Имя: , Страна: , Муджтахид: Ayətullah Xamenei
Əgər işlədilmiş spirtin əslən maye və məstedici olmasını bilsəniz, ehtiyata əsasən həmin şirniyyat murdardı, əgər işlənilən spirtin məstedici olub-olmamasında şəkk etsəniz pakdır.
http://sual.nur-az.com/az/43/Qida-v%C9%99-i%C3%A7kil%C9%99r-ov-heyvanlar%C4%B1n-k%C9%99simi/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Имя: Abdulla, Страна: Azәrbaycan, Муджтахид: Ayətullah Fazil
Əgər balıq öz ovlanmasına uyğun şərtlərlə tutulubsa, eybi yoxdur. Balığı ovlayanın və satıcının müsəlman olmamasının bir maneçiliyi yoxdur.
http://sual.nur-az.com/az/43/Qida-v%C9%99-i%C3%A7kil%C9%99r-ov-heyvanlar%C4%B1n-k%C9%99simi/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Имя: , Страна: , Муджтахид: Ayətullah Xamenei
Onu yemək icazəli deyil.
http://sual.nur-az.com/az/43/Qida-v%C9%99-i%C3%A7kil%C9%99r-ov-heyvanlar%C4%B1n-k%C9%99simi/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Имя: drongo, Страна: , Муджтахид: Ayətullah Xamenei
Ayətullah əl-üzma Xamenei:
Buğların uzun olması məkruhdur.
Ayətullah əl-üzm aFazil:
Münasib deyil.
http://sual.nur-az.com/az/43/Qida-v%C9%99-i%C3%A7kil%C9%99r-ov-heyvanlar%C4%B1n-k%C9%99simi/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Имя: , Страна: , Муджтахид: Ayətullah Xamenei
Xeyir, bununla onun haramlığı aradan qalxmır.
http://sual.nur-az.com/az/43/Qida-v%C9%99-i%C3%A7kil%C9%99r-ov-heyvanlar%C4%B1n-k%C9%99simi/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Имя: turqut, Страна: , Муджтахид: Ayətullah Xamenei
Əti haram olan quşların yumurtasını da yemək haramdır.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Имя: , Страна: , Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Yeməklə bağli bəzi müstəhəb əməllər aşağıdakı kimidir:
1. Yeməkdən qabaq və sonra əlləri yumaq müstəhəbdir. İmam Sadiq (ə)
buyurur: "Yeməkdən əvvəl və yeməkdən sonra əllərinizi yuyun. Bu əməl
yoxsuluğu aradan aparar və ömrü uzadar".("Vəsailuş-şiə";
adabul-maidə; bab 49; hədis 10.)
2. Yeməyə başlayanda “bismillah”, qurtardıqda isə “əlhəmdulillah”
demək müstəhəbbdir. Allah Rəsulu (s) buyurur: "Süfrə açıldıqdadörd min mələk həmin süfrəni əhatəyə alar. Əgər bəndə
bismillah desə, mələklər (süfrə arxasında əyləşmiş insanlara) deyər: "Allah
yeməklərinizi bərəkətli etsin." Sonra isə Şeytana deyərlər: "Çıx
buradan ey fasiq! Bu şəxslərin üzərində
sənin heç bir hökmranlığın yoxdur." Əgər süfrədən qalxdıqda əlhəmdulillah
desələr, mələklər bu cür deyər: "Allah onlara nemət verdi. Onlar da (əvəzində)
Rəbblərinə şükr etdilər." Amma (süfrə
salındıqda) Allahın adını çəkməsələr, mələklər şeytana
bu cür deyərlər: "Yaxın gəl ey fasiq! Sən də bunlarla birgə ye!" Süfrə
qaldırıldıqda da Allahın adını çəkməsələr, mələklər deyərlər: "Allah
onlara nemət verdi. Onlar isə Rəbblərini unutdular." ("Vəsailuş-şiə";
adabul-maidə; bab 57; hədis 1.)
Həmçinin Muhəmməd ibn Əli ibn Osman Kəracəki "Kənzul-Fəvaid"
kitabında nəql edir: Bir gün Əbu Hənifə imam Sadiqlə (ə) birlikdə yemək
yeyirdi. Â İmam
Sadiq (ə) yeməyi bitirdikdə Â buyurdu: "Bütün
həmdlər aləmlərin Rəbbi olan Allaha məxsusdur. Â Ey Allahım bu (yemək) səndən və sənin Rəsulundandır
 (s)." Əbu Hənifə dedi: "Ey Əbu
Əbdillah, sən Allaha şərik qoşursan?"
