Sual (21) : Bismillah Salam aleykum,Sualimiz beledir Bir Insanin boynunda cenabet quslu olarsa (varsa) Qusul ede bilmeyib teyemmum etse , soradan Destemazi posan isler bas verse Her Namaz ucun Cenabet quslu evezine hem teyemmum edib destemazmi almalidir yoxsa ilk basdan alddigi teyemum kifayet edir , her Namaza gore destemaz alsa olar...Ta ki uzuru aradan gedib cimib qusul edene kimi
Имя: Bende, Страна: Azerbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Cənabətli şəxs cənabət qüslü əvəzinə səhih şəkildə təyəmmüm etdikdən sonra dəstəmazı batil edən işlərdən biri baş versə, təyəmmümü icazəli edən şəri üzr aradan qalxmayana qədər, vacib ehtiyata əsasən, təharətin şərt olduğu əməllər üçün qüsl əvəzinə təyəmmüm etməli və dəstəmaz da almalıdır. Əgər üzrlü səbəbə görə dəstəmaz ala bilməsə, onun əvəzinə digər bir təyəmmüm də etməlidir.
http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (22) : Salam basa mesh cekende deri isdanmalidi yoxsa sac isdansa kifayetdi?
Имя: RəhmaN, Страна: AzE, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Məshin başın dərisinə çəkilməsi lazım deyil, başın ön hissəsindəki tüklərə də məsh çəkilməsi düzgündür. Amma başın qabağının tükü darananda üzə tökülərsə, yaxud başın o biri hissəsinə çatarsa, onda tüklərin dibinə məsh çəkilməlidir. Əgər üzünə tökülən, yaxud başın başqa yerinə çatan tükləri başın qabağında bir yerə yığıb onlara məsh çəksə və ya başın başqa yerlərinin qabağa gələn tüklərinə məsh çəksə, batildir.
http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (23) : Qusul alanda uzumuzu hatarefe tutsaq mustehebdi
Имя: RehmaN, Страна: aze, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Müstəhəb əməllərin arasında hansı tərəfə dayanmalı olması qeyd olunmayıb.
http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (24) : Salam aleykum ve rehmetullah. Telefona Quran praqrami yüklenib ve bezi vaxtlar telefon vasitesile Quran oxuyuram. Sualim budur ki, Quran ayelerine telefonun sehifesinden toxunmaq ucun destemaz almaq lazimdirmi
Имя: Aynaz, Страна: , Муджтахид: Ayətullah Zəncani
Bismillahir-rəhmanır-rəhim
Xeyir, bunun üçün dəstəmaz almağa ehtiyac yoxdur.
http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (25) : Salam aleykum. Rukuda, secdede, qunutda Ya Huseyn, Ya Zehra demek olar? Allah sizden razi olsun
Имя: , Страна: , Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
İcazəli deyil. 
http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (26) : Salam aleykum.cenabet qusulu olan wexs qusul ala bilmirse teyemmumnen namaz qila biler destemaz almadan.
Имя: zehra, Страна: , Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əgər vəzifəsi təyəmmümə çevrilsə, risalədə qeyd olunan hallarda təyəmmüm etsə kifayətdir, ona dəstəmaz əlavə etmək lazım deyil.
http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (27) : Salam aleykum. Basa mesh cekerken alinin tuk biten yerine kimi cekmek vacibdir yoxsa basin qabaq hissesinde bir miqdara ceksek amma alinin tuk biten yerine kimi olmasada kifayetdi? Allah sizden razi olsun
Имя: , Страна: , Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Alının müqabilində yerləşən dörd hissədən biri başın məsh yeridir. Bu hissənin hər hansı yerinə və hər nə qədər məsh çəkilsə, kifayətdir. Amma müstəhəb ehtiyata görə, uzunluğu bir barmaq uzunluğunda, eni üç bağlı barmaq enliyi qədər olsun.
http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq 
Sual (28) : Dəstamaz üzvülərini bir dəfə yaxud daha artıq yumağın və məss etməyin hökmü nədir ?
Имя: , Страна: , Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Dəstəmazda üzvlərin birinci dəfə yuyulması vacib, ikinci dəfə yuyulması caiz, üçüncü dəfə və daha çox yuyulması isə caiz deyildir. Amma dəstəmaz üzvlərinin neçənci dəfə yuyulduğunu təyin etmək üçün meyar – insanın niyyətidir. Deməli, insan birinci dəfə yumaq niyyətilə dəstəmaz üzvünə bir neçə dəfə su tökə bilər. Lakin baş və ayaqlara bir dəfə məsh çəkmək kifayətdir.
http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (29) : Dəstamaz əsnasında sol əlimi yuyandan sonra və məsh çəkməzdən əvvəl əlimi su ilə nəmlənmiş krantın üstünə qoysam, bu halda əlimdəki, dəstəmaz suyunun xaricdəki su ilə qarışsa dəstamazımın hökmü nədir ?
Имя: , Страна: , Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Dəstəmaz tamamlandıqdan və sol əlin yuyulması qurtarandan sonra əgər əli yaş bir şeyə (məsələn, su kranına) vursa və qeyri-dəstəmaz suyu ilə dəstəmaz suyu qarışsa, qeyri-dəstəmaz suyu və ya qarışıq su ilə başa və ayağa məsh çəkmək səhih deyildir.
http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (30) : Bir şəxs cənabət qüslü almaq üçün suyu qaba tökür. Qüsl əsnasında bədənindən qabın içinə su tökülür. Bu halda qabdakı su paklığında qalırmı? Və o su ilə qüslü tamamlamaqda bir manеə varmı?
Имя: , Страна: , Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Sırf qüsl suyunun suyun içinə tökülməsi, onun murdar olmasına səbəb olmaz. Həmin su pak hökmündədir və onunla qüsl etməyin işkalı yoxdur.

Go to TOP