Sual (41) : Nəzr edən şəxs nəyi nəzr etdiyini şəkk edir. xahiş edir aşağıda yazılanlara nisbətdə onun vəzifəsini bəyan edin: 1) hansı şeyi nəzr etdiyi unutmuşdur. 2) İki iş arasında, hansını nəzr etdiyində tərəddüd edir.
Имя: Nahid, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim

1) Əgər bilmirsə, onda onun yaşadığı vilayətdə camaat adətən xüsusi nəzr etdiyi şeyi o da nəzr etsin. Əgər fərqli bir şey olmasa nəzrə əməl etmək qüdrəti olmadığından onun nəzri götürülür və vəzifəsi yoxdur. Əgər sonradan yadına gəlsə, nəzərinə əməl etsin.

3) İkinci halda əgər az ya çox arasında tərəddüdlü olsa, məsələn, fəqirə yüz ya iki yüz tümən verməkdə tərəddüdə qalsa, aza kifayətlənib yüz tümən versin. amma iki fərqli iş arasında, məsələn, sədəqə vermək yaxud roza oxumaq tərəddüdlü olsa, ehtiyata əsasən hər iki işi yerinə yetirsin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (42) : Bir şəxs müəyyən gündə oruc tutmağı nəzr edir, lakin qeyri-zəruri bir səfər qarşıya çıxır. səfərə çıxıb həmin günü nəzr orucunu tutmamaq caizdirmi?
Имя: Nahid, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bəli, caizdir. amma gərək sonradan o günün orucunu qəza etsin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (43) : Bir şəxs bir məbləğ pulu bir nəfərə verməyi nəzr edir, amma o şəxs bunu qəbul etmirsə, nəzr edənin vəzifəsi nədir?
Имя: Zamin, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər nəzri qəbul etməmək ümumiyyətlə nəzr olan şeyi qəbul etməməkdirsə, bu surətdə nəzr ləğv olunur. ona əməl etmək vacib deyil. amma əgər xüsusən bu şəxsin özündən qəbul etmirsə, nəzr edənin vəzifəsi budur ki, həmin məbləği hər yolla olsa, tanınmayan şəxsin vasitəsiylə ya onun malına qatmaqla və yaxud onun evinə atmaqla ona çatdırsın. mümkün olmasa nəzr ləğv olur və vəzifə götürülür.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (44) : Bir şəxs bir neçə xalçanı xüsusi ilə məscidə nəzr etmiş və məscidə təhvil verməyə gətirdikdə həmin məscidin xalçaya ehtiyacı olmadığını başa düşmüşdür. indi həmin xalçaları ehtiyacı olan digər məscidə vermək caizdirmi?
Имя: Elnur, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər o məscidin gələcəkdə də həmin xalçalardan istifadə etməyə ehtiyac və ümüdi olmasa qeyd olunan nəzrə əməl etmək lazım deyil. nəzr edən ixtiyar sahibidir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (45) : Mən əgər səfərdə olanım salamat qayıtsa, allah yolunda bir qoyun kəsib fəqirlərə verərəm demişəm. bu nəzr səhihdirmi?
Имя: Nahid, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bəli, səhihdir. nəzr siğəsi gərək dildə deyilsin, ürəkdə qəsd etmək kifayət deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (46) : İdman etməyi nəzr etmək olarmı?
Имя: Elnur, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Müsbət və faydalı olan yerlərdə maneəsi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (47) : Əgər insan bir nəzir etsə, amma o nəzirin çətinliklərindən kifayət qədər məlumatı olmasa və nəzir etdikdən sonra bu çətinliklərdən xəbərdar olsa, öz nəzrinə əməl etməsi vacibdirmi?
Имя: Zamin, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əgər nəzri yerinə yetirməyə gücü çatsa və nəzir də şəri siğə ilə oxunmuş olsa, ona əməl etməsi vacibdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (48) : Camaatın heyətlərə verdiyi nəzirdən əgər bir miqdar artıq qalsa və onu (qənd, şəkər, yağ və s. kimi qida maddələri olduğu üçün) saxlamaq mümkün olmasa, nə etmək lazımdır?
Имя: Zamin, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Bu işin məsuliyyəti öhdələrinə olan şəxslərin icazəsi ilə başqa münasibətlərdə istifadə etmək olar.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (49) : Nəzir edərkən onun xərclənməsini nəfəqəsini vermək vacib olan şəxsləri nəzərdə tutmaq olarmı?
Имя: Zamin, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (50) : Bir nəfər Məhərrəm ayının 7-də həzrət Abbasın (ə) adına bir qoyun zibh etməyi nəzir etmişdir. Amma qarşıya çıxan maneçiliyə görə həmin gün öz nəzirinə əməl edə bilməmişdir. Onu başqa günlərdə zibh etməsi kifayət edirmi?
Имя: Elnur, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Sualın fərzində əgər həmin gün öz nəzrinə əməl edə bilməmişsə, onun öhdəsindən gütürülür.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP