Sual (21) : 1.3 neferlik cammat namazi qilarken pisnamazin sag ve sol terefinde dayanam memumlar cergeye fikir vermelidir yoxsa cergeye yalniz adamlar cox olanda fikir verilir? Yeni pisnamazin sag ve sol tereflerinde dayana memumlar biri bir az asaqi biri bir az yuxari olarken namaz batil olmur? 2.Sie alimleri ile sunni alimlerinin fiqhi meselelerde uygunluqlari varmi? 3.Ikinci secdeden sonra qiyama qalxarken Ya Allah demek namazi batil edirmi?
Имя: Aliaga, Страна: Azerbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
1. Pişnamazın arxasında hər bir şəkildə dursalar və bağlanmaq riayət olunsa, düzgündür.   
2. Bütün islam məzhəbləri, hətta bir məzhəbin daxilində, fiqhin bəzi məsələlərində bir-birilə ixtilafları vardır. 
3. Mütləq (qeydsiz) qürbət qəsdilə təkbir deməyin eybi yoxdur və namaz batil olmur.
http://sual.nuraz1.in/az/35/M%C3%BCxt%C9%99lif-m%C9%99s%C9%99l%C9%99l%C9%99r/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq   
Sual (22) : 1.Qusl verilmemis meyyitin ustune parca ortdukden sonra meyyitin sinesinin ustune Qurani Kerimin qoyulmasi duzgundurmu? 2.Mescidde eger bir mucdehitin risalesi varsa ve hemin risalenin ustunde Mucdehidin sekli olarsa hemin mescidde namaz qilmaq olarmi? Hem de mescidde teqvim var ve hemin teqvimin ustunde mescid sekilleri ve uzleri isiqlandirilmis ve ortulmus Mesumlarin sekilleri. Bunun hokmu nedir? 3.Cenab Ayetullahin risalesinde namaz qilarken paltarin duymelerinin qapadilmasi lazimdir? Bunun sebebi nedir?
Имя: Aliaga, Страна: Azerbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
1. Quranın hörmətsizliyinə gətirib çıxartmasa, eybi yoxdur. 
2. Ruha malik olan varlıqların şəkili olan yerdə namaz qılmaq, məkruhdur. Vacib ehtiyat budur ki, insan və heyvan kimi ruhu olan şeylərin şəkili məscidə vurulmasın. Lakin məscidin kitabxanasında və digər yerlərində olmağının eybi yoxdur.
3. Düymə açıq qadıqda bədən görünərsə, bu, bəyənilmir. Düymələrin açıq qalması (bədən göründüyü surətdə) bir növ hörmətsizlik hesab olunur.
http://sual.nuraz1.in/az/35/M%C3%BCxt%C9%99lif-m%C9%99s%C9%99l%C9%99l%C9%99r/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (23) : 1.En elmli elem muctehidi nece tanimaq olar? 2.Teyemmum alarken ellerin ustundeki tuk teyemmumu batil edirmi? yoxsa iskali yoxdur? 3.Qurani Kerimin vacib secdesini oxuyub ve ya esiden zaman secde etmek ucun niyyet lazimdirmi? eger lazimdirsa niyyet nece edilir?
Имя: Aliaga, Страна: Azerbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
1. Müctəhidi və daha elmli müctəhidi üç yolla müəyyənləşdirmək olar:
A) Elm əhli olan insan özü müctəhid və daha elmli müctəhidi tanıya bilər.
B) Elm əhlindən olan iki ədalətli şəxs o barədə məlumat verdiyi halda (bir şərtlə ki, başqa iki alim onların dediyinin əksinə şəhadət verməsin).
V) Müctəhid və ya daha elmli müctəhid elm əhli arasında və elmi dairələrdə o qədər məhşur ola bilər ki, insan buna əmin olar.
Daha elmli müctəhidi dəqiq tanımaq mümkün olmadıqda ehtiyat budur ki, insan daha elmli saydığı müctəhidə təqlid etsin. Əgər bir neçə müctəhidi elm baxımından fərqləndirə bilməzsə, onlardan istənilən birinə təqlid edə bilər.
