Sual (11) : Men hele heddi buluqa catmamisam ve men ramazan ayinin ortasinda heddi buluqa catacam mene ramazan ayinin evvelinden oruc vacibdir?
Имя: Emil, Страна: Azerbaycan, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Mübarək ayın əvvəlindən oruc tutmaq lazım deyil, həddi-buluğa çatdığınız gündən oruc tutmaq vacibdir.
http://sual.nuraz.in/az/40/Oruc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (12) : bir adam sehv teqvimle oruc tutub yarimsaat gec baglayib orucu duzdu
Имя: Rehman, Страна: aze, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Qəzası kifayətdir və orucu bilərəkdən pozmaq kəffarəsi ödəmək vacib deyil.
http://sual.nuraz.in/az/40/Oruc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (13) : Salam aleykum. Olen adamin evezinden fitre zekati cixarmaq lazimdirmi? Allah razi olsun.
Имя: , Страна: , Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əgər bir şəxs, Fitr bayramı gecəsi, Günəş batmazdan əvvəl ölərsə, onun və ailə üzvlərinin fitrəsini onun malından vermələri vacib deyildir. Amma əgər Günəş batandan sonra ölərsə, üləmanın çoxu, buyurmuşlar ki, gərək onun və ailə üzvlərinin fitrəsini onun malından versinlər. Amma bu hökm işkalsız deyildir. Ehtiyatın tələbi gərək tərk edilməsin.
http://sual.nuraz.in/az/40/Oruc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (14) : salamun aleykum.bir kes isi ile elaqeder oruc tuta bilmir.ona keffare vacibdir?
Имя: cefer, Страна: cefer, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əgər oruc tutmaq dolanışığın asılı olduğu işə mane olursa, məsələn, o qədər zəifliyə (halsızlığa) səbəb olur ki, işə o halda davam etmək mümkün deyil, ya dözülməz susuzluğa səbəb olursa, digər tərəfdən mübarək Ramazan ayında iş yerini dəyişmək və ya işə çıxmamaq mümkün olarsa və dolanışığını digər pulla hərçənd borcla davam edə bilərsə, oruc tutmaq ona vacibdir. Bu iş mümkün olmasa, yenə oruc tutmalıdır, amma şiddətli zəiflik hallarında vacib ehtiyata əsasən (yalnız) zərurət miqdarında su içmək ya da yemək yeməklə zəifliyi dəf edə bilər. Bu miqdardan artıq qida qəbul etməsinin iradı var. Həmçinin vacib ehtiyata əsasən günün qalan hissəsini imsak etməlidir. Ramazan ayından sonra da qəzasını tutmalıdır və kəffarə ona vacib deyil.
http://sual.nuraz.in/az/40/Oruc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (15) : Salam aleykum! Əgər bir şəxs istimna edərsə ramazan ayında 60 günlük qəza orucundan əlavə, kəffarə düşürmü? Əgər istimna edən şəxsin yaşı 18 yaşdan aşağı olsa, hökm dəyişir ya yox?
Имя: , Страна: , Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
1. İstimna birmənalı olaraq haramdır. Əgər istimna edərkən məni xaric olarsa, cənabətə səbəb olur. Əgər bu iş oruc halında Ramazan ayının gündüzündə görülərsə, haramla bilərəkdən iftar etmək hökmündədir. Orucun qəzasından əlavə, iki ay oruc tutmalı və yaxud altmış miskini yedizdirməlidir. Müstəhəb ehtiyata əsasən, hər ikisini yerinə yetirsin. 
2. Heç bir fərqi yoxdur.
http://sual.nuraz.in/az/40/Oruc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (16) : Mən fəhlə işləyirəm və hava isti olduğundan işimlə bərabər oruc tuta bilmirəm, belə vəziyyətdə nə etməliyəm?
Имя: , Страна: , Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Bu halda oruc tutmağın vacibdir, əgər susuzluq, sənə ziyan edəcəyindən qorxduğun həddə çatsa və ya (susuzluqdan) halın kəskin şəkildə pisləşsə, zəruri olan miqdarda su iç və günün qalan hissəsini imsak et (yəni, orucu batil edənlərdən çəkin), sonra isə həmin günün qəzasını tut.
http://sual.nuraz.in/az/40/Oruc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (17) : Seyid Sistani cənabları oruc halında siqareti tərk edə bilməyən şəxs üçün Ramazan ayında siqaret çəkməyin caiz olması barədə fətva veribmi?
Имя: Arif, Страна: , Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Ayətullah əl-üzma Sistani cənabları belə bir fətva verməyib və onun nəzərində siqaret çəkmək, vacib ehtiyata əsasən, orucu batil edir. Siqaret çəkən Ramazan ayının orucu ərəfəsində özünə nəzarət edib siqaret çəkməkdən imtina etməlidir. Lakin əgər o, hər hansı bir səbəbdən siqaret çəkərsə, bu halda günün qalan hissəsini tələb olunan rəca qəsdi ilə imsak etməlidir (yeyib-içməkdən çəkinməlidir). Sonra isə ehtiyata əsasən, qəzasını yerinə yetirməlidir.
http://sual.nuraz.in/az/40/Oruc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (18) : Salam hedsiz acliq susuzluq olduqda icace varda bir miqdar yemek yedikden sonra oruc olmaliyuq yoxsa gene yemeliyik? Birde men qedir gecelerinde ve bayram namazlarini biz 2 3km olan mescide gedmesem 9 10 km olan mescide gedsem eyb olmaz ora gedmeyimin sebebi orda qozel sohbetler ve emelleri yaxsi keciriller burda ise mene elede ureyme yatmir
Имя: RəhmaN, Страна: AzE, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
1. Gün uzun olsa da oruclarınızı həmin şəhərin şəriət vaxtları əsasında tutmalısınız. Amma oruc tutmaq böyük çətinlik yaradıb adətən dözülməz olarsa, şiddətli aclıq və susuzluq gələn zaman ehtiyat vacibə əsasən, zərurət miqdarı qədər su içə bilər ya da yemək yeyə bilərsiz, amma günün qalan hissəsini ehtiyat vacibə əsasən, imsak etməlisiz və Ramazan ayından sonra bu günün qəzasını tutmalısız, kəffarəsi isə yoxdur.
Həmçinin sübh azanı ilə zöhr azanı arasında olan müddətdə şəhərin ən sonuncu evlərindən çıxmaqla 22 kilometrlik məsafəni qət edib orucunuzu orada aça bilərsiz və sonra isə şəhərinə qayıda billərsiz; belə olan təqdirdə artıq imsak etmək vacib deyil, sadəcə sonradan o günün qəzasını tutumalısız və kəffarəsi də yoxdur.
2. İcazəlidir.
http://sual.nuraz.in/az/40/Oruc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (19) : Mən işləyirəm. Orucluqda oruc tutub işləmək mənim üçün çətindir. Bəzən zəiflikdən halım pisləşir. İşləməsəm də ailəmin tələbatını ödəyə bilmirəm. Vəzifəm nədir?
Имя: , Страна: , Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əgər oruc tutmaq dolanışığın asılı olduğu işə mane olursa, məsələn, o qədər zəifliyə (halsızlığa) səbəb olur ki, işə o halda davam etmək mümkün deyil ya dözülməz susuzluğa səbəb olursa, digər tərəfdən mübarək ramazan ayında iş yerini dəyişmək və ya işə çıxmamaq mümkün olarsa və dolanışığını digər pulla hərçənd borcla davam edə bilərsə, oruc tutmaq ona vacibdir. Bu iş mümkün olmasa, oruc tutmalıdır, amma şiddətli zəiflik hallarında vacib ehtiyata əsasən (yalnız) zərurət miqdarında su içmək ya da yemək yeməklə zəifliyi dəf edə bilər. Bu miqdardan artıq qida qəbul etməsinin eybi var. Həmçinin vacib ehtiyata əsasən günün qalan hissəsini imsak etməlidir. Ramazan ayından sonra da qəzasını tutmalıdır və kəffarə ona vacib deyil.
http://sual.nuraz.in/az/40/Oruc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (20) : Salam men necedefedi yaziram ama cavab i gormurem. oruclu olanda sefere cixmag isdeyirem ve men oz seherimizin haterefden qutardigini deqiq bilmiremse olcunu hardan goturmeliyem.
Имя: RehmaN, Страна: Aze, Муджтахид: Ayətullah Sistani

Bismillahir-rəhmanır-rəhim 
Həddi-tərəxxüs o yerə deyilir ki, şəhər əhalisi və hətta şəhərdən xaricdə və şəhər ətrafında olanlar müsafiri görməsinlər. Onun (tərəxxüs həddinin) əlaməti isə müsafirin şəhər əhlini görə bilməməsidir.
Qeyd edək ki, sualların cavabı sizin e-poçtunuza göndərilir. 
http://sual.nuraz.in/az/40/Oruc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq  

Go to TOP