Sual (1151) : Hafizəsi çox zəif olan, şəxs, məsələn, əksər hallarda namazlarda 2, ya 3, ya 4 rükət qıldığını unudursa, vəzifəsi nədir?
Имя: Nahid, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Kəsiruş-şəkk (çox şəkk edən) insan, niyyəti öz halına faydalı olan tərəfə qoymalıdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (1152) : Namaz qılan şəxs birinci rükətdə səcdələrdən birini, ikinci rükətdə təşəhhüdü və üçüncü rükətdə rukunu unutsa, vəzifəsi nədir?
Имя: Zamin, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Əgər üçüncü rükətin birinci səcdəsində başa düşsə, o rükəti özünün ikinci rükəti qərar verib, (namazı davam etməli) təşəhhüd oxumalı və namazdan sonra unudulmuş səcdənin qəzasını yerinə yetirməlidir. Sonra risalədə deyilmiş göstərişlərə əsasən, səhv səcdələrini yerinə yetirməli və ehtiyat olaraq namazı yenidən qılmalıdır. Əgər ikinci səcdədən sonra başa düşsə, namazı batildir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (1153) : Bir şəxs namazın təşəhhüdünü unudarsa, təşəhhüdün qəzasından sonra namazın salamını da deməlidir?
Имя: Elnur, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Ehtiyat budur ki, salamı da desin. Səhv səcdəsi də yerinə yetirməlidir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (1154) : Təşəhhüd zamanı müxtəlif əyləşmək üsullarından adi şəkildə əyləşmək əfzəldir, yoxsa bəzi qardaşların bədənlərinin ağırlıqlarını (həddindən artıq) sol tərəfə salmaq qəsdi ilə əyləşdikləri kimi (əyləşmək) ki, Əhli-sünnətin, xüsusilə də hənəfilərin əyləşməyinə bənzəyir?
Имя: Elnur, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
İkinci şəkildə əyləşmək "təvərrük" adlanır və müstəhəb əməllərdən biri hesab olunur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (1155) : Əgər namaz halında namaz qılanın ağzından qan gələrsə namazı batildirmi?
Имя: Zamin, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Əgər qan ağzının içindədirsə namazı batil etmir. Lakin dodağın zahirinə (çöl tərəfdən) dirhəm qədərində və ya ondan artıq dəysə, namazı buraxıb ağzını suya çəkməli, sonra namazını qılmalıdır. Dirhəmdən az olarsa və ağız suyuna qarışıb xaricə çıxarsa namaz üçün işkallıdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (1156) : Təşəhhüd zamanı müxtəlif əyləşmək üsullarından adi şəkildə əyləşmək əfzəldir, yoxsa bəzi qardaşların bədənlərinin ağırlıqlarını (həddindən artıq) sol tərəfə salmaq qəsdi ilə əyləşdikləri kimi (əyləşmək) ki, Əhli-sünnətin, xüsusilə də hənəfilərin əyləşməyinə bənzəyir?
Имя: Nahid, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
İkinci şəkildə əyləşmək "təvərrük" adlanır və müstəhəb əməllərdən biri hesab olunur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (1157) : Bir şəxs namazın təşəhhüdünü unudarsa, təşəhhüdün qəzasından sonra namazın salamını da deməlidir?
Имя: Zamin, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Ehtiyat budur ki, salamı da desin. Səhv səcdəsi də yerinə yetirməlidir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (1158) : Namazın təşəhhüdündə Əmirəl-möminin Əli ibn Əbi Talib (əleyhis-səlam)-ın vilayətinə şəhadət vermək olarmı?
Имя: Camal, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim

Məsum İmamların (əleyhimus-salam) üçüncü şəhadəti artırmağa icazə vermədiklərini nəzərə alsaq, bu iş səhih deyil. Belə hallarda bizim vəzifəmiz məsumların (əleyhimus-salam) göstərişlərinə tabe olmaqdır.

Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (1159) : Radio və televiziya vasitəsilə səcdə ayəsini eşitsək, səcdə vacibdirmi?
Имя: Ali, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Quran qiraəti canlı yayımlanırsa, səcdə etmək vacibdir. Canlı olmasa ehtiyatdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (1160) : Əslində rəngli şəkil olan, rəngli kağızlara (məsələn, kağız pullar) səcdə etmək caizdirmi?
Имя: Elnur, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Maddəsi olmayan rəngin eybi yoxdur. Lakin yaxşı olar ki, pul kağızına səcdə etməyəsiniz.

Go to TOP