Azerbaijan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Qüslə başlamamışdan öncə niyyət etməlisiniz və onun yerinin fərqi yoxdur. Diqqət edin: niyyət - yəni, insan nə iş gördüyünü bilsin və onu Allah-Taalanın əmrinə itaət məqsədilə yerinə yetirsin. Niyyəti dilə gətirmək vacib deyil, sırf onu qəsd etmək kifayət edər. Hətta onu zehindən keçirtmək də lazım deyildir. Elə insan nə etdiyini və həmin işi Allah-Taalanın əmrinə itaət məqsədilə yerinə yetirdiyini bilsə, kifayətdir.
http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (46) : desnamaz alanda ayaqlara mest cekmeyi10metr ve ya biraz az ya cox mesafede cekmeyin nese ferqi varmi.cox sag olun.
Имя: Resad, Страна: Azerbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər dəstəmazda şərt olan muvalatı pozacaq qədər fasilə yaransa və öncəki üzvlər qurumuş olsa, dəstəmaz batildir.
http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (47) : destamazda bezen ele olur elimizde su galmir ayaga mesh cekmeye ne etmeliyik?
Имя: Ashkin, Страна: Gurcistan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər məsh çəkmək üçün əldə rütubət qalmasa, əli kənar bir su ilə islatmaq olmaz. Bu halda saqqal və ya qaşda qalan su ilə əli rütubətli edib, məsh çəkmək lazımdır.
http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (48) : Müstəhəb qüsüllər hansılardı? zəhmət olmasa onların hamısını və hökmlərini yazın
Имя: , Страна: , Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Müqəddəs İslam şəriətində müstəhəb qüsüllər çoxdur, o cümlədən;
1. Cümə qüslü: Onun vaxtı (cümə günü) sübh azanından zöhr azanına qədərdir. Daha yaxşı olar ki, zöhrə yaxın vaxtlarda yerinə yetirilsin. Əgər bir şəxs zöhrə qədər yerinə yetirə bilməsə, yaxşı olar ki, əda və qəza niyyəti etmədən cümənin əsr vaxtınadək yerinə yetirsin. Əgər cümə günü qüsl etməsə, müstəhəbdir şənbə günü sübhdən qüruba qədər onun qəzasını yerinə yetirsin. Əgər bir şəxs cümə günündə su tapmayacağını bilsə cümə axşamı günü yaxud cümə axşamı gününün gecəsi qüsl edə bilər. Cümə axşamı gecəsində “rəca” niyyəti ilə etsin. Cümə qüslünü alan zaman müstəhəbdir ki, bu duanı oxusun:
أَشْهَدُ أَنْ لاَإِلَهَ إِلاَّ الله ُوَحْدَهُ لاَشَرِيكَ لَهُ وَأَنَّ مُحَمَّداً عَبْدُهُ وَرَسُولُهُ أَللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وَاجْعَلْنِى مِنَ التَّوَّابِينَ وَاجْعَلْنِى مِنَ الْمُتَطَهِّرِينَ.
“Əşhədu ənla ilahə illəllah vəhdəhu la şərikələh və ənnə Muhəmmədən əbduhu və rəsuluh, əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, vəc`əlni minət-təvvabin, vəcəlni minəl-mutətəhhirin”.
2 - 7. Ramazan ayının 1-ci, 17-ci, 19-cu, 21-ci, 23-cü və 24-cü gecələrinin qüslü;
8 - 9. Fitir və Qurban bayramı gününün qüslü; Bunun vaxtı sübh azanından Günəş batana qədərdir. Daha yaxşı olar ki, onu bayram namazından qabaq etsinlər.
10 - 11. Zil-Həccənin 8-ci və 9-cu günlərinin qüslü; 9-cu günün qüslü, daha yaxşı olar ki, zöhrə yaxın vaxtlarda yerinə yetirilsin.
12. Bədəninin hər hansı bir yerini qüsl verilmiş meyyitin bədəninə vuran şəxsin qüslü;
13. Ehram qüslü;
14. Məkkə şəhərinin hərəm sayılan qismətlərinə daxil olmaq qüslü;
15. Məkkəyə daxil olmaq qüslü;
16. Kəbə evinin ziyarəti qüslü;
17. Kəbəyə daxil olmaq qüslü;
18. Nəhr və zibh üçün qüsl;
19. Həlq üçün edilən qüsl;
20. Mədineyi-Münəvvərənin hərəminə daxil olmaq qüslü;
21. Mədineyi-Münəvvərəyə daxil olmaq qüslü;
22. Peyğəmbərin (Səlləllahu ələyhi və alihi və səlləm) məscidinə daxil olmaq qüslü;
23. Peyğəmbərin (Səlləllahu ələyhi və alihi və səlləm) pak qəbrinin vida qüslü;
24. Düşmənlə mübahilə üçün edilən qüsl;
25. Dünyaya təzə gələn uşağa verilən qüsl;
26. İstixarə üçün edilən qüsl;
27. İstisqa (yağış tələb etmək) üçün edilən qüsl;
Fəqihlər müstəhəbb qüsl kimi bir sıra qüsllər deyiblər ki, onlardan bəziləri bunlardır:
1. Ramazan ayının tamam tək gecələri və axırıncı on günlüyün tamam gecələrinin qüslü və 23-cü gecəsinin axırındakı başqa bir qüsl.
2. Zilhəccənin 24-cü gününün qüslü.
3. Novruz bayramının, şəbanın 15-ci və rəbiəl-əvvəlin 9-cu və 17-ci gecələri, zil-qədənin 25-ci gününün qüslü.
4. Ərindən özgəsi üçün xoş ətir vuran qadının qüslü.
5. Məst halda yatan şəxsin qüslü.
6. Dara asılanın tamaşasına gedib onu görən şəxsin qüslü. Amma əgər təsadüfən və ya çarəsizlikdən gözü sataşsa, yaxud məsələn, şəhadət vermək üçün getsə, qüsl etmək müstəhəbb deyildir.
7. Yaxından və ya uzaqdan, məsumların (ə) ziyarəti üçün edilən qüsl. Amma bunun müstəhəb olması sübuta yetməyib. Bu qüslləri yerinə yetirmək istəyən şəxs gərək rəca qəsdi ilə yerinə yetirsin.
Əgər insan yuxarıda qeyd olunan müstəhəb qüsllər kimi şərən müstəhəb olması sübuta yetən bir qüslü edərsə, namaz kimi dəstəmaz vacib olan işləri görə bilər. Amma rəca qəsdilə edilən qüsllər dəstəmaz əvəzində kifayət etməz.
Əgər bir şəxsə bir neçə qüsl müstəhəb olsa, hamısının niyyəti ilə bir qüsl etsə kifayətdir. Amma əgər mükəlləfin gördüyü bir iş səbəbilə ona müstəhəbb olan qüsslər, məsələn, bədənin bir yerini qüslü verilmiş meyyitə toxunduran şəxsin qüslü kimi; bu kimi qüsüllərdə bir neçə müxtəlif səbəb üçün bir qüsüllə kifayətlənmək işkallıdır.

http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (49) : Salam teyemmum ne demekdir nece edilir?
Имя: Ayaz, Страна: Azerbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Bir neçə səbəbdən su istifadə etmək mümkün olmadığı surətdə dəstəmaz və qüsl əvəzindən edilən ibadi əmələ təyəmmüm deyilir.
Yeddi halda dəstəmaz və qüsl əvəzinə təyəmmüm edilir:
1. Dəstəmaz və qüsl üçün ehtiyat duyulan həddə suyun olmaması. 
2. Quyuda su olduğu halda onu çıxarmaq üçün bir vasitə yoxdursa və su əldə etmək mümkün deyilsə, təyəmmüm olunmalıdır. Su adətən insanların dözə bilmədiyi bir məşəqqətlə əldə edilirsə, təyəmmüm etmək olar.
3. Su olduğu halda dəstəmaz alsa xəstələnəcəyindən qorxan və bu xəstəliyin uzanacağından ehtiyatlanan, müalicənin çətinliyini bilən şəxs təyəmmüm etməlidir. Amma isti suyun ona zərəri yoxdursa, isti su ilə dəstəmaz almalı və ya qüsl verməlidir. Zərər labüd olmasa da, belə bir qorxu varsa dəstəmaz əvəzinə təyəmmüm edilir.
4. Kifayat qədər su olduğu halda dəstəmaz və qüslə işlədilsə özünün, övladının, dostlarının və yoldaşlarının susuzluqdan öləcəyindən və ya xəstələnəcəyindən, eləcə də böyük zəhmətə düşəcəyindən qorxan şəxs təyəmmüm etməlidir. Qeyri-müsəlman bir şəxsin həyatı təhlükədə olarsa suyu ona verib təyəmmüm etmək lazımdır. Bu hökm heyvana münasibətdə də öz gücündədir.
5. Əgər ixtiyarında azca su olan şəxs dəstəmaz alıb qüsl verdikdə bədənini və libasını təmizləməyə su qalmayacaqsa, bədənini və libasını təmizləməli, namaz üçün təyəmmüm etməlidir. Amma təyəmmüm üçün bir şey tapmadıqda suyu dəstəmaz və qüslə sərf etməli, murdar bədən və ya libasla namaz qılmalıdır
6. Əgər su və ya onun qabı qəsbi olarsa və ya qab qızıl-gümüşdən olarsa və başqa bir qab tapmaq mümkün olmasa, dəstəmaz və ya qüsl əvəzinə təyəmmüm etməlidir.
7. Vaxt dar olduqda dəstəmaz və ya qüsl verməklə namazın bir hissəsinin vaxtı ötəcəksə, təyəmmüm edilməlidir.
Təyəmmüm üçün əvvəlcə niyyət edilir. Sonra hər iki əlin içi birlikdə təyəmmüm ediləcək şeyə vurulur. Sonra hər iki əl vacib ehtiyata əsasən, tük bitən yerdən başlayaraq bütün alın, onun iki tərəfi, qaşlar və burunun üzərinə çəkilir. Vacib ehtiyat budur ki, qaşlara da məsh çəkilsin. Sonra sol əlin içi sağ əlin arxasına, sağ əlin içi sol əlin arxasına çəkilir.
Təyəmmümün şərt və hökmləri barədə "İzahlı şəriət məsələləri" kitablarında daha geniş izah verilmişdir. Bu kitabların elektron versiyasını saytımızın kitabxanasından da əldə edə bilərsiniz.
http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (50) : Salam~- bezen boynumda Cenabet qusulu olur,qis ayi oldugundan hamam soyug ,olur subh Namazini qilmiram~~mene bir yol gostermenizi,,,xahis edirem gece cox soyug olduguna gore qusul ala bilmireem neticede subh Namazin cenabet qusuluna gore qilmiram temiz olmadigima gore,
Имя: ramal, Страна: Azerbaycan, Муджтахид: Ayətullah Sistani

Bismillahir-rəhmanır-rəhim
Sübh namazı üçün qüsl etməlidir. Əgər xəstəlik, ya bir eybin əmələ gəlməsinə görə sudan istifadə etməkdən qorxarsa, vəzifəsi təyəmmüm etməkdir; əgər suyun zərərini bir yol ilə dəf etməyə qadirdirsə -məsələn suyu qızdıra bilərsə - bu işi görüb qüslünü etməlidir.
Hər halda qüslünü etməsə və artıq qüsl edib namaz qılmağa vaxt az qalarsa, bu zaman qüsl əvəzi təyəmmüm etməlidir.

Go to TOP