Sual (51) : salam. deyirler ki İmam Zaman ağamız zuhur eleyende qible deyisecek ve Kerbelaya teref olacaq. bu soz duzdur?
Имя: arif, Страна: , Муджтахид: Ayətullah Sübhani
Bismillahir-rəhmanır-rəhim
Qiblə, Qiyamət gününə qədər Kəbə evi olaraq qalacaq. Necə ki, Qurani-kərim buyurur: 

فَوَلِّ وَجْهَكَ شَطْرَ الْمَسْجِدِ الْحَرَامِ

"Üzünü Məscidülhərama (Kəbəyə) tərəf çevir!"
http://sual.nuraz1.in/az/35/M%C3%BCxt%C9%99lif-m%C9%99s%C9%99l%C9%99l%C9%99r/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq 
Sual (52) : mene qarşi zulm etmiş, haqqimi tapdalamiş birini nece bagişlayim ki, men bagişlasam onu Allahdami bagişlayar?. men mene zulm eden insanlarin baguşlanmagini istemirem. bu menim ucun gunah sayilirmi?
Имя: ayan, Страна: azerbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Haqqınızı ödəməyincə və razılığınızı almayınca, haqqınız boynundan düşməz.
http://sual.nuraz1.in/az/35/M%C3%BCxt%C9%99lif-m%C9%99s%C9%99l%C9%99l%C9%99r/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (53) : Salamun ələykum.Kitab əhlinin dəfnində iştirak etmək olar?
Имя: Kamin, Страна: Azerbaycan, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Öz-özlüyündə eybi yoxdur.
http://sual.nuraz1.in/az/35/M%C3%BCxt%C9%99lif-m%C9%99s%C9%99l%C9%99l%C9%99r/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (54) : salam aleykuM***dogum gunu qeyd etmek olar yoxsa gunahdir???????????
Имя: , Страна: , Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Haram işlə yanaşı olmasa (harama gətirib çıxarmasa) eybi yoxdur.
http://sual.nuraz1.in/az/35/M%C3%BCxt%C9%99lif-m%C9%99s%C9%99l%C9%99l%C9%99r/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (55) : salam~aleykum yeni dogulmus korpe usagi öpmey olar?!!!???olmazsa nece gun olmaz?yeni o usagi opsey boynumuza qusul gelir???
Имя: , Страна: , Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
İcazəlidir.
http://sual.nuraz1.in/az/35/M%C3%BCxt%C9%99lif-m%C9%99s%C9%99l%C9%99l%C9%99r/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (56) : As Salam Aleykum.Meid gusul natar alynyr?Abxalis gusul bawta eda axyrda verilir?Teza olan uwaga hansy gusul deyilir?Allah sizden razi olsun,
Имя: Sevil, Страна: Kazaxstan, Муджтахид: Ayətullah Xamenei

Bismillahir-rəhmanır-rəhim 
1. Meyitə aşağıdakı ardıcıllıqla üç qüsl etmək vacibdir:
1. Sidr qarışdırılmış su ilə;
2. Kafur qarışdırılmış su ilə;
3. Xalis su ilə.
Meyit qüslü cənabət qüslü kimidir, yəni tərtibi qüsldə əvvəl baş və boyun, sonra bədəninin sağ tərəfi, sonra isə sol tərəfi yuyulmalıdır.
2. Müstəhəbdir ki, uşaq doğulduqdan sonra əgər zərəri yoxdursa ona qüsl verilsin (burada qüsl dedikdə, uşağı yuyundurmaq nəzərdə tutulur); sağ qulağına azan, sol qulağına isə iqamə oxunsun; ona Fərat çayının suyundan və İmam Hüseyn (ə) türbətindən verilsin; uşağa ən yaxşı adlar qoyulsun; ən yaxşı adlar Allaha bəndəlik mənalarını verən adlardan, məsələn Abdulla, Əbdurrəhim, Əbdurrəhman və bu adlardan sonra ən yaxşı adlar peyğəmbərlərin və imamların adlarıdır və bunların ən yaxşısı Məhəmməd adıdır, hətta 4 oğlu olan şəxs oğullarının birinin adını Məhəmməd qoymasa məkruh iş görmüşdür. 

Müstəhəbdir ki, uşağın saçını yeddinci gündə qırxsın və saçın ağırlığı qədər qızıl və ya gümüş sədəqə versin. Məkruhdur ki, başın bir tərəfini qırxsın və digər tərəfini qırxmasın.
Uşaq dünyaya gəldikdə vəlimə (qonaqlıq) vermək müstəhəbdir və bu, vəlimənin müstəhəb olduğu beş hadisədən biridir. Həmçinin uşaq sünnət olunduqda vəlimə vermək müstəhəbdir. Birinci vəlimənin doğulan gün verilməsi mötəbər deyil, onu bir neçə gün təxirə salmağın işkalı yoxdur. Əgər yeddinci gün və ya ondan qabaq sünnət olunsa sünnət olunan gün hər iki niyyətlə vəlimə versə hər iki müstəhəb əməl yerinə yetirilmiş olur. 
Oğlan uşaqlarını sünnət etmək vacibdir və müstəhəbdir ki, yeddinci gündə olunsun və yeddinci gündən sonraya saxlamaq da icazəlidir. Əgər həddi buluqdan sonraya qədər təxir edilsə özünə vacibdir ki, özünü sünnət etdirsin.
Müstəhəbdir ki, körpənin dunyaya gəlişinin 7-ci günündə ata körpədən bəlaların uzaqlaşması məqsədilə bir qoyun və ya inək quraban kəsib ətini və ya bişmişhini yoxsullar arasında paylasın. Yaxşı olar ki, qurbanlıq qoyun oğlan uşağı üçün erkək, qız uşağı üçün dişi və eyibsiz olsun. Qurabnlıq ətin tamamilə yoxsullara paylanması mustəhəbdir. Yaxşı olar ki, əti bişirib müsəlmanlara (ən azı on nəfər) qonaqlıq versinlər. Həmçinin, əqiqənin dörddə birinin yaxud bir ayağının (budunun) mamaya (doğuş zamanı uşağı tutana) verilməsi müstəhəbdir. Əgər mama olmasa həmin miqdarı uşağın anasına vermək lazımdır ki, o özü istədiyi şəxsə hədiyə etsin.
Valideynlərin qurbanlıq ətdən yemələri məkruhdur. Həmçinin bu qurbanlıq təkcə vilayət əhlinə verilsin.
Əgər valideynlər uşaq üçün əqiqə etməyiblərsə, müstəhəbdir ki, uşaq özü üçün əqiqə etsin. 

Əqiqəyə oxunan dua:
Bismillahi və billah. Alahummə əqiqətun ən fulan ("fulan" sözünün yerinə korpənin adi deyilsin) ləhmuha biləhmihi və dəmuha bidəmihi və əzmuha biəzmihi. Allahummə icəlhu viqaən liali Muhəmmədin səlləllahu ələyhi və alihi.

http://sual.nuraz1.in/az/35/M%C3%BCxt%C9%99lif-m%C9%99s%C9%99l%C9%99l%C9%99r/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (57) : assalamu aleykum! yalanci fasiq biridir amma gozel quran oxuyur, bu sexse insanlar oluleri ucun quran oxutdura bilerlermi?
Имя: salman azeri, Страна: rusiya, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Öz-özlüyündə iradı yoxdur.
http://sual.nuraz1.in/az/35/M%C3%BCxt%C9%99lif-m%C9%99s%C9%99l%C9%99l%C9%99r/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq 
Sual (58) : Mən bir oğlanla qız kimi yazışıb və danışırdım (halbuki, mən oğlanam) məqsədim onun mənə kontur atması idi və nəticədə həmin oğlan mənə kontur atmışdı lakin konturun məbləğinin nə qədər olmasında şəkk edirəm ya 2-ya 4-ya da 6 azn idi və o, oğlanla heç bir əlaqəm yoxdur və əlaqə yaratmağım da mümkün deyil. Indi sualım budur ki, mənim vəzifəm nədir ?
Имя: , Страна: , Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər o şəxsi tapmaqdan ümidsizsinizsə, onun tərəfindən fəqirə sədəqə verin.
http://sual.nuraz1.in/az/35/M%C3%BCxt%C9%99lif-m%C9%99s%C9%99l%C9%99l%C9%99r/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq 
Sual (59) : Salam alaykum .Qurbanlq heyvan nece olmaldl.?nece ayllq ve s.Allah razl olsun
Имя: , Страна: , Муджтахид: Ayətullah Sistani

Bismillahir-rəhmanır-rəhim 

1. İmkanı olan hər bir şəxsin qurban kəsməsi təkidli müstəhəb bir əməldir və puluna imkanı olub heyvanın özünü tapa bilməyən şəxs isə müstəhəbdir ki, pulunu sədəqə niyyətilə versin. Qiymətlər müxtəlif olarsa ən aşağı qiyməti hesab edib verməsi kifayət edir.

2. İnsanın özü və ailəsinin niyyətindən bir qurban kəsməsi icazəlidir. Qurbanlıqda şərik olmaq da icazəlidir məxsusən qurbanlıq heyvanın az tapıldığı və qiymətinin bahalaşdığı vaxtda.

3. Qurban qoyununu kəsmək üçün ən fəzilətli vaxt Qurban bayramı günü günəş çıxandan və bayram namazı qədər vaxt keçəndən sonradır. Minada qurbanlığın dörd gün vaxtı var və başqa yerlərdə isə 3 gündür. Amma Minada ilk üç gün ərzində və başqa şəhərlərdə isə bayram günü qurbanlığın kəsilməsi ehtiyat-müsətəhəbdir.

4. Qurbanlıq üç heyvandan: dəvə, inək və qoyundan olmalıdır. Ehtiyat vacibə əsasən, qurbanlıq kəsilən dəvə beş yaşını tammamlamalı, inək və keçi iki yaşını tamamlamalı və qoyun isə yeddi ayını tamamlamalıdır.

5. Müstəhəb kəsilən qurbanlıq heyvanlarda vacib qurbanlıqda deyilən şərtlərə riayət edilməsi gərəkli deyil. Bu əsasla çəpgöz, axsaq, qulağı kəsik, buynuzu sınıq, qısır və arıq heyvanı qurbanlıq kəsmək olar, amma ehtiyat müstəhəb budur ki, qurbanlıq heyvan üzvləri kamil və kök heyvanlardan olsun. Özü yetişdirdiyi heyvanı qurbanlıq etmək məkruhdur.

6. Qurbanlıq kəsən şəxs qurban ətinin üçdən bir hissəsini özünə götürməsi və ya ailəsinə təam verməsi icazəlidir. Həmçinin ətin üçdən bir hissəsini istədiyi hər bir müsəlman şəxsə verməsi də icazəlidir. Onun digər üçdən bir hissəsini isə fəqir müsəlmanlara sədəqə etməsi ehtiyat müstəhəbdir.

7. Müsətəhbdir ki, qurbanlıq heyvanın dərisini sədəqə versin; onu qəssaba zəhmət haqqı kimi verməsi məkruhdur. Dərini namaz səccadəsi edə bilər və dərinin müqabilində ev əşyaları ala bilər.

8. Qurbanlıq, əqiqə qurbanını əvəz edir. Bu əsasla onun niyyətindən qurbanlıq heyvan kəsilibsə əqiqə qurbanının əvəzinə kifayət edir.

9.  Meyit tərəfindən ümid olma niyyətilə qurbanlıq heyvan kəsməyin iradı yoxdur. Həmçinin müstəhəb qurbanda bir qurbanlıq heyvanı bir neçə nəfərin tərəfindən də kəsməyin heç bir maneəsi yoxdur- say müəyyən edilmir.  

http://sual.nuraz1.in/az/35/M%C3%BCxt%C9%99lif-m%C9%99s%C9%99l%C9%99l%C9%99r/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq 

Sual (60) : Mənə təxminən 1 il əvvəl internetdə mesaj yazmışdılar və elə zənn etmişdilər ki, mən qızam halbuki mən oğlanam. Mən o, oğlanla 1 neçə ay yazışdım və o, məni qız zənn edirdi biz sevgili kimi idik, hətta telefonla zəngləşirdik mən qız səsi ilə danışırdım və məqsədim ondan kontur almaq idi. Nəticədə; Təxminən 15 azn mənə kontur atmışdı amma mənə elə gəlir ki, yuxarıda qeyd etdiyim məbləğdən daha artıqdı o, oğlanın mənə kontur göndərmişdi yəni bu məsələdə şəkk edirəm və bu kimi məsələlər mənim başıma 2 dəfə daha gəldi bir oğlanda 6 azn bir digəri isə 4 azn mənə kontur atmışdı bu 2 oğlanın da mən yuxarıda qeyd etdiyim məbləğlərdə daha artıq yaxud daha az olmasında şəkk edirəm. Sualım budur ki, mən bu oğlanların haqqını hansı yollarla və necə ödəyə bilərəm ?
Имя: , Страна: , Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Sualda qeyd olunanlara əsasən, onların razılığını əldə etməli və yaxud həmin məbləği onlara qaytarmalısınız.

Go to TOP