2. Təyəmmüm batil olmur, tüklərin üzərinə əl çəkmək kifayətdir. 
3. Niyyəti dilə gətirmək vacib deyil. İnsan nə etdiyinə diqqəti olsa, bu niyyət hesab olunur. 
http://sual.nuraz1.in/az/35/M%C3%BCxt%C9%99lif-m%C9%99s%C9%99l%C9%99l%C9%99r/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (24) : Salam men isdeyirem qeza namazlarimi qila bilmirem vaxd olmur ancag bele qila bilerem subh vaxdi zohuru qiliram sersi gunu subh esiri qiliram bele bele qiliram ele olar? 2. Uzum sirkesi haramdi? o yere tokulse qurusa o yerde namaz qilmag olar?
Имя: Rehman, Страна: Aze, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
1. Bəli, icazəlidir. Mühüm budur ki, bir günün zöhr və əsr ya da məğrib və işa namazlarını ardıcıllıqla qılasınız.
2. Sirkə olsa halaldır.
http://sual.nuraz1.in/az/35/M%C3%BCxt%C9%99lif-m%C9%99s%C9%99l%C9%99l%C9%99r/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (25) : Salamun aleykum. Sual 1. Bir mescid var ki, insanin yeqini var haram pulla tikilib orda ibadet etmek olar? Sual 2. Dunyasini deyishmish adama (qadin, yaxud kishi) meyyit quslu vermek ucun mehrem kimse tapilmasa (yaxinlari, yaxud oz cinsinden bashqa adam) hemin meyyide namehrem shexs (yeni qadindirsa kishi, yaxud kishidirse qadin) qusl vere biler?
Имя: Ayaz, Страна: Azerbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
1. Müxtəlif cəhətləri vardır. Əgər haram pul onda "kulli dər zemme"* şəklində xərclənibsə, orada namaz qılmağın işkalı yoxdur. 
2. Əgər eyni cinsdən olan şəxs - hətta kitab əhli olsa belə - tapılmasa, güclü nəzərə əsasən, qüsl qüvvədən düşər. 

*"Kulli dər zemme" - yəni, müştəri malı alarkən, onun qiymətini ödəmək üçün müəyyən bir pul nəzərdə tutmayıb. Əksinə onun hamısını öhdəsinə götürür, lakin ödəyərkən müəyyən bir pulla ödəyir.
http://sual.nuraz1.in/az/35/M%C3%BCxt%C9%99lif-m%C9%99s%C9%99l%C9%99l%C9%99r/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (26) : Salam. Cücəni balaca vaxtından saxlayıb dərman vә iynəs vururlar ki, tez böyüsün. Belәliklә hәmin cüvә 30-45 gündәn sonra yetişmiş toyuğ halına gəlir. Bu işi görmәyin hökmü vә hәmin toyuqları satanların hökmü nәdir?
Имя: Abdulla, Страна: Azәrbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Öz-özlüyündə işkalı yoxdur.
http://sual.nuraz1.in/az/35/M%C3%BCxt%C9%99lif-m%C9%99s%C9%99l%C9%99l%C9%99r/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (27) : Salam eleykum.Yataq otaginda dini kitablarin olmaginin hokmu nedir
Имя: , Страна: , Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Öz-özlüyündə bir maneəsi yoxdur.
http://sual.nuraz1.in/az/35/M%C3%BCxt%C9%99lif-m%C9%99s%C9%99l%C9%99l%C9%99r/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (28) : Allahin salami olsun size) sualim belediki 1) bir oglan bir qizla niwannili ve ya sözlüdürse bunlar bir-birinin elinden tuta ve ya qucaqlaya bilerlermi? 2) eger bir toy içki meclisidirse orda menim qardawim evlenirse valideyinlerimin ve qohum eqrabanin tekidleri ile orda bir qeder iwtirak edib 1-2 musiqini oynamaq icazelidirmi? 3) birinin wehveti bir qeder oyandiqdan sonra (yeni çoxda oyanmasa) gorulen wey sperma hökmündendirmi?
Имя: Ali, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
1. Əgər izdivac əqdi - əqdin şəri şərtlərinə riayət edilərək - oxunubsa, iradı yoxdur. Əks təqdirdə, izdivac əqdi şəriətin buyurduğu qaydada oxunmayana qədər oğlan və qız bir-birinə naməhrəmdirlər. Qeyd olunan münasibətlər, həmçinin şəriət qanunlarına zidd olan və ya fəsada səbəb olan münasibətlər icazəli deyildir. 
2. Şərab içilən məclislərdə iştirak etmək heç kimə icazəli deyil. 
