Sual (21) : SaLaM markedden sasiska almisam usdunde yazib halaldi men onu yeye bilerem?
Имя: RehmaN, Страна: aze, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim 
Müsəlman ölkələrinin hazırladığı kolbasa və sosiska kimi ət qida məhsullarının alqı-satqısı və yeyilməsi halaldır və axtarış da lazım deyil. Onun üzərinə halal yazılıb-yazılmaması da bir mahiyyət daşımır və heç nəyi sübut etmir. 
Lakin şəri təzkiyə olmamasına yəqinliyiniz olsa, onda onun alqı-satqısı, yeyilməsi haramdır.
Amma qeyri-İslam ölkələrindən gətirilən ət qida məhsullarının halal olması sizin üçün sübuta yetməlidir.
http://sual.nur-az.com/az/43/Qida-v%C9%99-i%C3%A7kil%C9%99r-ov-heyvanlar%C4%B1n-k%C9%99simi/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (22) : Salam~siqaret cekmey olar??yoxsa bu is haramdir?
Имя: , Страна: , Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim 
Siqaret çəkmək, insana zərər və ziyanlı olsa, baxmayaraq ki, bu zərər gələcəkdə olacaqdır və istər zərəri məlum olsun, istərsə də zərəri olacağı güman edilsin, ağlabatan surətdə insanın sağlamlığına zərəri olacağından qorxsalar, haramdır. 
http://sual.nur-az.com/az/43/Qida-v%C9%99-i%C3%A7kil%C9%99r-ov-heyvanlar%C4%B1n-k%C9%99simi/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq 
Sual (23) : SaLaM, toyug kanazassadan birsey yese icse onun etin yemey olar
Имя: RehmaN, Страна: azerbaYcaN, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əgər insanın nəcisini yeməyə adət etməyibsə, yəni ürf arasında onun qidası sayılmırsa, o heyvanı yemək olar.
http://sual.nur-az.com/az/43/Qida-v%C9%99-i%C3%A7kil%C9%99r-ov-heyvanlar%C4%B1n-k%C9%99simi/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (24) : ,SaLaM , evimizin yaninda kanazzassiya axan kallektir var toyug cucede gedir orda eselenir ordan bir sey yese icse o toyugun etin yemey olar
Имя: RehmaN, Страна: azerbaycan , Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əti halal olan heyvan "cəllal" heyvana çevrilərsə əti haram olur, yəni heyvan o qədər insan nəcisi ilə qidalansın ki, ürf insan nəcisini onun qidası hesab edsin. Amma bu hökm qeyri-insan nəcislərinə və həmçinin başqa nəcislərə aid edilmir. Heyvan o zaman cəllal hesab olunar ki, nəzərə çarpacaq qədər insan nəcisi ilə qidalanmlış olsun. Bu əsasla əgər heyvan insan nəcisi ilə yanaşı başqa bir şey də yesə bu zaman cəllal hesab olunmur və haram da deyil, yalnız o zaman haram ola bilər ki, onun başqa bir qida ilə qidalanması olduqca az miqdarda olsun, belə ki, ürf bu miqdarı yox kimi hesab etsin. Həmçinin heyvan az bir zamanda məsələn bir sutka ərzində insan nəcisindən yeyərsə haram olmaz, haram olması üçün iki və iki gündən çox qidalanması gərəkdir.  
http://sual.nur-az.com/az/43/Qida-v%C9%99-i%C3%A7kil%C9%99r-ov-heyvanlar%C4%B1n-k%C9%99simi/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (25) : Salamun eleykum .muselman olakesinen er alanda mutleq sorwumallylqml ki bu heyvanl islam qaydasna uyqunn kesmisen ?
Имя: Sadiq, Страна: Abdullayev, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Müsəlman ölkələrində istehsal olunan ət qida məhsullarının şəri zibh olunub-olunmaması barədə axtarış etmək lazım deyil.
http://sual.nur-az.com/az/43/Qida-v%C9%99-i%C3%A7kil%C9%99r-ov-heyvanlar%C4%B1n-k%C9%99simi/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (26) : yol yeriye yeriye yemek yemek olarmi
Имя: , Страна: , Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Yol gedilən halda yemək yeməyin kərahəti vardır.
http://sual.nur-az.com/az/43/Qida-v%C9%99-i%C3%A7kil%C9%99r-ov-heyvanlar%C4%B1n-k%C9%99simi/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (27) : Quş yumurtasını yemək halaldırmı?
Имя: , Страна: Azerbaycan, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Quş yumurtasının halal və ya haramlığı aid  olduğu quşa bağlıdır. Belə ki, əti halal olan quşun yumurtasını yemək halal, əti haram olan quşun yumurtasını yemək isə, haramdır. Halal, yaxud haram olması bilinməyən yumurtaya gəlincə isə, hər iki tərəfi bərabər olan yumurta deyil, toyuq yumurtası kimi üst tərəfi alt tərəfindən fərqlənən yumurta yeyilər.
http://sual.nur-az.com/az/43/Qida-v%C9%99-i%C3%A7kil%C9%99r-ov-heyvanlar%C4%B1n-k%C9%99simi/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (28) : SAlaM aleykum ~dәvә әтi yemek halaldir yoxsa haram????
Имя: Ramal, Страна: Azerbaycan, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Dəvənin əti halaldır.
http://sual.nur-az.com/az/43/Qida-v%C9%99-i%C3%A7kil%C9%99r-ov-heyvanlar%C4%B1n-k%C9%99simi/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (29) : Salam aleykum. Əgər mən hər hansı bir yeməkxanaya daxil olsam və həmin yeməkxanada şərabda verildiyini görsəm, bir qiraqda əyləşib orada olan halal qidalardan yesəm harama düşmüş olarammı?
Имя: , Страна: , Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Zərurət olduğu halda eybi yoxdur.
http://sual.nur-az.com/az/43/Qida-v%C9%99-i%C3%A7kil%C9%99r-ov-heyvanlar%C4%B1n-k%C9%99simi/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (30) : salamu aleykum aga!aga bilmey itiyirem uzeri kiflenen coreyi yemeyin gunahi var?
Имя: cavid, Страна: azerbaycan, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əgər sağlamlığa zərəri olsa, icazəli deyil. 

Go to TOP