Sual (81) : 1: Televiziyaya baxmağın hökmü nədir ? 2: Saçın tökülməməsi, daha sağlam çıxışı, daha gözəl görsənməsi və s. Üçün saçı kəsici alət (ciletlə, lezva) ilə qırxmağın hökmü nədir ? 3: Bir şəxs hamama yuyunmaq və qüsl almaq üçün daxil olur. Yuyunmaqda olduqu an üzərinə tökdüyü sudan istəmədən, istifadə etdiyi (suyun) hansı ki, qüsl alacaqı (qabda olan) suyun içinə sıçrayırsa bu şəxs həmin su ilə qüsl alsa şəxsin qüslunu hökmü nədir (qüsl batil olurmu) ?
Имя: , Страна: , Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
1. Əgər fəsadı, qeyri-şəri mövzuları və pozğun şəkillərı olmazsa, öz-özlüyündə işkalı yoxdur. Əks təqdirdə, icazəli deyildir. 
2. Saçı qırxmağın işkalı yoxdur. Lakin vacib ehtiyata əsasən, saqqalı qırxmaq və üzqırxan maşınla qırxmaq kimi götürmək, icazəli deyildir. 
3. Əgər murdar olmasa, iradı yoxdur.
http://sual.nuraz.in/az/35/M%C3%BCxt%C9%99lif-m%C9%99s%C9%99l%C9%99l%C9%99r/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (82) : 1: Hansı, haramlar hansı hallarda halal (icazəli) olur ? 2: Hansı, halallar hansı, hallarda haram (qadağan) olur ?
Имя: , Страна: , Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
1 və 2. Şəraitləri müxtəlifdir.
http://sual.nuraz.in/az/35/M%C3%BCxt%C9%99lif-m%C9%99s%C9%99l%C9%99l%C9%99r/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (83) : Bir şəxs mağazaya daxil olur və lazımı olanı mağaza sahibindən alır və aldığı malın yararsız olduqunu təsbit edirsə bu malın pulunu mağaza sahibinə verməlidirmi ? ; Qeyd edim ki, mağaza sahibinin bu malın yarasız olduğundan xəbərdar deyil və mağaza sahibinin bu malın yararsız olmasında əli yoxdur.
Имя: , Страна: , Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Hər bir surətdə, ondan istifadə etmək üçün satıcının razılığı lazımdır.
http://sual.nuraz.in/az/35/M%C3%BCxt%C9%99lif-m%C9%99s%C9%99l%C9%99l%C9%99r/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (84) : SaLaM qoltug altin lezvaile temizlemey olar
Имя: RehmaN, Страна: AzerbaycaN, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Eybi yoxdur.
http://sual.nuraz.in/az/35/M%C3%BCxt%C9%99lif-m%C9%99s%C9%99l%C9%99l%C9%99r/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq 
Sual (85) : Dövlət vergisindən yayınmaq olarmı?
Имя: Hesen, Страна: , Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əgər şərt əsasında bağlanan müqavilə öhdəliyi varsa, bu halda onun tələblərinə əməl edilməlidir. Müqavilə öhdəliyi olmasa belə, vergidən yayınmağa icazə verilmir. (Bu məsələdə) başqa bir fəqihə müraciət etmək (üdul etmək) mümkündür.
http://sual.nuraz.in/az/35/M%C3%BCxt%C9%99lif-m%C9%99s%C9%99l%C9%99l%C9%99r/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (86) : Salam~menim Toyum olanda bibim oglun devet etmisem gelib toyuma indi onun toyu olacaq men getmesem ,boynumda haqqi qalir onun?
Имя: Ramal, Страна: Azerbaycan, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Toyda iştirak etmək vacib deyil. Xüsusilə də haramla yanaşı olan toylarda iştirak etmək icazəli deyil. Amma sizə pul veribsə (toyunuzda pul veribsə) bu şərtlə ki, hətta ürfə görə siz onun toyunda kömək etməlisiniz (pul verməlisiniz) gərək kömək edəsiniz.
http://sual.nuraz.in/az/35/M%C3%BCxt%C9%99lif-m%C9%99s%C9%99l%C9%99l%C9%99r/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (87) : Imameti Qebul Etmeyenin hokmu nedi?VE Imamet Usuliddinin terkib hissesi kimi qebul olunmasi vacibdirmi? Qeyd edekki Ehli sunne Qardawlarimiz Imameti ve Edni Usuliddinden hesab etmirler eyni zamanda Allahin edaletsiz oldugunuda demirler Zehmet olmasa bir izahat vererdiz. TEWEKKUR.
Имя: Eli, Страна: Azerbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
"İmamət" əqidəsinin şiə məzhəbinin zəruri əqidələrindən sayılmasına baxmayaraq, onu inkar edən şəxs dinin əsaslarını, yaxud Peyğəmbərlərin sonuncusu Həzrət Muhəmmədin (s) peyğəmbər olduğunu inkar etməyincə və o barədə şəkk etdiyini izhar etməyincə, kafir sayılmır.
http://sual.nuraz.in/az/35/M%C3%BCxt%C9%99lif-m%C9%99s%C9%99l%C9%99l%C9%99r/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (88) : Salam aleykum ~ herbi xidmetde isliyerken.Serjant kimi.meni mudafie nazirliyinin Xestexansina muayine ucun yołladilar.Xestexananin ayaqyolusunda unitaza oturarken su olan yęr sindi men ise heckime demedim ,hekimler suyun ayaqyoluya dagildigini gorub kuryeri cagirdilar o duzeltdi orda Sindirdigim esyaya gore xestexana mudriyetine pul odemeliyem halałliga gore olar menim o esyani sindirdigimi bilmirler,vezifem nedir?xestexana dovlet xestexanasidir
Имя: ramal, Страна: Azerbaycan, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əgər mümkündürsə, qayıtmalıdır və təmirin xərclərini verməlidir. Mümkün deyilsə, pulunu dindar bir fəqirə sədəqə verməlidir.
http://sual.nuraz.in/az/35/M%C3%BCxt%C9%99lif-m%C9%99s%C9%99l%C9%99l%C9%99r/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (89) : salamaleykum.men qurani kerimin surelerinin ayelerinin harda ve neye esasen nazil oldugunu hardan tapa bilerem,?
Имя: Huseyn, Страна: Azerbaycan, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Bunun üçün Quran təfsirlərini mütaliə etmək lazımdır. Hər halda saytımızın "Ümumi" suallar bölməsinə sualınızı yazıb, ətraflı məlumat əldə edə bilərsiniz.
http://sual.nuraz.in/az/35/M%C3%BCxt%C9%99lif-m%C9%99s%C9%99l%C9%99l%C9%99r/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (90) : 1. Yeni il münasibəti ilə yolka bəzəməyin hökmü nədir ? 2. Musiqilərin hala və ya haram olmasını, dinləyərkən necə müəyyən etmək olar ?
Имя: , Страна: , Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
1. Əgər fəsada səbəb olarsa və ya batilin yayılması sayılarsa, icazəli deyildir.
2. Camaatın nəzərində ləhv (puç, faydasız, oynadıcı, batil), еyş-işrət və kеf məclisləri ilə münasib olan hər bir musiqi haramdır. Əgər musiqi bеlə olmazsa öz-özlüyündə haram dеyil. Mövzunun ayırd еdilməsi mükəlləfin ürfi nəzərinə həvalə еdilir.

Go to TOP