Sual (1131) : Bir nəfər elm əhli hansısa şəhərə və ya kəndə gəlib ki, oranın əhalisi onu tanımır. Bu halda ona iqtida edə bilərlərmi?
Имя: Elnur, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Onun ədalətinə xatircəmlikləri varsa, kifayətdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (1132) : Bir əli kəsilmiş insan imam camaat ola bilərmi?
Имя: Zamin, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Maneəsi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (1133) : Ratib imam-camaat (məscidin daimi imam camaatı) məscidin və ya mehrabın ixtiyar sahibidir? Belə ki, ondan başqasının orada namaz qılmasının eybi vardır? Yoxsa ratib imamın başqalarından irəli olması əfzəliyyət (daha fəzilətli) şəklindədir? Xahiş edirik, izah edəsiniz.
Имя: Zamin, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Ratib imamın haqqını gözləmək vacib deyil, müstəhəbdir. Lakin hərc-mərclik qabağa gəlməsin deyə, yaxşı olar ki, belə məsələlərə riayət olunsun.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (1134) : Bir müctəhidin müqəllidi başqa bir müctəhidin müqəllidi olan imam camaata iqtida edə bilərmi?
Имя: Elnur, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Hər kəsin müqəllidi hər kəsə iqtida edə bilər. Yalnız o surətdə iqtida edə bilməz ki, onu namazının batil olmasına elmi olsun.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (1135) : Namazın birinci cərgəsində paltarı nəcis olan üç nəfər namaz qılırsa, sağ tərəfdən olan bağlantıları (müttəsil olmağı) pozurlarmı?
Имя: Zamin, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Bir kəs paltarının və ya bədəninin nəcis olduğunu bilməsədən namaz qılsa, onun namazı səhihdir, və bağlantı öz yerindədir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (1136) : Bir şəhərin came məscidində camaat namazı qılınırsa, kiçik bir qrup insan da camaat namazı qılınan zaman onu zəiflətmək məqsədilə fürada namaz qılmağa başlasalar, namazlarının hökmü nədir?
Имя: Ali, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Namazları işkallıdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (1137) : Əgər bir şəxs, imam camaatın qiraətinin onun mərcəyi-təqlidinin fitvasına uyğun olmasında şəkk etsə, ona iqtida edə bilərmi? Əgər bu caizdirsə, namazı ehtiyat olaraq təkrarən qılmaq lazımdırmı?
Имя: Ali, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Nə qədər ki, əksinə yəqininiz yoxdur, iqtida etmək caizdir və namazı ehtiyat olaraq təkrar qılmaq lazım deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (1138) : Əgər imam camaat namazdan sonra başa düşsə ki, hər hansı səbəbdən namazı batil olmuşdur, məmumları bundan xəbərdar etməsi lazımdırmı ki, onlar öz namazlarını yenidən qılsınlar?
Имя: Elnur, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Lazım deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (1139) : Camaat namazı başlanan zaman, camaat namazı qılınan məkanda, bəzilərinin fürada qıldıqları namazın hökmü nədir?
Имя: Ali, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Məscidin imam camaatına hörmətsizlik olsa, işkallıdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (1140) : Bir kəs camaat namazı qılmaq üçün canamazını məsciddə qoyub bayıra çıxmış və camaat namazı başlamışdır, amma o şəxs qayıtmamışdır. Bu halda camaat namazı başlanan kimi onun o məkandakı haqqı aradan gedirmi? Başqası onun yerini tuta bilərmi?
Имя: Ali, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Ehtiyat budur ki, birinci rükətin rukusuna kimi ona möhlət versinlər, qayıtmasa, artıq haqqı var.

Go to TOP