Sual (1171) : İkinci rükətdə imam “Tovhid” surəsini oxuyub qurtarandan sonra məmumun "kəzalikəllahu rəbbi" deməsi caizdirmi?
Имя: Ali, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Mütləq zikr (yəni ümumiyyətlə zikr olan bir kəlmə) niyyəti ilə maneəsi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (1172) : Namazın qiraətini qiraət formalarının hamısına uyğun yerinə yetirmək olarmı?
Имя: Elnur, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Müsəlmanlar içində məşhur qiraət olsa, eybi yoxdur. Bizim zəmanəmizdə Həfsin rəvayətinə müvafiq olan Asimin qiraəti məşhurdur və adi Quranlarda da həmin qiraət mövcuddur, buna görə də digərlərinin qiraətlərindən istifadə etmək işkalsız deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (1173) : Azanda "Əşhədu ənnə Əliyyən vəliyyullah" demək ixtira və bidətdirmi?
Имя: Zamin, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Bidət budur ki, azanın hissəsi qəsdi ilə deyilsin. Əgər bu qəsd olmasa, bidət deyil və eybi yoxdur. Şiələr bu məqsədlə demirlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (1174) : Möminlərin Əmiri, müttəqilərin mövlası Həzrət Əli ibn Əbi Talibin (əleyhis-səlam) vilayətinə şəhadət vermək şiə ictimaiyyətində hansı tarixdən azanda deyilmişdir?
Имя: Elnur, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Bəzi hədislərdən belə məlum olur ki, bu iş İmamların (əleyhimus-salam) əsrindən başlamışdır. Lakin o dövrdə özünə ümumi hal almamışdı. Sonradan şiələrin şüarına çevrilmişdir. (Əlavə məlumat üçün nəfis "Müstəmsək" kitabının azan və iqamə hissəsinə baxın.)
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (1175) : Hər hansı bir yolla, ya səfər üçün ya da qəbul etdiyi işlə bağlı qütbə səfər etmiş bir şəxsin, uzun müddət orada qalmaq fikri var. (Yeri gəlmişkən demək lazımdır ki, qütbdə altı ay gündüz və altı ay gecə olur.) Bunları nəzərə almaqla, bu şəxsin namazı, orucu və qibləsi necə olacaqdır? Əgər bir şəxs Aya səfər etmək fikrinə düşərsə, səfər boyu onun namazı, orucu və qibləsi (kosmik gəminin içində) və ayın üzərində necə olacaqdır?
Имя: Ali, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Orta məntəqələrə uyğun əməl etməlidir. Bu haqda "Qütblərdə namaz və oruc" kitabında şərh vermişik. Lakin qütb məntəqələrində qibləni tapmaq çətin deyil. Məkkə ilə ən az məsafəsi olan səmtə tərəf dayanmalıdır. Buradan da fəzada olan şəxslərin namaz və oruclarının hökmü məlum olur. Fəzada səfərdə olanlar üçün qiblə, yer və onun fəzada olan hərəkəti səmtinədir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (1176) : Amerikanın qərbində, Laos-anceles şəhərində yaşayan müsəlmanlar namazlarını hansı səmtə qılmalıdırlar ki, namazları səhih və üzü qibləyə yerinə yetirilmiş olsun? Əlbəttə, qiblənüma kompaslar (məsələn, Rəzmara və digər kompaslar) Amerikanın şərqində olan Nyu-yorkun qibləsini göstərirlər, lakin Nyu-yorkdan təyyarə ilə 6 saat məsafədə olan Laos-ancelesin qibləsini müəyyən etməmiş və camaat öz vəzifələrinin dəqiq necə olduğunu bilmədiklərindən "Əynəma tuvəllu fəsəmmə vəchullah" – ayəsinə istinadən hər hansı bir tərəfə namaz qılırlar. Mümkünsə, onların vəzifəsini müəyyən edin.
Имя: Zamin, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Oranın müsəlmanları arasında qiblə adı ilə məşhur olan tərəfə dayansanız, eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (1177) : Gəmi və qatar hərəkət edərkən onrarın içində namaz qılan şəxslər qiblədən dönsələr vəzifələri nədir?
Имя: Elnur, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim

Dərhal üzlərini qibləyə tərəf döndərməlidirlər.

Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (1178) : Deyirlər ki, Həzrət Höccətibnil-Həzən İmam Zaman (əleyhis-salam) zühur edəndə qibləni İmam Hüseynin məzarına sarı döndərəcək. Bu səhihdir?
Имя: Zamin, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Bu hədis Quran və Məsumlar (əleyhis-salam) tərəfindən sübuta yetmiş hədislərlə müxalifdir. Buna görə də onu kənara atmaq lazımdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (1179) : Yaralı və ya əlil qardaşlar var ki, heç bir vəchlə üzü qibləyə namaz qıla bilmirlər. Qeyri qiblə tərəfləri onlar üçün eynidirmi?
Имя: Ali, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Aralarında fərq yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (1180) : Əgər bir şəxs qiblədən başqa tərəfə namaza dayanıbsa və biz də qiblənin başqa tərəfə olduğunu biliriksə, bunu ona demək bizim vəzifəmizdirmi? Belə yerdə əmr be məruf və nəhy əz münkər lazımdırmı?
Имя: Elnur, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Lazım (vacib) deyil, amma yaxşıdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP