Sual (71) : Salamun eleykum .bezi batil fikitler gelir qelbimze ixdiyarslz bu weytan ves vesesi deyil men allahln xtrlyandada bu fikirler olur bu bize cox eziyet verir .men bekar da olmuram bawlml iwe qatram yene hemenki fikirler olur .birde o zaman olmur ki men allahln qarwslnda axllynda bunan uzak ola bilem .xayiw edinrem bir clxlw yolu gorsedin.
Имя: Sadiq, Страна: Abdullayev, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Belə vəsvəsələrə əhəmiyyət verməyin. Həmişə “La İlahə illəllah” zikri dilinizdə olsun.
http://sual.nuraz.in/az/35/M%C3%BCxt%C9%99lif-m%C9%99s%C9%99l%C9%99l%C9%99r/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (72) : Salam aleykum. 1) Burda şam namazı mən idmanda olduğum vaxta düşür. həmin zal isə müəllimin deyil aylıq arenda pulu verir. Sualım budur ki orada namaz qılmağım üçün idman müəllimindən icazə alsam bəs edirmi yoxsa müəllim arenda pulunu kiməki verir (zalın həqiqi yiyəsi) ondan icazə almalıyam? bir qardaş deyir o zalın həqiqi yiyəsindən icazə almalısan digəri isə başqa söz. 2) əgər valideyinlərim cümə namazına, əyyamı Fatimiyyə, aşuraya getməyimə narazıdırlarsa, valideyindən icazə almağım vacibdirmi? Və xəlvət onlar bilmədən getsəm olarmı? Ümumiyətlə burda mənim vazifəm getməkdir ya yox? Xaiş edirəm bir az açıq yazın mən elə də super başa düşmürəm Azərbaycan dilini. İkinci sualı vermişdim cavabda vermişdiz ama başa düşmədim cavabı. 3) mən müşdərilərin bəzilərinə Azərbaycan pulu ilə 20 qəp, 10 qəp pulunu az vermişəm. Az pul verdiklərimi hesablasaq təxminən 10 azn pul edir. Fətva isə elan etməlisiz əgər yiyəsi tapılmasa onun adı ilə sədəqə verin demisiz.sualım budur ki necə elan edim mən? Hər gələn müşdəriyə sənin nə vaxtsa 10 qəp, 20 qəp pulunu az vermişmmi deyə sual verə bilmərəm axı. Və ya adam çox olan yerdə kimə pulunu az vermişəm desəm hər kəs mənə deyəcək yəqin ki.
Имя: Ali, Страна: Rusiya , Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
1. Müəllimdən icazə almaq kifayətdir.
2  Valideynə itaət etmək vacib deyil. Əlbəttə, vacibatın yerinə yetirilməsi və haramların tərk edilməsindən qeyri hallarda onlara əziyyət vermək haramdır.
3. Ümumiyyətlə, əgər artıq pul aldığınız şəxsləri tanıyırsınızsa, onlara ödəməlisiniz. Əgər tanımırsınızsa, onların tərəfindən fəqirə sədəqə verməlisiniz.

http://sual.nuraz.in/az/35/M%C3%BCxt%C9%99lif-m%C9%99s%C9%99l%C9%99l%C9%99r/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (73) : Salam aleykum. 1) dindar olmaya dindən başı çıxmayan müsəlmanların, və kitab əhlinin qeybəti nə hökmündədir? 2) əgər 3-4 damcı nəcis düşmüş əski ilə 50 kvadrat evin polu silinərsə polun hər yeri nəcis sayılarmı? 3) bu sualına hər kəs bir cür cavab verir. Cümə namazına getməyimə valideyin narazıdırsa icazəsiz və ya xəlvət getməyimə icazə varmı? Bir qardaş deyir cümə nüstəhəbdir ona görə hətta valideyindən xəlvət belə getməyə icazə yoxdu. Xaiş edirəm cavab yazın indidən çox sağolun.
Имя: Ali, Страна: Rusiya, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
1. İcazəli deyildir. İnsan hüquqları hamıya nisbət riayət olunmalıdır. Müsəlman bu cür işlərdən uzaq durmalı və müsəlman olduğu üçün bu cür işləri etmədiyini nümayiş etdirməlidir.
2. Əgər dəsmalda keçici rütubət olubsa, bu rütubətin sirayət etdiyi hər bir yer murdardır.
3. Ümumiyyətlə, valideynə itaət etmək vacib deyil. Əlbəttə, vacibatın yerinə yetirilməsi və haramların tərk edilməsindən qeyri hallarda onlara əziyyət vermək haramdır.

http://sual.nuraz.in/az/35/M%C3%BCxt%C9%99lif-m%C9%99s%C9%99l%C9%99l%C9%99r/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (74) : Salam aleykum. 1) Əgər 100-200 kilo un varsa və bunun vaxtı keçibsə onu zibil yaşikinə tullamaq olarmı? əgər olmazsa nə etməliyik? 2) bədənə nəcis düşdüyünü zən edənin hökmü nədir?
Имя: Ali, Страна: Rusiya , Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
1. Əgər onun istifadəsi həm insan, həm də heyvanlar üçün zərərlidirsə, onu atmaq lazımdır.
2. Öz şəkkinə etina etməsin.

http://sual.nuraz.in/az/35/M%C3%BCxt%C9%99lif-m%C9%99s%C9%99l%C9%99l%C9%99r/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (75) : 1) Mənim bəzi insanlara borcum var belə ki, bir müşdəri gəlib bir şey aldığında rus pulu ilə 10-15 rubul pulu hərdən qaytarmırdım nə qədər müşdərilərə belə etmişəmsə hesablasam təxminən 300-400 rubul pul edir. Həmin insanlar isə yadımdan çıxıb kimlər idi hansı ki pulunu az qaytarmışam. İndi mən o pulu nə etməliyəm? Və dəqiq bilmirəmsə nə qədər pulu qaytarmamışam orda maksimum pulu kiməsə verməliyəm yoxsa minimum? 2) bədənə nəcis düşdüyünə şək edən insan nə etməlidir?
Имя: Ali, Страна: Rusiya , Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
1. Elan edin, əgər tapılmasalar onların adından sədəqə verin.
2. Öz şəkkinə etina etməsin.

http://sual.nuraz.in/az/35/M%C3%BCxt%C9%99lif-m%C9%99s%C9%99l%C9%99l%C9%99r/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (76) : SalAm;;;;Qebiristanliqda biten OTLARI ineye qoyuna ve.sair,heyvanlara yedirde bilerik,onlar bu otlari yese sudlerinin hokmu nedir??icazelidir bu otlari yedizdirmey heyvanlarimiza;;;yoxsa murdardir?
Имя: ramal, Страна: azarbaycan, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əgər qadağan olmasına dair bir əlamət və nişanə olmasa, qadağan edən bir kəs də olmasa, eybi yoxdur.
http://sual.nuraz.in/az/35/M%C3%BCxt%C9%99lif-m%C9%99s%C9%99l%C9%99l%C9%99r/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (77) : SaLaM, kinoya baxmaq olar harama dusme qorxusu olmasa zehmet olmasa cavabi tez yazardiz
Имя: RehmaN, Страна: AzerbaYcan, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim 
1. Əgər fəsadı, qeyri-şəri mövzuları və pozğun sujetləri olmazsa, öz-özlüyündə iradı yoxdur. Əks təqdirdə, icazəli deyildir.
http://sual.nuraz.in/az/35/M%C3%BCxt%C9%99lif-m%C9%99s%C9%99l%C9%99l%C9%99r/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (78) : Salam aleykum~Serietde Qohumlar,kimler sayilir?kimlerin evine gel ~get etmeliyik???????????????????????????
Имя: ramal, Страна: Azerbaycan, Муджтахид: Ayətullah Sistani

Bismillahir-rəhmanır-rəhim
Sileyi-rəhimdə qohumlar deyilərkən insanın "nəsəb" qohumları (qan qohumlar) və insanlar arasında da onun qohumları hesab edilən şəxslər nəzərdə tutulur. Bu əsasla qohumluq məsələsində əsas meyar "ürfün” (cəmiyyətin) nəzəridir. Əmi, bibi, dayı, xala və onların övladları bunun ən bariz nümunələridir. Yalnız ailə qurmaq yolu ilə insanla qohum olan şəxslər, misal olaraq qayın, baldız, əmi arvadı və sair,  bunlar insanın rəhimi (qohumu) hesab edilmir; həmçinin süd əmmə yolu ilə insanla bağlılıq tapan şəxslər də insanın qohumu hesab edilmir.
Qohumla əlaqə saxlamağın müxtəlif yolları var və bu, yalnız şəxsin evinə getməklə deyil. İnsan telefon əlaqəsi, məktublaşma, email, mesaj, iş yerində ya yolda görüşməklə ya da ona qarşı xeyirxahlıq etməklə, vasitə ilə hal-əhval tutmaqla, maddi ehtiyacı olan təqdirdə ona maddi yardım göndərməklə olsa belə və sair yollarla bu İlahi vəzifəni yerinə yetirə bilər; əlbəttə ki, insan qohumla əlaqə məsələsində kiminlə necə əlaqə saxlamaqda şəxslər və yerləri nəzərə almalıdır, çünki hallar müxtəlif ola bilər. İnsan hər bir halın özünə məxsus xeyirxahlığını nəzərdə almalıdır. Məsələn bəzən elə məqamlar olur ki, orada yalnız vasitə ilə qohumla maraqlanma və ya salam göndərmə vacib “sileyi-rəhim" üçün kifayət etmir və buna görə başqa bir yol ilə bu vacib əməli yerinə yetirməlidir.

http://sual.nuraz.in/az/35/M%C3%BCxt%C9%99lif-m%C9%99s%C9%99l%C9%99l%C9%99r/

Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (79) : Salam aleykum. Bir nefer ibadetde tovhidde diger tovhidde Allaha aciq askar seik qossa kafir hokmundedir? Meselen desinki filan sey menim sexsi mulkumdu bunun Allaha dexli yoxdur
Имя: , Страна: Azerbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Cahil insandır, ona başa salmaq lazımdır.
http://sual.nuraz.in/az/35/M%C3%BCxt%C9%99lif-m%C9%99s%C9%99l%C9%99l%C9%99r/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (80) : Salam aleykum uzden ag tukun goparilmasi icazelidimiyoxsa olmazmi?
Имя: ELVAR, Страна: GURCUSTAN, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
İşkalı yoxdur.

Go to TOP