Sual (1181) : Namaz qılan zaman və moizə vaxtı qadınlarla kişilər arasında pərdə və hicabın olması lazımdırmı?
Имя: Zamin, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim

Pərdənin olması yaxşıdır. Lakin vacib deyil. Bu şərtlə ki, İslam qanunlarına riayət olunsun.

Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (1182) : Məscidin qonşularının etiraz etdikləri və azan səsinin onların narahatçılığına səbəb olmasını bildirdikləri halda, məscidin azan səsini çoxaltmaq, xüsusilə də sübh azanı vaxtı bunu etmək caizdirmi?
Имя: Zamin, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Azan səsini adi və normal həddə çoxaltmağın eybi yoxdur və qonşular azan səsinə mane ola bilməzlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (1183) : Bir şəxs tağut (şah rejimi) zamanında 5 tümənə uduşlu bileti aldı və 100 min tümən uduşa sahib oldu. Bu pulla bir ev aldı. Bu evdə namaz qılmaq caizdir?
Имя: Nahid, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Onu məchulul-malik adı ilə şəri hakimin icazəsi ilə sədəqə verməlidir. Özü buna layiq və möhtacdırsa, şəri hakimin icazəsi ilə ondan istifadə edə bilər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (1184) : Universitetdə adətən namaz qılmaq üçün xüsusi yer ayrılır. Bu yerlər məchulul-malik (sahibi məlum olmayan, naməlum) olduğuna görə (əsl sahibi məlum deyil) tələbələrə bu məkanlarda namaz qılmaq üçün bir məbləğdə pul fəqirlərə vermək lazımdırmı? Bu məsələ universitetdə tədris etmək barəsində də qüvvədədirmi?
Имя: Zamin, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Namaz üçün ayrılan məkan hökumətin əlindədirsə və onun vəziyyəti sizə aydındırsa, orada namaz qılmağın universitet rəhbərliyinin icazəsi ilə heç bir maneəsi yoxdur. Bir şey vermək də lazım deyil. Lakin doğrudan da məchulul-malikdirsə və sahibini tanımaq üçün heç bir yol yoxdursa, bu halda namazı qılıb və müqabilində bir qədər pul yoxsullara verə bilərsiniz.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (1185) : Kiçik bir hissəsi haram pul ilə rəfv (təmir) olunan xalçanın üzərində namaz qılmaq olarmı?, yaxud təkcə həmin məxsus hissənin üzərində namaz qılmağın işkalı var?
Имя: Ali, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Həmin məxsus hissənin işkalı var.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (1186) : Kirayə götürülmüş bəzi dövlət idarələri və məkanlarının sahibləri bu məkanların boşaldılmasına israr edir və öz narazılıqlarını bildirirlərsə, bu binaların çarəsizlik üzündən hələ də dövlət orqanlarının ixtiyarında olduğunu nəzərə alsaq, belə məkanlarda namaz qılmağın hökmü nədir?
Имя: Zamin, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Qəti zərurət halında eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (1187) : 12 metrlik (3×4) xalçanın harasının nəcis olduğunu bilmirik. Bu şübhə məhsurə şübhədir, yoxsa qeyri-məhsurə? Onun üzərində namaz qılmaq olar?
Имя: Elnur, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Məhsurə şübhə sayılır. Lakin onun üzərində namaz qılmağın eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (1188) : Namazda qara paltarın məkruhluğu bacıların qara çadrasına, habelə qara əbaya şamil olurmu?
Имя: Camal, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim

Qara paltarın namazda məkruhluğu məşhurdur. Bunun üçün istinad edilən dəlil həm qadın, həm də kişilərə aiddir. Lakin əba bu hökmdən istisna olunmuşdur. Qadınların çadrasının da bu hökmdən istisna olmasını ehtimal vermək olar.

Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (1189) : Qadın namaz vaxtı və ya ondan sonra başa düşsə ki, bədəninin örtülməsi lazım olan bəzi hissələri açıq qalmışdır, hökm nədir?
Имя: Nahid, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Namazı səhihdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (1190) : Bir şəxsin bövlü və ya nəcisi ixtiyarsız ondan xaric olur. Kisə vasitəsilə bunun sair yerlərə yayılmasının qarşısını alır. Namazdan əvvəl kisə nəcisə bulaşarsa, onu dəyişmək vacibdirmi? Əgər kisə pak olsa və namaz halında nəcis və ya bövl ixtiyarsız ondan xaric olarsa, hökm nədir?
Имя: Ali, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Bövl və ya qaiti dalbadal çıxan şəxs gərək hər dəstəmazdan sonra dərhal namaza başlasın. Ehtiyat namazı, yaddan çıxmış səcdə və təşəhhüdü yerinə yetirmək üçün yenidən dəstəmaz almaq lazım deyil. Bu şərtlə ki, namazla bu işlər arasında fasilə salmasın. Namaz halında (nəcisə) bulaşmış kisəni üstündə saxlaması namazı batil etmir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP