Sual (11) : Salamun aleykum. Əgər bir insan "Allaha and olsun ki, filan işi etməyəcəyəm", - desə, sonra andını pozsa, sonra kəffarəni yerinə yetirsə, belə olan halda kəffarəni ödədikdən sonra həmin and yenə də keçərli olurmu? Yoxsa, andı bir dəfə pozandan sonra (və kəffarəni də ödədikdən sonra) and qüvvədən düşür? Məsələn, bir nəfər deyir ki, Allaha and olsun ki, siqaret çəkməyəcəyəm. Sonra andını pozur. Bu şəxs kəffarə ödədikdən sonra yenə də siqaret çəkməməklə bağlı andına əməl etməlidir, yoxsa, and birinci dəfə ilə pozulur? Daha anda sadiq qalması vacib deyil?
Имя: , Страна: , Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Andını pozduqdan və kəffarəsini ödədikdən sonra yenidən o andına əməl etməsi vacib deyil.
http://sual.nur-az.com/az/39/N%C9%99zir-%C9%99hd-and/

Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (12) : Sual: Salam-aleykum. 1.Yetim usaglar evine goyun gurban deyilib. Etimadsizliq sebebinden qurbanligi paltar almaqla evez etmek olar? Ve umumiyyetle, nezir emelinde heyvan kesmeyin xususi rolu var? Yeni 3 manatliq heyvan kesmek 4 manat sedeqe vermekden daha feziletlidir? Allah razi olsun.
Имя: , Страна: , Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Nəzir və qurbanlıq necə deyillibsə, elə də yerinə yetirilməlidir və başqa şeylə əvəz olunması icazəli deyil.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (13) : ASSALAM ALEYKUM VE REHMETULLAHI VE BEREKATUH.HANSI HALDA ALLAHA YALANDAN AND ICMEYE GORE ORUC HANSI HALSA KEFFARE VE NECE BIR KEFFARE HANSI HALDA HEM KEFFARE HEMDE ORUC VACIB OLUR?ALLAH SIZI QORUSUN.
Имя: Zaur, Страна: Azerbaycan, Муджтахид: Ayətullah Sistani

Bismillahir-rəhmanır-rəhim

Əgər bir işi yerinə yetirəcəyinə, ya tərk edəcəyinə and içsə, məsələn, oruc tutmağını, ya siqaret çəkməməyini and içsə, belə ki, bilə-bilə andı ilə müxalifət etsə, günah etmiş olur və gərək kəffarə versin, yəni bir qul azad etsin, ya on fəqiri doydursun, ya onları geyindirsin, əgər bunları edə bilməsə, gərək üç gün ardıcıl oruc tutsun.

Andın bir neçə şərti vardır:

1. And içən şəxs, gərək baliğ və aqil olsun. Qəsd və ixtiyar üzündən and içsin. Deməli, uşaq, dəli məst və məcbur olunan şəxsin and içməsi düzgün deyildir. Həmçinin əsəbi halda, ixtiyarsız və qəsdsiz and içsə, düz deyildir.

2. And içib yerinə yetircəyi iş, gərək haram, ya məkruh olmasın və and içib tərk edəcəyi iş gərək vacib, ya müstəhəbb olmasın. Əgər mübah işi tərk edəcəyinə, ya yerinə yetirəcəyinə and içsə, onu tərk etmək və ya əmələ gətirmək əql sahiblərinin nəzərində üstünlüyə malik olarsa, yaxud onun özü üçün dünyəvi məsləhəti olarsa, andı səhihdir.

3. Allahın adlarından birinə and içsin ki, Onun müqəddəs zatından başqa o ad heç kəsə deyilməz, məsələn; "Allah", "Xuda". Yaxud yalnız Allaha məxsus olan sifət və ya fellərlə Allahı yad etsin, məsələn asimanları və yeri yaradan kəsə and olsun deyə and içsin. Və ya elə bir ada and içsin ki, o ad Allahdan başqasına da deyilər, amma o ad, o qədər Allaha deyilib ki, nə vaxt bir şəxs o adı desə, ancaq onun müqəddəs zatı nəzərə gəlir. Məsələn; "Xaliq" və "Raziq" adına and içsə, səhihdir. Hətta elə bir ada and içsə ki, yalnız and içmə məqamında Allahın zatını xatırlayarsa, (Səmi və Bəsir kimi) andı səhihdir.

4. Andı dilə gətirməlidir. Amma lal olan bir şəxs işarə ilə and içərsə, səhihdir. Həmçinin danışmaq gücünə qadir olmayan bir şəxs, əgər onu yazıb, qəlbində də qəsd edərsə, kifayətdir. Hətta əgər danışmağa qadir olsa belə, andı yazarsa, vacib ehtiyata görə ona əməl etməlidir.

5. Anda əməl etmək onun üçün mümkün olmalıdır. Əgər and içdiyi zaman mümkün olmasa, amma, sonradan mümkün olsa, kifayətdir. Əgər and içdiyi zaman mümkün olub, sonradan ona əməl etməkdə aciz qalsa, aciz qaldığı vaxtdan etibarən andı pozular. Həmçinin əgər anda əməl etmək dözülməyəcək qədər məşəqqətli olarsa, hökm eynidir. Əgər bu acizlik onun ixtiyarı ilə olsa, yaxud öz ixtiyarı ilə olmasa da, qadir olduğu zamandan tə`xirə salmaqda üzrü olmasa, günah edib və kəffarə də vacibdir.

http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (14) : Salam. Vaxtilə 100 min tümən nəzir etmişdim, qəbul da oldu, amma nəzrimi verməyi gecikdirdim. İndi tümən inflyasiya edib, o vaxt təxminən 100 dollar edirdi, indi isə 30 dollar. Mən nə qədər nəzir verməliyəm?
Имя: , Страна: , Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər nəzrinizi müəyyən vaxtda ödəməyi niyyət etməyibsinizsə, nəzir etdiyiniz miqdarı ödəməyiniz kifayətdir.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (15) : ASSALAM ALEYKUM VE REHMETULLAHI VE BEREKATUH.EGER 1 INSAN BIR SEYIN DOGRU OLDUGUNA ZEIF BIR EHTIMAL EDIB,ZENN VE GUMAN EDIB ALLAHA AND ICERSE VE SONRA O SEYIN SEHV OLDUGUNU YEQIN EDERSE ORUC TUTMALI VE YA KEFFARE VERMELIDIRMI?ALLAH SIZI QORUSUN
Имя: Zaur, Страна: azerbaycan, Муджтахид: Ayətullah Sistani
Təsdiq və ya rədd üçün yalandan and içibsə kəffarə düşmür. Hətta bilərəkdən də olsa kəffarə düşmür. Amma günahdır.
Sual (16) : Salamun aleykum. Mən bu yaxınlara qədər andla nəziri səhv salmışam. Belə ki, təzəlikcə öyrəndiyimə görə and içən zaman "Allaha and olsun ki.." demək lazımdır və andı pozduğun zaman kəffarə olaraq (digər kəffarələr mümkün olmasa) 3 gün oruc tutmaq lazımdır. Nəzirdə isə "lillahi ələyy" və ya "Allah üçün mənə vacibdir ki..." demək lazımdır və pozduğun zaman 2 ay dalbadal oruc tutmaq lazımdır. Mən elə bilmişəm ki, "lillahi ələyy" demək anda aiddir. Ona görə də bir neçə dəfə olub ki, and niyyəti ilə demişəm ki, məsələn "lillahi ələy filan işi görməyəcəyəm", amma sonra müəyyən səbəblərə görə o işi görmüşəm. Kəffarə olaraq da 3 gün oruc tutmuşam. Yəni, etdiyim işi and zənn etmişəm və kəffarə olaraq da andın kəffarəsini yerinə yetirmişəm. İndi sualım budur ki, mənim bu yanlış anlamam üzrü aradan qaldırır, yoxsa gərək hər pozduğum nəzirə görə 2 ay oruc tutam? Allah razı olsun, öncədən təşəkkürlər.
Имя: , Страна: , Муджтахид: Ayətullah Sistani
And içib andınıza əməl etməmisinizsə 10 fəqir şəxsin hər birinə 750 qram çörək və ya un və yaxud buğda verin, bu kifayət edir. And ilə nəzirin kəffarəsi eynidir, heç bir fərqi yoxdur. And içməklə də həmişə kəffarə vacib olmur; o iş ya vacib olmalıdır və ya müstəhəb və yaxud insanların nəzərində faydalı bir əməl hesab olmalıdır və yaxud onun sizin üçün bir xeyri olmalıdır.

Sual (17) : Insan andini pozanda gunahdimi ve axiri neye getirib cixardir
Имя: , Страна: Azerbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Doğrudan and içmək məkruh, yalandan and içmək isə haram və böyük günahdır. Amma insan özünü və ya bir müsəlmanı zalımın şərindən qurtarmaq üçün and içərsə, eybi yoxdur. Bəzən belə hallarda and içmək vacib olur. 
And içən şəxs həddi-büluğ, ağıllı olmalı, şəri hakim ona öz malını sərf etməyi qadağan etməməlidir. And məqsədi və azad şəkildə içilməlidir.
Hansı işin görüləcəyinə and içilirsə, həmin iş haram və ya məkruh olmamalıdır. Vacib və ya müstəhəb bir işi tərk etmək üçün and içmək olmaz.
Andı yazmaq və ya qəlbdən keçirmək olmaz. And dilə gətirilməlidir. Amma lal adam işarə ilə and içə bilər. Anda əməl etmək mümkün olmalıdır.
Əgər bir kəs Allaha and içsə və ona əməl etməsə, gərək kəffarə versin.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq


Sual (18) : Qadın ərinin icazəsi olmadan nəzir boyun ala bilərmi
Имя: , Страна: Azerbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər əri yanındadırsa, vacib ehtiyata görə qadının nəzri ərinin icazəsi ilə olmalıdır.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (19) : sədəqə edilmiş Qurbanı gecikdirəndə kəffarəsi nədir?Yeni niyyet edibler filan vaxti kesecem-amma gecikdiribler -Zehmet olmasa bu barede Sistani aganin da nezerini yazin
Имя: Zehra, Страна: Azerbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər gec də olsa yerinə yetirmisinizsə, kəffarəsi yoxdur.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (20) : Qadına söz verəndə ona əməl etmək vacibdirmi?
Имя: Tahir, Страна: Azerbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Yaxşı olar ki, müsəlman şəxs mümkün olmayan halları çıxmaq şərti ilə həmişə öz verdiyi sözlərə əməl etsin.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Go to TOP