Sual (31) : Salam. Oruc tutan bir şəxsə həkim iynə vurarsa o, şəxsin orucu batil olarmı ?
Имя: , Страна: , Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Vacib ehtiyata əsasən, oruc tutmuş şəxs dəri altına vurulan qüvvətləndirici və qidalandırıcı iynələrdən, damara vurulan hər növ iynədən və damara köçürülən hər növ sistemdən istifadə etməməlidir. Amma dəri altına vurulan müalicəvi iynələrdən, həmçinin bədənin hansısa bir nahiyəsini hissiz etmək üçün istifadə edilən iynələrdən istifadə etməyin maneəsi yoxdur.
http://sual.nuraz.in/az/40/Oruc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (32) : Allahin salami olsun size!Zehmet olmasa deyin,oruc halinda boqaza suyu catdirmamaq werti ile aqiz bowluqunu yaxalamaq olarmi?Allah razi olsun!
Имя: Nuyazi, Страна: Russiya, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Eybi yoxdur.
http://sual.nuraz.in/az/40/Oruc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (33) : Mən işləyirəm. Orucluqda oruc tutub işləmək mənim üçün çətindir. Bəzən zəiflikdən halım pisləşir. İşləməsəm də ailəmin tələbatını ödəyə bilmirəm. Vəzifəm nədir?
Имя: , Страна: , Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əgər oruc tutmaq dolanışığın asılı olduğu işə mane olursa, məsələn, o qədər zəifliyə (halsızlığa) səbəb olur ki, işə o halda davam etmək mümkün deyil ya dözülməz susuzluğa səbəb olursa, digər tərəfdən mübarək ramazan ayında iş yerini dəyişmək və ya işə çıxmamaq mümkün olarsa və dolanışığını digər pulla hərçənd borcla davam edə bilərsə, oruc tutmaq ona vacibdir. Bu iş mümkün olmasa, oruc tutmalıdır, amma şiddətli zəiflik hallarında vacib ehtiyata əsasən (yalnız) zərurət miqdarında su içmək ya da yemək yeməklə zəifliyi dəf edə bilər. Bu miqdardan artıq qida qəbul etməsinin eybi var. Həmçinin vacib ehtiyata əsasən günün qalan hissəsini imsak etməlidir. Ramazan ayından sonra da qəzasını tutmalıdır və kəffarə ona vacib deyil.
http://sual.nuraz.in/az/40/Oruc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (34) : Qızım təzə həddi-buluğa çatıb. Zəif olduğundan oruc tutmaq onun üçün çətindir. Sualımız budur ki, olarmı ki, ramazan ayında oruc tutmasın və qış aylarında orucun qəzasını tutsun?
Имя: , Страна: , Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Zəiflik, hətta çox olsa belə öz-özlüyündə orucu yemək üçün əsas vermir və hər gün oruc niyyəti etməlidir. Amma məşəqqətə (adətən dözmək mümkün olmayan çətinliyə) səbəb olarsa, bu halda (yalnız) zərurət qədər yemək və içmək icazəlidir. Amma vacib ehtiyata əsasən günün qalanını imsak etmək lazımdır. Ramazan ayından sonra isə qəzasını tutmaq lazımdır. Kəffarə vacib deyil.
http://sual.nuraz.in/az/40/Oruc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (35) : Sualım xəstəlik halında oruc tutmaqla əlaqədardır. Mən xəstəyəm, oruc tutanda vəziyyətim ağırlaşır və həkim də oruc tutmağıma icazə vermir. Amma oruc tutmaq istəyirəm. Bilmək istərdim ki, oruc tutsam orucum səhihdir?
Имя: , Страна: , Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Xəstə insanın oruc tutmasının ona ziyanı varsa (xəstəliyin çoxalmasına səbəb olarsa və yaxud müalicənin zamanını uzadarsa, yaxud da ağrını çoxaldarsa) oruc düzgün deyil. Söz yox ki, onların hamısında ziyan o qədər olmalıdır ki, adətən ona dözmək olmur. Ziyanı olacağına əminliyinin ya da gümanının olmasının hökmdə heç bir fərqi yoxdur. Hətta ehtimal etsə belə hökm eynidir. (Söz yox ki, bu ehtimal qorxuya səbəb ola biləcək formada olmalıdır. Bu ziyan qorxusu da aqil insanların nəzərində qəbul edilən formada olmalıdır, misal üçün həkim rəyi ya təcrübə ya bu kimi yollarla) Xəstə sağalandan sonra həmin günün qəzasını tutmalıdır. Kəffarə ona vacib deyil. Əgər xəstəlik gələn ilin Ramazan ayına qədər davam etsə, qəza da boynundan götürülür. O, hər gün üçün 750 qram (yemək) çörək və ya makaron və ya buğda və bu kimi qidaları bir fəqirə (yoxsula) fidyə verməlidir.
Demək, nəinki xəstəliyin meydana çıxmasına yəqini olan şəxsin, hətta xəstəliyin meydana çıxacağından qorxuya düşən sağlam adamın da orucu düzgün deyil. Amma oruc tutmağın ziyanı olmayan xəstə mütləq oruc tutmalıdır və orucu düzgündür.
http://sual.nuraz.in/az/40/Oruc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (36) : Salam aleykum Ramazan ayinin qeza orucunu tutan bir nefer zohrden qabaq Orucunu pozsa qesden , keffaresi varmi?yaxuda zohrden sora pozsa genis cavab yazardiz xahis edirem
Имя: , Страна: Azerbaycan, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əgər zöhrdən qabaq orucu pozsa eybi yoxdur. Amma zöhrdən sonra qəza orucunu pozmaq olmaz. Belə etsə həmin günün qəzasını tutmaqdan əlavə 10 fəqirə hər birinə 750 qram çörək, ya buğda, ya makaron, ya da bu kimi qida versin.
http://sual.nuraz.in/az/40/Oruc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq 
Sual (37) : Salam aleykum Ramazan ayinin qeza orucunu tutan bir nefer zohrden qabaq Orucunu pozsa qesden , keffaresi varmi?yaxuda zohrden sora pozsa genis cavab yazardiz xahis edirem
Имя: , Страна: Azerbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Zöhrdən qabaq eybi yoxdur və kəffarəsi yoxdur. Zöhrdən sonra isə kəffarəsi var. 
http://sual.nuraz.in/az/40/Oruc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (38) : Salam aleykum. .sualım.mən 35 yaşında həyatı başa duşmuşəm,bilmədən namaz və orucu qəza olum bu ilərin hökumə nədi.
Имя: ELSEVAR, Страна: AZERBAYCAN, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Yerinə yetirmədiyiniz namaz, oruc və digər ibadətlərin qəzasını etməlisiniz. Oruc xüsusunda, əgər orucu qəsdən pozmusunuzsa, qəzadan əlavə kəffarə də vacibdir və onun kəffarəsi: altmış gün - otuz bir günü ardıcıl olmaq şərtilə - oruc tutmaq, ya altmış fəqiri yedizdirmək və ya altmış miskinin hər birinə bir müdd təam (təqribən 750 qr. buğda, çörək və s.) verməkdən ibarətdir.
http://sual.nuraz.in/az/40/Oruc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (39) : Həkim xəstəyə oruc tutmağı qadağan etsə (bəzi həkimlərin şəriət sahəsində məlumatsız olduğunu nəzərə alsaq), onun qənaətini bu sahədə qəbul etmək olarmı?
Имя: , Страна: , Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Həkim etibarlı adamdırsa, onun nəzəriyyəsi qəbul olunandır.
http://sual.nuraz.in/az/40/Oruc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (40) : Qəza orucu olan bir şəxs müstəhəb oruc tuta bilər mi?
Имя: Səmral, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Qəza orucu olan şəxsin müstəhəb oruc tutması düzgün deyildir.
http://sual.nuraz.in/az/40/Oruc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Go to TOP