Sual (71) : Salam mən dövlət işində işləyirəm işim eskvatorla yer qazıram sonra eskvatorda artıq qalan benzini maşınıma vurub boş vaxtlarımda taksi işləyirəm taksidən gələn pul halaldı yoxsa haram? Amma benzin dövlətin benzinidir .Xahiş edirəm cavab yazın Sağ olun Allah razı olsun.
Имя: İsmayıl Quliyev, Страна: haram, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əgər özbaşına və dövlət tərəfindən icazə olmadan bu işi edirsinizsə, bu iş iradlıdır.
http://sual.nur-az.com/az/

Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (72) : Salamun aleykum. Sualım Ənam surəsinin 146 ayəsi ilə bağlıdır. Orda buyurulub ki, Allahdan başqa qerisin adı çəkilərək kəsilən heyvanların əti haramdır. Əgər heyvan heç ad çəkilmədən kəsilərsə , onun hökmü nədir?
Имя: Damka.2016@mail.ru, Страна: Damka.2016@mail.ru, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əgər heyvan şəriət qayda-qanunları əsasında kəsilərsə, halal, əks surətdə haramdır.
Heyvanın başının kəsilməsinin şərtləri aşağıdakı kimidir:
1. Heyvanın başını kəsən istər kişi olsun, istərsə qadın, gərək müsəlman olsun. Müsəlman uşağı əgər müməyyiz olsa, yəni yaxşı ilə pisi ayıra bilirsə, heyvanın başını kəsə bilər. Amma kitab əhli olmayan kafir və ya kafir hökmündə olan firqələrdən bir kəs, məsələn, nəvasib kimi, heyvanın başını kəssə, o heyvan halal olmaz, hətta kitab əhli olan kafir, əgər heyvanın başını kəssə, hərçənd «Bismillah» demiş olsa belə, ehtiyat-vacibə əsasən o heyvan halal olmur.
2. Heyvanın başını imkan daxilində dəmirdən olan şey ilə kəsməlidirlər. Ehtiyat-vacibə əsasən istil bıçaqla kəsmək kifayət deyil. Amma əgər dəmir tapılmasa, onun dörd damarını ayıra biləcək iti bir şey ilə, məsələn, şüşə və daş ilə də kəsmək olar, hərçənd onun başını kəsməyə münasib zəruriyyət olmasa belə.
3. Heyvan başı kəsilən vaxtı üzü qibləyə olmalıdır. Deməli, əgər ayaq üstə, ya oturan halda olsa, heyvanın üzü qibləyə olmağı insanın namazda üzü qibləyə olan halı kimidir. Əgər heyvan sağ, ya sol tərəfində uzadılmış olsa, gərək kəsilən yeri və qarnı üzü qibləyə olsun və onun ayaqlarının, əllərinin və üzünün qibləyə tərəf olmağı lazım deyil. O kəs ki, bilir heyvanın başı gərək üzü qibləyə kəsilsin və bilərəkdən onu qibləyə tərəf çevirməsə, heyvan haram olur, amma əgər yadından çıxarsa, ya məsələni bilməsə, ya qibləni səhv salsa eybi yoxdur. Əgər qiblənin hansı tərəfdə olduğunu bilməsə, ya başqasının köməyi ilə də olsa, heyvanı üzü qibləyə tərəf çevirə bilməsə, belə ki, heyvan ipə-sapa yatmayan olsa, ya bir çalaya düşmüş olsa və onu kəsməyə məcbur olsalar, hər istiqamətə zibh etsələr, eybi yoxdur. Əgər üzünü qibləyə çevirməkdə yubansalar, heyvan öləcəksə, hökm eynidir. Heyvanın üzü qibləyə kəsilməsinə etiqadı olmayan müsəlmanın zibh etməsi, üzü qibləyə kəsməsə də səhihdir. Ehtiyat-müstəhəb budur ki, heyvanın başını kəsənin də üzü qibləyə olsun.
4. Heyvanın başını kəsən vaxt, ya bıçağı boğazına qoyduqda onu kəsən şəxsin özü baş kəsmək niyyəti ilə Allahın adını çəksin. Əgər kəsən şəxsdən başqası Allahın adını çəksə, kifayət deyil. «Bismillah» desə, hətta əgər yalnız «Allah» desə də, ehtiyatın xilafına olsa da, kifayətdir. Əgər baş kəsmək qəsdi olmadan Allahın adını çəksə, ya məsələni bilmədiyinə görə Allahın adını çəkməsə, o heyvan halal olmaz. Amma əgər yaddan çıxarıb Allahın adını çəkməsə, eybi yoxdur.
5. Heyvan başı kəsildikdən sonra gözünü, ya quyruğunu hərəkət etdirməklə, ya ayağı yerə vurmaqla olsa belə, çırpınmalıdır. Bu hökm heyvanın diri olmasına şübhə olduğu təqdirdədir. Əgər belə olmasa, heç bir lüzum yoxdur.
6. Heyvanın bədənindən adi miqdarda qan axmalıdır. Əgər qan onun damarlarında laxtalanarsa və ondan qan axmazsa və ya axan qan o növ heyvana nisbətdə az olarsa, o heyvan halal olmur, amma az qanın axması, heyvanın başını kəsməkdən əvvəl qan axması olduğuna görə olsa, o halda eybi yoxdur.
7. Boğazın kəsilməsi zibh etmək qəsdi ilə olmalıdır. Deməli, əgər bıçaq birinin əlindən düşsə və ixtiyarsız olaraq bir heyvanın başını kəssə, yaxud başı kəsən adam yuxulu, məst, bihuş, uşaq, dəli və başqa məqsədlə bıçağı heyvanın başına çəksə və təsadüfən kəssə, halal olmaz.
http://sual.nur-az.com/az/43/Qida-v%C9%99-i%C3%A7kil%C9%99r-ov-heyvanlar%C4%B1n-k%C9%99simi/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəffəqiyyət arzulayırıq

Sual (73) : salam eleykum.bir nefer camaata muamile(faiz) verir ve hemen adam meni ehsana evine devet edir ve men onun evine gedib ehsandan yeye bileremmi?
Имя: Sadiq, Страна: Azerbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
O cür şəxslərin evinə getmək onlara bəraət qazandırır və kənardan baxan camaat onlara etimad etməyə başlayır. Çalışın, elə şəxslərdən uzaq olun. Lakin, verdiyi ehsanın haram maldan olmasına əmin olmasanız, şəri baxımdan ondan istifadə etməyinizin bir iradı yoxdur.
http://sual.nur-az.com/az/

Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (74) : Heyvan kesildikden sonra Onun basini yemek halaldirmi?
Имя: Nuran, Страна: Azerbaycan, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əgər heyvanın başı risalədə yazılan şəriət qayda-qanunları əsasında kəsilərsə, yeyilməsi halaldır.
http://sual.nur-az.com/az/43/Qida-v%C9%99-i%C3%A7kil%C9%99r-ov-heyvanlar%C4%B1n-k%C9%99simi/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəffəqiyyət arzulayırıq
Sual (75) : menim ineyim xesdedir kesmek olar halaldir haram
Имя: RZA, Страна: AZERBAYCAN, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Eybi yoxdur.
http://sual.nur-az.com/az/43/Qida-v%C9%99-i%C3%A7kil%C9%99r-ov-heyvanlar%C4%B1n-k%C9%99simi/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəffəqiyyət arzulayırıq
Sual (76) : tutdan hazirlana varenna haramdi
Имя: Huseyn, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Öz-özlüyündə eybi yoxdur.
http://sual.nur-az.com/az/43/Qida-v%C9%99-i%C3%A7kil%C9%99r-ov-heyvanlar%C4%B1n-k%C9%99simi/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəffəqiyyət arzulayırıq
Sual (77) : Essalamu eleykum hansı balıqları yemek olar ? Balıqlarda heyz deyilen bir şey varmı varsa onları yemek olar yoxsa yox ?
Имя: emin1977-77@mail.ru, Страна: , Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Pulcuqlu balıqları yemək halaldır, ondan başqa balıqları yemək haramdır.
http://sual.nur-az.com/az/43/Qida-v%C9%99-i%C3%A7kil%C9%99r-ov-heyvanlar%C4%B1n-k%C9%99simi/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəffəqiyyət arzulayırıq
Sual (78) : ASSLAMA ALEYKUM VE REHMETULLAHI VE BEREKATUH.BALIGI SUDAN CIXARARKEN BISMILLAH DEMEK LAZIMDIRMI?ALLAHA EMANET OLASIZ.
Имя: Zaur, Страна: Azerbaycan, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Balıq ovunda Allahın adını çəkmək vacib deyil.
http://sual.nur-az.com/az/43/Qida-v%C9%99-i%C3%A7kil%C9%99r-ov-heyvanlar%C4%B1n-k%C9%99simi/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəffəqiyyət arzulayırıq
Sual (79) : Allahin salami olsun size.toyugun hansi hisseleri haramdir?onceden tesekkur edirem.Allaha emanet olun
Имя: Sevda, Страна: AZE, Муджтахид: Ayətullah Sistani

Bismillahir-rəhmanır-rəhim
Əti halal olan heyvanların bədəninin bəzi üzvləri haramdır:
1. Qan.2. Fəzlə (nəcis). 3. Erkəklik yeri. 4. Dişilik yeri. 5. Balalıq. 6. Düşul adlanan vəz. 7. Donbalan adlanan toxum (yumurta). 8. Noxud əndazəsində beynində olan şey. 9. Bel sümüyünün içində olan haram beyin. 10. Vacib ehtiyata əsasən, bel sümüyünün iki tərəfində olan piy. 11. Öd kisəsi. 12. Dalaq. 13. Sidik kisəsi. 14. Gözün hədəqəsi (bəbəyi).
Bunların hamısı quş olmayan, əti halal heyvanlarda, haram olan hissələrdir. Quşlara gəlincə isə onların qan və fəzləsi haramdır. Amma bu ikisindən başqa, yuxarıda deyilən şeylərdən birisi onlarda olarsa, onun haram olması vacib ehtiyata əsasəndir. Həmçinin, vacib ehtiyata əsasən, balığın qan və fəzləsi, çəyirtkənin fəzləsi də eyni hökmü daşıyır. Bunlardan başqası onlarda haram deyil.
http://sual.nur-az.com/az/43/Qida-v%C9%99-i%C3%A7kil%C9%99r-ov-heyvanlar%C4%B1n-k%C9%99simi/

Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəffəqiyyət arzulayırıq

Sual (80) : Salam Aleykum,men jelatin aldim,terkibinde sigir derisi,mal eti derisi vardi,onu yemek olar? Xamanei aga.Allah razi olsun.
Имя: , Страна: , Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər jelatin şəri qaydalarla zibh edilmiş əti halal heyvandan hazırlansa, pak və halaldır. Şəri qaydalarla zibh edilməyən əti halal heyvanlardan düzəlldilmiş jelatini əgər o heyvanın sümüyündən hazırlasalar və sümuk jelatinə çevrilməzdən öncə onun zahirini suya çəksələr, belə jelatin pak və halaldır.
Amma şəri qaydalarla zibh edilməyən əti halal heyvanların dərisindən hazırlanmış jelatinlər murdar və haramdır.

Go to TOP