3. Əgər ondan xaric olan şeyin sperma olduğuna əminlliyi yoxdursa və spermanın üç əlaməti (şəhvətlə xaric olması, sıçrayışla xaric olması, bədənin süstləşməsi) və ya bu əlamətlərdən biri mövcud deyilsə, yaxud bu əlamətlərin mövcud olub-olmadığına şəkki varsa, həmin şey sperma hökmündə deyildir və qüsl etmək vacib deyildir.
http://sual.nuraz1.in/az/35/M%C3%BCxt%C9%99lif-m%C9%99s%C9%99l%C9%99l%C9%99r/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq   
Sual (29) : Salam aleykum. 1)Kərbəla ziyarətinin mərifəti və ədəb qaydaları haqda nələri qeyd edə bilərsiz ki,zəvvarlar ziyarət zamanı bunlara diqqət etməlidir? 2)Kərbəla Ziyarəti zamanı zəvvarların ifrat dərəcədə və gülərək (şən abu havada) şəkil və video çəkib paylaşmasına necə yanaşırsız? ALLAH razı olsun.
Имя: Tural, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
1. Peyğəmbər (səlləllahu əleyhi və alehi və səlləm) və məsum imamların (əleyhimus-salam) ziyarəti o həzrətlərlə qəlbi bağlılıq və ruhi əlaqə yaratmaqdır (bu İstər onların məzarlarında hazır olmaqla olsun və ya uzaqdan salam və təhiyyət göndərməklə, eşq və ixlas göstərməklə və onların fəzilətlərini, kəramətlərini, ibadət və xidmətlərini bəyan etməklə olsun). Ziyarət edənlərin ruhi tərbiyəsində və yüksəlişində, əxlaqi və mənəvi dəyərlərə ucalmaqda çox böyük təsirə malikdir. Əgər ziyarət edən nə etdiyini, nə dediyini və nə istədiyini bilmiş olsa, Allaha doğru sürətlə yaxınlaşmağı mümkün olar və onların qəbirlərindən səfalı ruhla, günahlardan paklaşaraq, insani və ilahi vəzifələrini yerinə yetirməkdə hazırlıqlı qayıdar. Hədis kitablarında ziyarətin bir sıra ədəb qaydaları qeyd olunmuşdur:
-Hər kəs məsum imamın onu dəvət etməsini və gəlməyinə icazə verməsini istəyirsə, səfərə çıxmamışdan qabaq hər kəsdən ki, əziyyəti və ziyanı dəyməyini güman edirsə və ya kin-küdurət aralarında varsa, xüsusilə o həzrətləri sevənlər və vilayətini qəbul edənlərdən halallıq istəsin.
-Bütün haqqun-nası və o cümlədən malının xüms və zəkatını – xüsusilə həcc səfərində- ödəsin. Çünki insanın malı paklanmasa, o maldan istifadə edərək etdiyi əməllər də düzgün olmayacaq və Allah dərgahına yaxınlaşmaq ləyaqəti yaranmayacaq.
-Təharətli olmalıdır.
-Mötəbər olmayan və səbəbsiz ziyarətlərdən çəkinmək lazımdır.
Əgər məşhur ziyarətnamələri oxumağa fürsəti və ya hövsələsi çatmasa, qısa salam da verə bilər və sonra iki rükət namaz qılıb qəbir sahibinə hədiyyə etsin və öz hacətlərini istəsin.
-Əgər başqa ziyarətçilərə narahatçılıq yaranmazsa , namaz və ziyarətdən sonra və ümumiyyətlə hərəmə daxil olduqda zərihin ətrafını öpmək müstəhəbdir.
-Bütün hallarda hüzuri-qəlbini (qəlbi hazırlığını) qorumağa çalışsın. Günahlardan istiğfar edib öz rəftar və əməllərini düzəltmək və özündə dəyişiklik yaratmaq niyyətində olsun. Ətraflı məlumat üçün “Məfatih növin” kitabına müraciət edin. 
2-Yaxşı olar belə səfərlərdə bihudə və mənasız işlərdən çəkinilsin. Lakin hər bir halda ifrat və təfrit (həddi aşmaq) yaxşı deyil. 
http://sual.nuraz1.in/az/35/M%C3%BCxt%C9%99lif-m%C9%99s%C9%99l%C9%99l%C9%99r/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (30) : Allahin salami olsun size. evde sahmat oynamaqda bir işgal var?
Имя: betul, Страна: AZE, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Ayətullah əl-üzma Sistaninin fətvasına əsasən, şahmat oynamaq icazəli deyil.

Go to TOP