Sual (101) : Salam. İş paltarı ile namaz qılmaq olarmı? Pak olan ama temiz olmayan.
Имя: Ayaz, Страна: Azerbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
İş paltarında namaz qılmağn bir iradı yoxdur. Lakin namaz qılınan geyiminin şərtlərindən biri də budur ki, geyim pak olsun.
Ümumiyyətlə, namaz qılanın paltarının aşağıdakı şərtləri vardır:
1. Pak olsun.
2. Qəsbi olmasın.
3. Ölmüş heyvan hissələrindən hazırlanmış olmasın.
4. Əti haram olan heyvanın hissələrindən olmasın.
5. Qızıl saplı parçadan olmasın.
6. Xalis ipəkdən olmasın.
http://sual.nuraz.in/az/37/Namaz/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (102) : Salam aleykum. Musteheb zikri deyerken hereket etmek namazi batil edir? Meselen hemd-sureden sonra deyilen Allahu ekber-i deyerken rukuya getmek ve. s. Allah sizden razi olsun
Имя: , Страна: , Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Eybi yoxdur.
http://sual.nuraz.in/az/37/Namaz/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (103) : Salam, yaşadığım yerden ne qeder uzaqda 4rüketlik namazlarımı 2 rüket qılmalıyam, namazlarımı tam qılsam olarmı?
Имя: Ayaz, Страна: Azerbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Bir şəxsin bir yerə gedib qayıtması səkkiz fərsəx (təqribən 43 km) olarsa, dörd rəkətli namazlarını qəsr, yəni yarı qılmalıdır. Gedərkən  dörd fərsəx (21,5 km.) məsafə qət etməsi vacib deyil. Əgər gedib qayıtdığı yol səkkiz fərsəx olarsa, namazı yarıdır. Müsafir getdiyi yerdən həmin gün qayıtmaya da bilər. Bir şərtlə ki, həmin yerdə 10 gün qalmaq qərarına gəlməsin. 
http://sual.nuraz.in/az/37/Namaz/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (104) : salam Aleykum;:;;:Namazlarimizin Qunutunda qunut tutarken ,baş barmaqda o biri barmaqlara bitisdirilmelidir???obiri 4barmaga?yoxsa bas barmaq arali olmalidir?????????????????????????
Имя: Ramal, Страна: Azerbaycan, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Müstəhəbdir ki, qunutda əlləri üzün müqabilinə tutsun, onların içini göyə tərəf, bir-birinə yaxın saxlasın, baş barmaqdan başqa, o biri barmaqları bir-birinə birləşdirsin və əllərin içinə baxsın. Ehtiyat-vacibə əsasən, zərurət halı istisna olmaqla, əlləri qaldırmadan qunut səhih deyil.
http://sual.nuraz.in/az/37/Namaz/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (105) : Salam aleykum. Camaat namazinda birinci cerge pisnamazdan evvel secdeye gedirler. Bele olan halda birinci cergenin, arxadaki cergelerin namazinin hokmu nedir?
Имя: , Страна: , Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Arxadakı cərgələrin namazı düzgündür, lakin onlara başa salmaq lazımdır.
http://sual.nuraz.in/az/37/Namaz/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (106) : Salam aleykum. Ucuncu, dorduncu ruketde tesbiati erbeeden evvel "Bismillahir-rehmanir-rehim" demek olar?
Имя: , Страна: , Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Tərk edin.
http://sual.nuraz.in/az/37/Namaz/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (107) : Əssəlamun Aleykum və Rəhmətullahi və Bərəkətu:Allahdan ağaya uzun ömür can saqlığı diləyirəm Allah aqanı qorusun:mənim sualım belədirki bir günahı aşkarda edən Məscid İmamınına iktida edib namaz qıla bilərəmmi?Saqolun Allah ağadan razı olsun əllərindən öpürəm..!
Имя: Bəxtiyar, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
İmam camaatın şərtlərindən biri də onun ədalətli olmasıdır, Ədalət də budur ki vacibatı yerinə yetirib, haramları tərk etsin. Onun da nişanəsi, əgər insan onun əksi barədə məlumatlı olmasa zahirdə yaxşı olmasıdır.
Əgər bu şərt olmasa, ona iqtida etmək olmaz.
http://sual.nuraz.in/az/37/Namaz/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (108) : Salam~~~~~~~~~~~~~Namazda secdelerden sonra Allahu ekber tekbirin~demek Vacibdir????
Имя: , Страна: Azerbaycan, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Vacib deyil. 
Namazda təkcə niyyətdən sonra deyilən "Əllahu əkbər" vacibdir və buna təkbirətul-ehran deyilir.
http://sual.nuraz.in/az/37/Namaz/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (109) : Salam ~secdeyi sehv ederken secdede,tekce,bismillahi ve billahi demek,kifayetdir?
Имя: ramal, Страна: Azerbaycan, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Eybi yoxdur, lakin, daha yaxşı olar bu zikr deyilsin: "Bismillahi və billahi. Əssəlamu ələykə əyyuhənnəbiyyu və rəhmətullahi və bərəkatuh". 
http://sual.nuraz.in/az/37/Namaz/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (110) : Əssəlamu Aleykum, Ağaya 2 sualım var: 1-Namaz qılarkən, təsbehi Möhürün önünə, yaxud arxasına qoymağın işkalı varmı? 2-Namazın 3cü 4cü rəkətlərində təsbihatul-ərbəəni 3 dəfə demək vacibdir? yoxsa 1 dəfə demək kifayət edər?
Имя: , Страна: , Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
1. İradı yoxdur.
2. Namazın 3-cü və 4-cü rəkətində təkcə bir Həmd oxumaq və yə bir dəfə "Təsbihati-ərbəə" demək olar, yəni bir dəfə: سُبْحَانَ اللهِ وَالْحَمْدُ لِلَّهِ وَلاَ إِلَهَ إِلاَّ اللهُ وَاللهُ أَكْبَرُ  "Subhanəllahi vəlhəmdu lillahi və la ilahə illəllahu, vəllahu əkbər" demək olar. Daha yaxşısı odur ki, üç dəfə desin.
http://sual.nuraz.in/az/37/Namaz/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Go to TOP