Sual (1191) :
Əgər it bir kəsin paltarına toxunsa və o, həmin paltarla məscidə daxil olsa, məscidi paklamaq lazımdır?
Имя:
Elnur,
Страна:
Azərbaycan,
Муджтахид:
Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Paltar və ya itin bədəni nəm
olmasa nə paltar nəcis olur, nə də məscid?
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (1192) :
Şöhrət paltarı nə deməkdir? Bu geyimdən istifadənin hökmü nədir?
Имя:
Zamin,
Страна:
Azərbaycan,
Муджтахид:
Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Şöhrət libası deyəndə elə
paltar geymək nəzərdə tutulur ki, zöhd (zahidlik) və müqəddəsliklə məşhur
olsun. Riyakarlıq üzündən olsun. Belə geyimdən istifadə etmək şəriət baxımından
işkallıdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (1193) :
Nəcis olmasında şəkkimiz olan paltarda namaz qılmağın hökmü nədir?
Имя:
Elnur,
Страна:
Azərbaycan,
Муджтахид:
Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Nə qədər ki, nəcis olmasına
yəqin əldə etməmişsiniz, onunla namaz qıla bilərsiniz.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (1194) :
Əgər namazqılan namaz qıldığı halda əlini cibinə salsa, mobil telefonunu çıxarıb, yandırıb-söndürsə, bu hərəkət onun namazının batil olmasına səbəb olurmu?
Имя:
Allahqulu,
Страна:
,
Муджтахид:
Ayətullah Sübhani
Bismillahir-rəhmanır-rəhim
Namazın şəkili
pozulmayınca, namaz batil olmur. Vəllahul-alim.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (1195) :
Dişi düzəldən və qəlib tutan zaman ağız suyunda həll olan bir növ dərmandan istifadə olunur; ağız suyu onun dadını götürürsə, oruc zamanı onun hökmünü bəyan edin.
Имя:
Elman,
Страна:
Azərbaycan,
Муджтахид:
Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
O dərman ağız suyuna
qarışıb aradan getsə və ona yemək deyilməsə işkalı yoxdur, baxmayaraq ki, onun
dadını hiss edir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (1196) :
salam Əleykum ey Allah bəndələri. İstəyirdim bilim, mənim dostum kosmonavtlığı oxuyur, səmada qibləni necə təyin etməlidir, necə dəstəmaz alıb və necə namaz qılmalıdır? Bu zaman onun namazı tamam olmalıdır yoxsa qəsr? Zəhmət olmasa sualı imam Xomeyni ağanın nəzərinə əsasən cavablandırın
Имя:
telman,
Страна:
azerbaycan,
Муджтахид:
Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Vacib
namazlar, heç bir şəraitdə insanın boynundan götürülmür. Hər bir müsəlman ki,
təklif yaşına çatmışdırsa, vacibdir hər hansı bir halda mümkündürsə öz namazını
qılmalıdır.
O
şəxslər ki, səmadadırlar əgər yer kürəsinə doğru üzlərini çevirsələr qibləyə
doğru durmuşdurlar. Amma yer kürəsinin hansı tərəfdə olduğunu təyin edə
bilməyirlərsə dörd tərəfə namazlarını qılacaqlar (imkanı olduğu şəraitdə)
bundan başqa şəraitdə, hər neçə tərəfə namaz qılsalar kifayət edər.
Amma
dəstəmaz halında, əgər dəstəmaz almağa imkanı vardırsa, dəstəmaz almalıdır;
əgər dəstəmaz üçün imkan yoxdursa tətəmmüm etməlidir və əgər təyəmmüm üçün də
imkan yoxdursa ehtiyat əsasında, təyəmmüm və dəstəmazsız namazını qılacaq,
sonra isə dəstəmazsız və təyəmmümsüz qıldığı namazların qəzasını qılacaqdır.
Amma qəsr və tamam olması
baxımından (namazın qəsr, iki rəkət olması və yaxud tamam dörd rəkətli olması).
Əgər bir kosmonavt bilir ki, səmada müəyyən bir yerdə on gün və yaxud çox
qalacaq orada namazını tamam, qılmalıdır. Belə olamayan halda namazı qəsrdir
(iki rəkət). Amma əgər biri "kosmonavt" – lığ) onun işidir o halda
ki, birinci səfərindən sonra, on gün və on gündən çoz öz vətənində və yaxud
başqa bir yerdə qalmamışdırsa ikinci səfərində namazı tamamdır. Amma əgər on
gün və on gündən çox öz vətənində və yaxud başqa bir yerdə qalmışdırsa və
yenidən səmaya qalxarsa onun namazı qəsr olacaqdır.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (1197) :
Gecə yarısı olmasını necə bilmək olar? Camaat arasında gecə yarısının 00 30 dəqiqə olması məşhurdur. Bunu meyar götürmək olarmı?
Имя:
Kerbelayi Anar,
Страна:
Azərbaycan,
Муджтахид:
Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Gecə yarısı qürubla fəcrin
açılmasına qədər olan saatların yarısıdır. Bəs, əgər gün məsələn, saat 19:00 da
batsa və fəcr sübh saat 4:00 - də açılsa, gecə 23/30 dəqiqə gecə yarısı olacaq.
Zaman və məkan baxımından fərqli olmasına baxmayaraq, bu ümumi bir ölçüdür.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (1198) :
Məğrib və işa namazları nə vaxt qəza olur?
Имя:
Sabir,
Страна:
Azərbaycan,
Муджтахид:
Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Bu iki namazın vaxtı gecə yarısına
kimidir. Amma namaz qılmağı unutmuş və ya heyz olan çarəsiz şəxslər üçün fəcrin
yetişməsinə kimi vaxt vardır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (1199) :
Müstəhəb namazı təyəmmümlə qılmaq olarmı?
Имя:
Kerbelayi Anar,
Страна:
Azərbaycan,
Муджтахид:
Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əgər təyəmmümü icazələndirən
bir üzür qarşıya çıxsa, eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (1200) :
Əqdin birinci gecəsi zifaf namazı qılmaq və o gecəyə aid olan dualar oxumaq vacibdirmi?
Имя:
Vusal,
Страна:
Azərbaycan,
Муджтахид:
Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Vacib deyil, bəlkə müstəhəbdir və onun müstəhəbliyi toy gecəsidir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.