Sual (11) : Salam.mən bu vaxta qədər dəstəmazda ayağa məsh edərkən dırnaqlar da daxil olmaqla barmaqların üstünə məsh edirdim.Amma bir videoda qulaq asırdım orda deyirdi ki,barmaqlardan aşağı ət hissəyə də məsh çəkilməlidir.Bu həqiqətənmi belədir? Belədirsə indiyə qədərki bütün dəstəmazlarım batil olub? Çox sağolun
Имя: , Страна: , Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Ayağın məshində barmaqların başından oynağa qədər məsh çəkilməlidir. Əgər barmaqların başından məsh çəkməmisinizsə, dəstəmaz batildir.
http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (12) : Evveller quslun once saq terefin sonra sol terefin yuyulmasini bilmirdim sonradan oyrendim. Men evvelce sol sonra saq terefi yuyurdum. Sonradan oyrendim ki bele qusl batildir. ve ele bele de namaz qilib Qurani Kerimden sureler oxumusdum. Bunun hokmu nedir? Xahis edirem bu suala cavab vererdinin? Namazlari yeniden qilmaliyam ya yox yoxsa keffaresi var?
Имя: Eliaga, Страна: Azerbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Sizin bütün əməlləriniz düzgündür, çünki Ayətullah əl-üzma Məkarim Şirazinin fətvasına əsasən qüslda tərtibə riayət etmək vacib deyildir.
http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (13) : Salam desdemaz alanda basha mesh cekende sacim cox olsa deriye catdirmaliyam nemliyi yoxsa saca deyse sehihdi
Имя: Rehman, Страна: Aze, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Başın məshinin onun dərisinin səthinə edilməsi vacib deyil, başın ön hissəsindəki saç tüklərinin üzərinə edilməsi də doğrudur. Lakin əgər bir insanın saçı uzun olub daradıqda üzünə tökülürsə, yaxud başının digər hissələrinə çatırsa, saçının daradıqdan sonra başın ön hissəsindən kənara çıxmayan hissəsinə məsh etməlidir. Həmçinin, saçlarını təpə hissəsindən ayıraraq tüklərin kökünə, yaxud başın dərisinə məsh edə bilər. Əgər üzə tökülən, yaxud başın digər hissəsinin üzərinə düşən tükləri başın ön hissəsinə toplayaraq onların üzərinə məsh edərsə, yaxud başın digər hissələrinin onun ön hissəsinin üzərinə düşən tüklərinə məsh edərsə, bu şəkildə məsh batildir.
http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (14) : Bismillah. Salam Əleykum. Qüsl əsnasında dəsyəmazı pozan hallar baş verərsə hökm nədir? Təşəkkürlər
Имя: , Страна: , Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim 
Əgər qüsl zamanı “hədəsi-əsğər”, yəni dəstəmazı pozan bir iş baş verərsə bunun qüslə təsiri olmaz. Amma namaz və bu kimi işlər üçün yenidən dəstəmaz almaq lazımdır.
http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq 
Sual (15) : SaLaM bir adam var herbide isleyir namaza qusul almaga 10 15 deqe vaxdi olur qusullu olanda teyemmum alib namaz qila biler vaxd heccur olmurde ancag namaz qilmagadi
Имя: RəhmaN, Страна: Aze, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əgər bilsə ki, namaz vaxtının sonuna qədər qüsl almaq mümkün olmayacaq, təyəmmüm etsin və namazını qılsın. Bu təyəmmüm üzrlü səbəb aradan qalxanadək qüvvədədir. Üzrlü səbəb aradan qalxsa qüsl etməlidir.
http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq 
Sual (16) : Salam telfonda QURAN praqrami var yazilara desdemassiz el vurmag olar
Имя: Rehman, Страна: Aze, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Eybi yoxdur.
http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (17) : Salam aleykum Aga Sistaniye bir sualim vardir destemaz alarken sol qolu bir defe yumaq vacibdir? men destemaz alarken iki defe sag ve iki defe sol qolumu yuyuram destemazim batildir yoxsa sehih? Allah sizden razi olsun
Имя: Gunel, Страна: Azerbaycan, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Dəstəmaz alarkən üzü və qolları bir dəfə yumaq vacib, iki dəfə yumaq müstəhəbb, üç və daha artıq yumaq isə haramdır.
Ona görə də sizin sualınızın fərzinə əsasən, dəstəmazınız düzgündür.
http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (18) : Salam. Qüsl vacib olub. Hava küləklidi. Ehtimal edirəm ki, qüsl alsam soyuq olacaq mənə xəstələnəcəm. Qüsl əvəzi təyəmmüm edə bilərəm?
Имя: , Страна: , Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər sudan istifadə etməklə sizdə bir eyib və ya xəstəlik əmələ gələcəyindən, yaxud xəstəliyinizin uzanacağından, ya şiddətlənəcəyindən və yaxud çətinliklə müalicə olunacağından qorxsanız, təyəmmüm etməlisiniz.
http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq 
Sual (19) : salamun aleykum.serietde deyilir ki,teyemmum ucun suyu bezi yerde 1 ox mesafesi axtarilmalidir.1 ox meselesi nece metr edir.birde 2ox mesafe nece metr edir
Имя: cefer, Страна: azerbaycan, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
İnsan səfər çərçivəsində çöllük ərazidən keçərsə, yol boyu və dayandığı yerin yaxınlığındakı ərazidə su axtarmalıdır və lazım ehtiyata əsasən, həmin ərazi dərə-təpəli olarsa, yaxud ağacların sıxlığı səbəbi ilə yolun qət edilməsi çətin olarsa, ətrafındakı ərazidə qədim dövrlərdə kamanla atılan bir ox uçuşuna bərabər məsafəni 
su axtarmaq üçün gəzməli, düzənlik ərazidə isə ox uçuşunun iki mislinə bərabər məsafədə su axtarmalıdır.
Bir ox uçuşuna bərabər məsafənin müəyyən edilməsi söylənilən ən böyük rəqəm 480 qulacdır ki, bu da təqribən 220 m-ə bərabərdir. Ox uçuşunun iki bərabəri isə 440 m-ə bərabərdir.
http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (20) : Cənabət qüslu vacib olmuş bir şəxs əgər qüsl alsa hava soyuqdu qrip və ya asqırmaq halsızlıq və s. buna bənzər xəstəliyə tutulma ehtimalı olacaqsa qüsl əvəzinə təyəmmüm edə bilər mi?
Имя: , Страна: , Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər suyun işlədilməsinin səhhətinə zərər verəcəyindən, yaxud onu istifadə edəcəyi halda hər hansı bir xəstəlik və ya eybin yaranacağından, yaxud xəstəliyinin uzanacağından, şiddətlənəcəyindən və ya çətin müalicə olunacağından qorxsa, vəzifəsi təyəmmüm etməkdir.

Go to TOP