Sual (61) : Salamun Aleykum insan oruclu halda caya kele vura biler zehmet olmasa deyerdinizde??
Имя: Elsen, Страна: Azerbaycan, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Ayətullah əl-üzma Sistaninin fətvasına əsasən, başı suya batırmaq orucu batil etmir.
http://sual.nur-az.com/az/40/Oruc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (62) : Salamaleykum.Allah oruc ve ibadetlerinizi qebul etsin. bir qardas medesinde yaranmis probleme kore bu il oruc tuta bilmedi ? Sagolun
Имя: vidadi, Страна: rusiya, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əgər gələn ilin Ramazan ayına qədər oruc tuta bilmək həddində sağalmasa, hər gün üçün bir müdd (750 qram) təam fəqirə versin. 
http://sual.nur-az.com/az/

Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (63) : SALAM.ORUCU GUNUN YARSINAN SONRA ACILARSA,HANSISA SEBEBDEN,ONUN WERTI NEDIR?
Имя: perviz, Страна: AZERBAYCAN, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
 Zöhr namazından sonra orucunu heç bir səbəb olmadan halal şeylərlə (yemək, içmək və s.) pozan şəxs günah etmişdir və bunun orucun qəzasından əlavə ya 60 gün oruc tutmalı, ya da ki, 60 fəqiri doyuzdurmalıdır. Əgər haram şeylə (zina və s.) orucunu pozarsa, onda hər iki kəffarəni yerinə yetirməlidir. Lakin orucunu xəstəliyə və bunun kimi şeylərə görə pozan şəxsə həmin günün qəzasını tutmalı və 750 qram fəqirə təam verməlidir. 
http://sual.nur-az.com/az/40/Oruc

Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (64) : Oruc tutan shexs subh namazini qildiqdan sonra yatar ve yuxuda cunub olarsa, yuxudan ayildiqda mohtelim oldugunu bildikden sonra cenabet quslu almadan cinsi munasibetde olmasi caizdirmi? (quslunun ilk defe cinsi munasibet sebebile deyil daha evvelden yuxuda pozuldugunu nezere almaqla) Bu hal orucu batil edirmi? Batil edirse, keffaresi varmi? Keffaresi varsa nedir? Xahis edirem yardimci olun...
Имя: Miri, Страна: Azerbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər bir şəxs Ramazan ayı orucunu yemək, içmək, cima, istimna və ya (sübh azanına qədər) cünub qalması ilə batil edərsə (pozarsa), qəza etməyə əlavə olaraq kəffarə də ona vacib olur. Rаmаzаn аyının оrucunun kәffаrәsi vаcib оlаn bir kәs yа bir qul аzаd еtmәli, yа iki аy оruc tutmаlı, yа dа 60 fәqiri dоyuzdurmаlı, yахud оnlаrın hәr birinә bir müdd (750 qram) tәаm (yә’ni buğdа, аrpа vә bu kimi şеylәr) vеrmәlidir. Әgәr vеrә bilmәsә, hәttа bir dәfә “әstәğfirullаh” dеmәklә dә istiğfаr еtmәlidir. Еhtiyаt-vаcib budur ki, hәr vахt imkаnı оlsа, kәffаrәni vеrsin. 
Cənabət qüslü almadan cinsi münasibətdə olmaq isə məkruhdur.
http://sual.nur-az.com/az/40/Oruc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (65) : Salam Aleykum. Men Sistani aganin muqellidiyem bilmek isderdim ki, Fitr bayrami ne vaxtdir??
Имя: Farid, Страна: Azerbaycan, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əleykumussalam. Sistani ağanın müqəllidləri başqa müctehidlərin hökmü ilə oruca başlaya, yaxud fitr bayramı edə bilərlər. Çünki Ağa Sistani ayın görünməsini dörd şərtlə bildirir. Əgər ikinci şərti diqqətlə oxusanız, hər şey aydın olar. 
AYIN ƏVVƏLİNİN SÜBUT OLMA YOLU

Məsələ 1701: Ayın əvvəli dörd şeylə sübut olunur:

1. İnsan özü Ayı görsün.

2. Sözlərindən yəqinlik və ya xatircəmlik hasil edilən bir qrup şəxsin «ayı gördük» deməsi ilə və ya hər hansı bir şeylə insana üqəlayi mənşəyi olan yəqin ya da xatircəmliyin hasil olması ilə;

3. İki adil kişinin, «gecə Ayı gördük» – demələri ilə; Amma ayın vəziyyətinin bir-birinin tərsinə deyərlərsə, ayın ilk günü sübut edilmiş olmaz. Həmçinin əgər insan onların səhvə yol verdiklərinə yəqin edərsə və ya xatircəm olarsa və ya onların verdiyi şəhadət zidd, yaxud hökmündə olan bir məsələ ilə qarşılaşarsa ayın əvvəli sübut olunmaz məsələn; əgər şəhər əhalisnin çox hissəsi Ayı görmək üçün baxdıqları halda iki adil kişidən başqa heç bir kimsə Ayı gördüyünü iddia etməzsə və ya bir dəstə Ayı görmək üçün baxdıqları halda onların arasından yalnız iki adil şəxs Ayı gördüyünü iddia edərsə, başqaları isə görməzsə, belə ki, Ayın yerini bilmək və iti görmə və digər xüsusiyyətlərdə birinci iki adil şəxs kimi olan iki ayrı adil şəxs onların arasında olarsa, hava da açıq-aydın olsa, o iki nəfərin görməsinə ehtimal olunan bir maneə də olmasa, bu halda ayın əvvəli iki nəfər adil şəxsin şəhadəti ilə sübut olunmaz.

4. Şə`ban ayının əvvəlindən otuz gün keçməsi; bunun vasitəsilə Ramazan ayının əvvəli sübut edilmiş olur və Ramazan ayının əvvəlindən otuz gün keçməsi ilə də Şəvval ayının əvvəli sübut edilmiş olur.

http://sual.nur-az.com/az/40/Oruc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (66) : SALAM. ramazan ayinda er arvad oruclu halda bir birlerinen ne derecede yaxinliq ede bilerler
Имя: kenan, Страна: AERBAYCAN, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əleykumussalam. Yaxınlıq o dərəcədə olmalıdır ki, orucu batil edən şeylər baş verməsin.
http://sual.nur-az.com/az/40/Oruc

Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (67) : dis agrisi orucu batil edirmi?
Имя: ruslan, Страна: tiflis, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Xeyr, batil etmir.

Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (68) : salam {men 18 iyunnan oruc gutmusam sistani aga 19 iyunnan deyib men jnanjramki 18i ay gorunub. men indi bayram axsamini ayin necesi eleyimm??}
Имя: RehmaN, Страна: Azerbaycan, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əleykumussalam. Sistani ağanın müqəllidləri başqa müctehidlərin hökmü ilə oruca başlaya, yaxud fitr bayramı edə bilərlər. Çünki Ağa Sistani ayın görünməsini dörd şərtlə bildirir. Əgər ikinci şərti diqqətlə oxusanız, hər şey aydın olar. 
AYIN ƏVVƏLİNİN SÜBUT OLMA YOLU

Məsələ 1701: Ayın əvvəli dörd şeylə sübut olunur:

1. İnsan özü Ayı görsün.

2. Sözlərindən yəqinlik və ya xatircəmlik hasil edilən bir qrup şəxsin «ayı gördük» deməsi ilə və ya hər hansı bir şeylə insana üqəlayi mənşəyi olan yəqin ya da xatircəmliyin hasil olması ilə;

3. İki adil kişinin, «gecə Ayı gördük» – demələri ilə; Amma ayın vəziyyətinin bir-birinin tərsinə deyərlərsə, ayın ilk günü sübut edilmiş olmaz. Həmçinin əgər insan onların səhvə yol verdiklərinə yəqin edərsə və ya xatircəm olarsa və ya onların verdiyi şəhadət zidd, yaxud hökmündə olan bir məsələ ilə qarşılaşarsa ayın əvvəli sübut olunmaz məsələn; əgər şəhər əhalisnin çox hissəsi Ayı görmək üçün baxdıqları halda iki adil kişidən başqa heç bir kimsə Ayı gördüyünü iddia etməzsə və ya bir dəstə Ayı görmək üçün baxdıqları halda onların arasından yalnız iki adil şəxs Ayı gördüyünü iddia edərsə, başqaları isə görməzsə, belə ki, Ayın yerini bilmək və iti görmə və digər xüsusiyyətlərdə birinci iki adil şəxs kimi olan iki ayrı adil şəxs onların arasında olarsa, hava da açıq-aydın olsa, o iki nəfərin görməsinə ehtimal olunan bir maneə də olmasa, bu halda ayın əvvəli iki nəfər adil şəxsin şəhadəti ilə sübut olunmaz.

4. Şə`ban ayının əvvəlindən otuz gün keçməsi; bunun vasitəsilə Ramazan ayının əvvəli sübut edilmiş olur və Ramazan ayının əvvəlindən otuz gün keçməsi ilə də Şəvval ayının əvvəli sübut edilmiş olur.

http://sual.nur-az.com/az/40/Oruc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (69) : salam men oruc tutmusam bilmeden su icmisem onun gunahi var
Имя: elvin, Страна: azerbaycan, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Xeyr, günahı yoxdur və orucunuz düzdür.
http://sual.nur-az.com/az/40/Oruc

Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (70) : Salam. Man Mubarak Ramazan ayinin bashlanmasi ile bagli Sistani Aganin bu ilki fikrini bilmek istardim. Bilirsizsa, yazardiz da zahmat deilse. Iyunun 18i bashlayib yoxsa 19u ?
Имя: Mamed, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əleykumussalam. Sistani ağanın müqəllidləri başqa müctehidlərin hökmü ilə oruca başlaya bilərlər. Çünki Ağa Sistani ayın görünməsini dörd şərtlə bildirir. Əgər ikinci şərti diqqətlə oxusanız, hər şey aydın olar. 

Go to TOP