İmam Sadiq (ə) buyurdu: "Vay olsun sənə! Allah Təala öz
kitabında buyurur: "(Münafiqlərin Peyğəmbərə və möminlərə qarşı)
kin-küdurət bəsləmələrinin səbəbi yalnız Allahın və Peyğəmbərinin Öz nemətləri
ilə onları varlandırmasıdır." ("Tövbə" 74.)
Başqa bir yerdə isə belə buyurur: "Kaş
ki, onlar Allahın və Onun Elçisinin onlara verdiyinə razı qalıb deyəydilər:
Allah bizə yetər. Allah da bizə Öz lütfündən verəcək, Onun elçisi də." ("Tövbə"
59.)
Əbu Hənifə dedi: "And
olsun Allaha! Sanki bu ayələri heç oxumamışam."
3. Yemək əsnasında da "əlhəmdulillah" demək
müstəhəbbdir. Zürarə deyir:
"Bir gün Əbu Əbdillahla (ə) bir yerdə yemək yeyirdim. Mən onun
(yemək əsnasında) nə qədər “həmd olsun o Allaha ki, məni yeməyə iştahalı qərar
verib” dediyini saya bilmədim." ("Cəvahirul-Kəlam"; c.36; səh.
453.) Yəni imam (ə) yemək əsnasında o cümləni çox təkrar edirmiş.
4. Sağ əllə yemək müstəhəbbdir. İmam Cəfər Sadiq (ə) buyurur: " (Sağ əllə yeməyə ) İmkanın
olduğu halda sol əllə yemə." ("Vəsailuş-şiə"; adabul-maidə; bab
10; hədis 3.)
5. Üç və daha artıq barmaqla yemək və iki barmaqla yeməmək müstəhəbbdir.
İmam Sadiq (ə) buyurur: "Allahın Rəsulu (s) həmişə üç
barmaqla yeyərdi." ("Cəvahirul-Kəlam"; c.36; səh. 457.)
6. Müstəhəbbdir ki, qonaqlıqda yeməyə hamıdan əvvəl ev sahibi
başlasın və yeməyi hamıdan axırda o bitirsin. İmam Cəfər Sadiq (ə) buyurur: "Allahın peyğəmbəri (s) insanlar (rahat və utanmadan) yemək
yesinlər deyə onlarla bir süfrə arxasında oturarkən yeməyə hamıdan əvvəl başlayar
və hamıdan sonra bitirərdi." ("Cəvahirul-Kəlam"; c.36; səh. 454)
7. Müstəhəbbdir ki, yeməyə başlamamışdan qabaq əvvəlcə süfrə sahibi
əllərini yusun. Bu iş onun sağ tərəfində oturan adamdan başlayıb sol tərəfində
oturan adama qədər davam etsin. Yeməkdən sonra isə müstəhəbbdir ki, qonaqlar ev
sahibinin solunda oturan şəxsdən başlayıb sağ tərəfdə oturan şəxsə qədər tərtiblə
əllərini yusunlar. Ən axırda isə ev sahibi əlini yusun. İmam Baqir (ə) buyurur:
"Ev sahibi (yeməyə başlayanda) əllərini
hamıdan əvvəl, yeməkdən sonra isə hamıdan axırda yuyar." ("Cəvahirul-Kəlam";
c.36; səh. 455.)
Əllamə Kuleyni "Kafi" kitabında yazır: "Digər bir hədisdə deyilir: Əllərini əvvəlcə ev sahibi yuyar,
sonra onun sağ tərəfində oturan şəxsdən başlanılar. Süfrə qaldırıldıqdan sonra
isə (əllərin yuyulmasına) ev sahibinin solunda oturan şəxsdən başlanılar. Əlini
axırıncı yuyan şəxs isə ev sahibi olar. Çünki səbr edib camaatı gözləmək daha
yaxşıdır." ("Vəsailuş-şiə" kitabından nəqlən; adabul-maidə; bab
50; h 3.)
8. Yeməyi duzla başlayıb və duzla bitirmək müstəhəbbdir. İslam Peyğəmbəri
(s) buyurur: "Yeməyi duzla başla, duzla bitir! Kim yeməyini duzla başlasa və
onunla bitirsə, yetmiş iki növ bəla
ondan bağışlanar. Dəlilik, cüzam və bərəs həmin bəlalardandır." ("Vəsailuş-şiə";
adabul-maidə; bab 95; h. 1.)
