Sual (1161) : Sementə, mozaik və mərmər daşına səcdə etmək olarmı?
Имя: Ali, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim

Eybi yoxdur.

4- Kağız pullara səcdə etmək

Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (1162) : Möhürlərin yazılı tərəflərinə (məsələn, “Kərbəlanın əla türbəti” yazısına) səcdə etmək caizdir, yoxsa ehtiyat buyurursunuz? Ehtiyata səbəb nədir?
Имя: Elnur, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Düşmənlərin əlinə bəhanə verən hallardan başqa eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (1163) : Kağız salfetinə və ya üzərində xətt çəkilmiş kağıza səcdə etmək olarmı?
Имя: Elnur, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Kağız salfetinə, habelə xətləri olan kağız vərəqə səcdə etmək caizdir. Bu şərtlə ki, xətlər alnın kağıza çatmasına maneçilik törətməsin və ya xətlər arasında səcdə səhih olan miqdarda məsafə olsun.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (1164) : Bir şəxs səcdəyə gedərkən müvazinətini elə itirdi ki, arxası üstə düşdü, namazı batildirmi?
Имя: Zamin, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Əgər namazın surəti pozulmazdan qabaq öz əvvəlki vəziyyətinə qayıtsa maneəsi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (1165) : Səcdəni stulun üstündə edən şəxs, ayaqqabı ilə namaz qılsa, hökmü nədir?
Имя: Zamin, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Eybi yoxdur. Amma yaxşı olar ki, ayaqqabılarını çıxartsın.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (1166) : Bir şəxs qiraətini düzəltməyə qadir deyil. Lakin söz (danışıq) təbabətinə müraciət edərsə, güclü ehtimalla, düzəltmək bacarığına malik olacaqdır. Bu müalicə ona vacib sayılırmı?
Имя: Elnur, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Ehtiyat budur ki, müalicə etsin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (1167) : Namazında çoxlu səhvə yol verən və onları düzəltməyə qadir olmayan qoca qarının namazının hökmü nədir?
Имя: Nahid, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Öyrənməyə qadir deyilsə, hansı şəkildə qıla bilirsə, elə də qılsın.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (1168) : Bir kəs namazda “Həmd” surəsini qiraət edərkən “Maliki yovmiddin” cümləsində “yovm” sözünün, “ya” hərfini zəmmə ilə tələffüz edir. Bir halda ki, onu səhih tələffüz edə də bilərdi, lakin məsələnin hökmünü bilmirdi. Onun namazları səhihdirmi? Yoxsa onları yenidən qəza etməsi lazımdır?
Имя: Ali, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim

Əgər məqsəd, “ya” hərfinin hərəkəsinin zəmməni xatırlatmasıdırsa, bunun eybi yoxdur. Çünki, belə hallarda ərəblər də bu şəkildə tələffüz edirlər. Amma əgər aşkar şəkildə ona zəmmə versə, müşküldür. Cahili-qasir olduğu təqdirdə isə zərəri (eybi) yoxdur.

Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (1169) : “Namazın zikri və qiraəti səhih oxunmalıdır” - deyəndə məqsəd nədir?
Имя: Zamin, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Düz tələffüz etmək o həddə lazımdır ki, ərəb onu səhih ərəb dilində bilsin. Lakin təcvid alimlərinin qeyd etdikləri dəqiq nöqtələri gözləmək lazım (vacib) deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (1170) : Cümə günü zöhr namazının qiraətini ucadan oxumaq caizdir?
Имя: Zamin, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Səfərdə olmasa ucadan oxumaq müstəhəbdir. Səfərdə olarsa camaatla qılan halda (ucadan oxumaq) müstəhəbdir, fürada halda isə yox.

Go to TOP