Sual (41) : As Salam Aleykum. Ramazan aida bawa kraska goimag olar?
Имя: Sevil, Страна: Kazaxstan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Eybi yoxdur.
http://sual.nuraz.in/az/40/Oruc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (42) : Salam menim 2010 la 2011 den Ramazan ayinin qezasi var indi tuturam 24 gun qalib zohurden qabaq bu tutdugum qeza orucu pozsam nedi vezifem ? yada zohurden sonra onda nedi vezifem?
Имя: Rehman, Страна: aze, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Zöhrdən (azanından) qabaq qəza orucunu aça bilərsiniz. Amma zöhrdən sonra orucu açmaq icazəli deyil. Orucu açsanız 10 fəqirə hər birinə 750 qram çörək, buğda, xurma və bu kimi qidalar verəsiniz.
http://sual.nuraz.in/az/40/Oruc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq 

Sual (43) : Salamun eleykum. Bir nefer corek sexi isledir. Bisirilen corekler magazaya paylanilir. Bilmek isteyirem ki, bele sexi Ramazan ayinda da isletmek icazelidirmi?
Имя: , Страна: , Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
Əgər orucu yeməyə (iftar etməyə) kömək etmək sayılmazsa, işkalı yoxdur. 
http://sual.nuraz.in/az/40/Oruc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq 
Sual (44) : salam;::aleykum::: man 7il Ramazan Ayi oruc tutmamisam umumiyetle buda ile bir ay yen i~7ay edir bulari gune 1gun tutum yoxsa gune~60~gun?!bes keffare de vacibdi mana elave?
Имя: , Страна: , Муджтахид: Ayətullah Sistani

Bismillahir-rəhmanır-rəhim 
Əgər bir kəs Ramazan ayının orucunu yemək, içmək, yaxınlıq, istimna və ya cənabətdə baqi qalmaqla batil edərsə, - bu işin orucu batil etdiyini bildiyi təqdirdə qəzadan əlavə kəffarə də ona vacib olur. Həmçinin – ehtiyat vacibə əsasən – hökmü bilməyən və bilməməkdə üzrlü səbəbi olmayan və batil edəcəyinə ehtimal edən insana da qəza və kəffarə vacib olur. Amma hökmü üzrlü səbəbdən bilməyən və yaxud həmin işin orucu batil etməyəcəyinə arxayın olan insana kəffarə vacib olmur, yalnız qəzasını yerinə yetirmək kifayətdir. Əgər insan istimna etsə, yaxud cənabətdə baqi qalsa, belə kı, bu işlərin orucu pozduğunu bilmirdisə və bilməməyi üzrlü səbəbdən olubsa, orucu səhihdir.Əgər insan həmin işin orucu batil etdiyini bilirdisə, amma kəffarəsi olduğunu bilmirdisə, qəzasını yerinə yetirməli və üstəlik kəffarə də verməlidir.Ramazan ayının orucunu pozduğuna görə kəffarə verərkən, kifayətdir ki, altmış fəqirə yəni, hər birisinə bir müdd (750 qram buğda, un, çörək və yaxud makaron) yemək versin. Əgər orucun qəzasının vacib olduğunu bilə-bilə bir il təxirə salsa və növbəti Ramazan ayı gəlib çatsa, hər gün ilə əlaqədar qəzadan əlavə bir fəqirə bir müdd yemək (təxir kəffarəsi) verməlidir.  Əgər bir ildən artıq təxirə salsa, kəffarə təkrar olunmur.
http://sual.nuraz.in/az/40/Oruc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (45) : Salam Ramazan ayinda oruc tuta tuta isdemeliyem eger doze bilmesem nece edmeliyem cixmagda olmur borc zada gora tutmasam nece qalmisam bele
Имя: Rehman , Страна: aze, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim 
Əgər oruc tutmaq dolanışığın asılı olduğu işə mane olursa, məsələn, o qədər zəifliyə (halsızlığa) səbəb olur ki, işə o halda davam etmək mümkün deyil, ya dözülməz susuzluğa səbəb olarsa, digər tərəfdən mübarək ramazan ayında iş yerini dəyişmək və ya işə çıxmamaq mümkün olarsa və dolanışığını digər pulla hərçənd borcla davam edə bilərsə, bu işi görməli və oruc tutmalıdır. Bu iş mümkün olmasa, oruc tutsun, amma şiddətli zəiflik hallarında, vacib ehtiyata əsasən, yalnız zəruri miqdarda su içib yemək yeməklə öz zəifliyini aradan qaldıra bilər və bu miqdardan əlavə yeməyin eybi var. Vacib ehtiyata əsasən günün qalanını imsak etməlidir. Ramazan ayından sonra isə onun qəzasını tutmalıdır, kəffarə ona vacib deyil.
http://sual.nuraz.in/az/40/Oruc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq 
Sual (46) : menim ele olur meddemnen gan gelir ixtiyarsiz eger gani istemeden udsam orucum pozularmi? insan yuxudayken cenabet olsa orucu pozurmu ve onan sonra cimebilermi?
Имя: , Страна: Gurcustan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
1. Sualda qeyd olunanlara əsasən, oruc səhihdir. 
2. Sualda qeyd olunanlara əsasən, oruc səhihdir, amma namaz üçün qüsl etməlidir.
http://sual.nuraz.in/az/40/Oruc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq 
Sual (47) : As Salam Aleikum. Oruc tutan adama yas erinda kelme olar demak?
Имя: Sevil, Страна: Kazaxstan, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Oruc tutan şəxsin danışmasının bir iradı yoxdur.
http://sual.nuraz.in/az/40/Oruc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (48) : Salam imsakda orucu bagliyanda eger birden yemey qırıntısı dişin dibinde qalsa ve gün erzinde o qırıntı bogazdan içeri daxil olsa orucu pozar?çox sagolun
Имя: anar, Страна: Azerbaycan, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Sübh azanından əvvəl yesə yeyəndən sonra hətta dişlərin dibində qalan qırıntıları təmizləməsə boğazına gedəcəyini ehtimal versə belə dişlərin dibini təmizləməsi vacib deyil. Və sonradan əgər səhvən boğazına gedərsə orucu batil olmur. Amma əvvəldən bilsə ki, qırıntıları təmizləməsə boğazına gedəcək bu zaman dişlərin diblərini təmizləməsi vacibdir.
http://sual.nuraz.in/az/40/Oruc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (49) : SaLaM size sual yazmisdim oruc baresinde yazmisdizki qeza 1gune 1gun tutun menim 2 ramazan qezam var men dayanmadan 30gun tutmaliyam yoxda 1gun tutsam sonra qalanin sonra bele ede bilerem
Имя: RehmaN, Страна: azerBaycan, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Qəza oruclarını ardıcıl tutmaq vacib deyil.
http://sual.nuraz.in/az/40/Oruc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (50) : SaLaM, men ramazan ayinin 1ci gunu 1gun oruc tuddum gunortaya qeder sonra doze bilmedim asdim sonra qalan 29 gunu tutmadim. Hemde serieti bilmirdimki kaffaresi var menim 14 yasim varidi oruc vacib olmusdu mene. indi men 1gune 1gun yoxsa 1gune 60gun tutacam?
Имя: RehmaN, Страна: azerbaYcaN, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əgər o vaxt hər hansı səbəbdən əminliyiniz olub ki, oruc sizə vacib deyil və yaxud Allah-taala orucu açmağa icazə verir, qəzasını tutmaq kifayətdir, (orucu bilərəkdən pozmaq üçün lazım olan) kəffarə vacib deyil.
http://sual.nuraz.in/az/40/Oruc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Go to TOP