9. Meyvəni yeməmişdən qabaq yumaq müstəhəbbdir. İmam Sadiq (ə)
buyurur: "Hər bir meyvədə zəhər var. Elə isə, sizə meyvə gətirildikdə onu
suya çəkin və suda yuyun." ( "Vəsailuş-şiə"; ətimətul-mubahə;
bab 80; h. 1.)
10. Yemək yedikdən sonra arxası üstə uzanıb sağ ayağı sol ayağın üzərinə
qoymaq müstəhəbbdir. İmam Rza (ə) buyurur: "Yedikdən sonra arxası üstə uzan və sağ ayağını sol ayağının
üzərinə qoy." ("Vəsailuş-şiə"; adabul-maidə; bab 74; h. 1.)
11. Yeməkdən əvvəl və sonra Məsumlardan (ə) nəql olunmuş dualar
oxumaq müstəhəbbdir. Məsələn, yeməkdən sonra müstəhəbbdir ki, belə deyilsin: "Bütün
həmdlər o Allaha məxsusdur ki, bizi yedirdi, içirdi, bizə (yalnız O) kifayət
etdi, bizi qüvvətləndirdi, bizə sığınacaq və nemət verdi. Ən üstün həmdlər o
Allaha məxsusdur ki, Özü yemədiyi halda (yeməyə ehtiyacı olmadığı halda bizi)
yedirir.Ey Allahım! (süfrəmizi) bol et, (haramlardan) pakla, bərəkətləndir,
(bizləri) doyur, susuzluğumuzu yatır. Həmd olsun Özü yemədiyi halda (yeməyə
ehtiyacı olmadığı halda bizləri) yedirən Allaha. " ("Vəsailuş-şiə";
adabul-maidə; bab 59; h. 9.)
12. Əgər müsəlman bir şəxs başqa bir müsəlmanı süfrəyə dəvət edərsə,
onun dəvətini qəbul etmək müstəhəbbdir. İmam Sadiq (ə) buyurur: "Müsəlmanın müsəlmana olan haqqlarından biri də budur ki, (bir
müsəlman) onu süfrəyə dəvət etdikdə, dəvətini qəbul etsin." ("Vəsailuş-şiə";
adabul-maidə; bab 16; h. 1.)
13. Möminlərə yemək vermək, onları Allaha xatir doyurmaq müstəhəbdir
və böyük savabı vardır. İmam Sadiq (ə) buyurur: "Kim Allah yolunda mömin
bir qardaşına təam versə, onun üçün yüz min
insana təam verməyin savabı yazılar." ("Vəsailuş-şiə";
adabul-maidə; bab 59; h. 9.)
Başqa bir hədisdə isə İmam (ə) belə buyurur: "Kim on nəfər müsəlmana təam versə, Allah cənnəti ona vacib edər."
("Vəsailuş-şiə"; adabul-maidə; bab 16; h. 1.)
Həmçinin süfrə arxasında yemək yeyərkən tikələri kiçik götürmək,
süfrədə çox oturub vaxtı uzatmaq, yeməkdən sonra dişlərin arasında qalmış yemək
qırıntılarını təmizləmək kimi əməllər də müstəhəbbdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
http://sual.nur-az.com/az/43/Qida-v%C9%99-i%C3%A7kil%C9%99r-ov-heyvanlar%C4%B1n-k%C9%99simi/
Имя: vemide, Страна: baki, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
1. Ayətullah əl-üzma Sistaninin fətvasına əsasən, üzüm suyu, özü-özünə və ya bişirmək
vasitəsilə qaynayarsa pakdır, amma içilməsi haramdır. Həmçinin vacib ehtiyata
əsasən qaynadılmış üzümün də içilməsi haramdır, amma murdar deyil. Amma əgər qaynayaraq üçdə ikisi getsə və üçdə
biri qalsa, halal olur, onu yemək olar.
2. Üzümün kompotu da yuxarıdakı hökmdədir.
3. Xurma, tumlu və
tumsuz kişmiş, və onların suyu qaynasa da belə, pak və yeyilməsi halaldır.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Имя: , Страна: Azerbaycan, Муджтахид: Ayətullah Sistani
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Имя: ILQAR, Страна: BAKI, Муджтахид: Ayətullah Sistani
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq