Sual (11) : Salamun eleykum. Buyurursuz ki , siqaret cekmek insan orqanizmi ucun nezere carpacaq derecede zerer ederse haramdir . Nezere carpacaq derecede zitan dedidkde neyi nezerde tutursuz ? Izah etmenizi xahish edirik. Teşekkür
Имя: Abdulla, Страна: Azәrbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bu məsələ ürfi olaraq (camaatın nəzərinə uyğun) təyin edilir və onu müəyyənləşdirmək mükəlləfin öhdəsindədir.
http://sual.nuraz1.in/az/35/M%C3%BCxt%C9%99lif-m%C9%99s%C9%99l%C9%99l%C9%99r/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (12) : Salamun əleykum , Ağalar Məkarim ağamız Feyzbuka qadağa qoyub öz müqəllidlərinə ? Çox xaiş edirəm yazasınız
Имя: Amid Sadiqov, Страна: Amid sadiqov, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Diqqət etmək lazımdır ki, zərurət olmadığı surətdə, belə sosial şəbəkələrdə üzv olmaq əxlaqi, ictimai və siyasi fəsadlara səbəb olduğu üçün icazəli deyil. 
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (13) : 1) Men siqaret ceken bir shexsem . Medemde ve ciyerimde xestelik vardir . Siqaret cekmek menim ucun haramdirmi ? Eger evvelden siqaret cekiremse bu ish menim siqaret cekmeyime uzr hesab olunarmi ya ziyan etdiyi ucun derhal terk etmeliyәm? 2) Muruvvete riayet etmeyen bir ruhani edaletsiz hesab olunarmi ? Meselen bir ruhaninin cemiyyetde aciq ashkar siqaret cekmesi bildiyimiz kimi muruvvetin ziddinedir . Onun bu emeli hemen shexsin edaletsizliyine delalet edermi ? 3) Hәr hansi bir merceyi teqlidin siqaret cekmesi hemen muctehidin muqellidlerinin ve ya bashqa muctehidlerin muqellidlerinin siqaret cekmesine delil ola biıәrmi? 4) Eger zererli bir shey tez bir zamanda ve ya mueyyen bir muddetden sonra insan orqanizmi ziyan ederse hemen sheyin istifadesi haramdir ya halal. Eger cavab menfidirse yeni haramdirsa onda neye gore siqaretin cekilmesinin haram olmasina sherti yox birbasha olaraq fetva verilmir. Halbu ki butun siqaret qutularinin ustunde boyuk herflerle bu sozler yazilib " SIQARET CEKMEK SIZIN SAGLAMLIGINIZ UCUN ZERERLIDIR " . Bu sozler ZIRAR qaydasina esasen bu sheyin haram olmasina delalet etmirmi ?
Имя: Abdulla, Страна: Azәrbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
1. Əgər əhəmiyyətli dərəcədə zərəri olsa və başqalarına əziyyət verməyə səbəb olarsa, icazəli deyil.
2. Sırf həmin əməl ədalətsizlik sayılmır.
3. Sırf o əməl, onun icazəli olub-olmamasına dəlil deyil. 
4. Ümumiyyətlə, əhəmiyyətli dərəcədə zərəri olan hər bir şeyi istifadə etmək caiz deyil. Siqaret və buna bənzər şeylərə gəlincə, bu, əvvəlki cavabda izah olundu.
http://sual.nuraz1.in/az/35/M%C3%BCxt%C9%99lif-m%C9%99s%C9%99l%C9%99l%C9%99r/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (14) : salam eleykum.uzerinde quran ayesi ve yaxud hedis olan qazet,jurnal ve yaxud adi kagiz parcasini tekrar emala vermek olarmi.bundan yumurta karobkasi ve yaxud bawqa kagizdan olan levazimatlar hazirlanir.xahiw edirik etafli bawa salasiniz vezifemiz nedir
Имя: , Страна: , Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər hörmətsizlik sayılsa, icazəli deyildir.
http://sual.nuraz1.in/az/35/M%C3%BCxt%C9%99lif-m%C9%99s%C9%99l%C9%99l%C9%99r/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (15) : 1) Men siqaret ceken bir shexsem . Medemde ve ciyerimde xestelik vardir . Siqaret cekmek menim ucun haramdirmi ? Eger evvelden siqaret cekiremse bu ish menim siqaret cekmeyime uzr hesab olunarmi ya ziyan etdiyi ucun derhal terk etmeliyәm? 2) Muruvvete riayet etmeyen bir ruhani edaletsiz hesab olunarmi ? Meselen bir ruhaninin cemiyyetde aciq ashkar siqaret cekmesi bildiyimiz kimi muruvvetin ziddinedir . Onun bu emeli hemen shexsin edaletsizliyine delalet edermi ? 3) Hәr hansi bir merceyi teqlidin siqaret cekmesi hemen muctehidin muqellidlerinin ve ya bashqa muctehidlerin muqellidlerinin siqaret cekmesine delil ola biıәrmi? 4) Eger zererli bir shey tez bir zamanda ve ya mueyyen bir muddetden sonra insan orqanizmi ziyan ederse hemen sheyin istifadesi haramdir ya halal. Eger cavab menfidirse yeni haramdirsa onda neye gore siqaretin cekilmesinin haram olmasina sherti yox birbasha olaraq fetva verilmir. Halbu ki butun siqaret qutularinin ustunde boyuk herflerle bu sozler yazilib " SIQARET CEKMEK SIZIN SAGLAMLIGINIZ UCUN ZERERLIDIR " . Bu sozler ZIRAR qaydasina esasen bu sheyin haram olmasina delalet etmirmi ?
Имя: Abdulla, Страна: Azәrbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
1. Əgər siqaret çəkməyin sizin mədənizə və ciyərinizə narahatedici həddə zərəri vardırsa, siqaret çəkmək sizə haramdır və onu təkr etməlisiniz. Əgər mühüm bir zərəri olmazsa, sizə haram deyil, lakin tərk etməyiniz daha yaxşı olar.
2. Əgər siqaret çəkməyin ruhani üçün mühüm zərəri yoxdursa, ona haram deyil, lakin yaxşı olar ki, onu tərk etsin. Siqaret çəkmək mürüvvətin ziddi sayılarsa da, ədalətin ziddinə deyildir. Belə ki, əgər şəxsin ədalətinə inam olsa, ona iqtida etməyin maneəsi yoxdur. Hər halda siqareti tərk etmək daha yaxşıdır. 
3. Əgər mərcəi-təqlid haram bilmirsə və siqaret çəkirsə, onun müqəllidlərinə mühüm zərəri olmazsa, onların siqaret çəkmələri maneəsizdir və haram deyil. Lakin olar ki, siqaret çəkməsinlər. Amma əgər müqəllidə mühüm zərəri olarsa, hərçənd mərcəi-təqlid üçün sabit olmasa belə, müqəllidin çəkməsi haramdır.
4. Əgər bir şeydə mühüm zərərin olması sübuta yetsə, ondan istifadə etmək haramdır, amma əgər sübuta yetməsə haram deyildir.
Siqaretin haram olmasına fətva verilməməsinin səbəbi onun  haram olmasına səbəb olan həddə önəmli zərərinin olmamasına görədir. Siqaretin qutusunun üzərində sırf "siqaret çəkmək sizin səhhətiniz üçün zərərlidir" kimi yazılar, fətva vermək üçün əsas sayılmır. Çünki hər bir zərər haram fətvası verməyə səbəb olmur. Məsələn, hazırda bir çox yeməklər kimyəvi maddələrdən hazırlanır və bədənə zərərlidir, lakin mühüm zərəri olması məlum deyildir və sübuta yetməmişdir. Ona görə onların haram olmasına fətva verilmir. Siqaret barəsində də həmçinin, gərək mühüm zərəri sübuta yetsin. Əgər bir kəsə hər yolla sabit olsa ki, siqaretin onun sağlamlığına mühüm zərəri vardır, ona siqaret çəkmək haramdır.
http://sual.nur-az.com/az/35/M%C3%BCxt%C9%99lif-m%C9%99s%C9%99l%C9%99l%C9%99r/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (16) : 1) Men siqaret ceken bir shexsem . Medemde ve ciyerimde xestelik vardir . Siqaret cekmek menim ucun haramdirmi ? Eger evvelden siqaret cekiremse bu ish menim siqaret cekmeyime uzr hesab olunarmi ya ziyan etdiyi ucun derhal terk etmeliyәm? 2) Muruvvete riayet etmeyen bir ruhani edaletsiz hesab olunarmi ? Meselen bir ruhaninin cemiyyetde aciq ashkar siqaret cekmesi bildiyimiz kimi muruvvetin ziddinedir . Onun bu emeli hemen shexsin edaletsizliyine delalet edermi ? 3) Hәr hansi bir merceyi teqlidin siqaret cekmesi hemen muctehidin muqellidlerinin ve ya bashqa muctehidlerin muqellidlerinin siqaret cekmesine delil ola biıәrmi? 4) Eger zererli bir shey tez bir zamanda ve ya mueyyen bir muddetden sonra insan orqanizmi ziyan ederse hemen sheyin istifadesi haramdir ya halal. Eger cavab menfidirse yeni haramdirsa onda neye gore siqaretin cekilmesinin haram olmasina sherti yox birbasha olaraq fetva verilmir. Halbu ki butun siqaret qutularinin ustunde boyuk herflerle bu sozler yazilib " SIQARET CEKMEK SIZIN SAGLAMLIGINIZ UCUN ZERERLIDIR " . Bu sozler ZIRAR qaydasina esasen bu sheyin haram olmasina delalet etmirmi ?
Имя: Abdulla, Страна: Azәrbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
1. Tütün məhsullarından (siqaret, qəlyan və s.) istifadə etmək və alğı-satqısı onun çoxlu ziyanlarına görə (bu ziyanlar məlumatlı ekspertlər tərəfindən təsdiqlənmişdir) haramdır. 
2. Ona iqtida etməyin eybi yoxdur. Çünki, onun və ya mərcəyi-təqlidinin nəzərinə görə bu iş haram deyil. Amma bəzi müctəhidlərin bu əməli haram bilməsini ədəbli şəkildə ona çatdırmağı tövsiyə edirik, ən azı ehtiyata uyğun olaraq bu işi tərk etsin. 
3.Dəlil ola bilməz, hər şəxs öz mərcəyi-təqlidinin fətvasına əsasən əməl etməlidir. 
4. Yuxarıda deyilən cavablardan aydın oldu. 
http://sual.nur-az.com/az/35/M%C3%BCxt%C9%99lif-m%C9%99s%C9%99l%C9%99l%C9%99r/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (17) : Sənaye və ev tullantılarının çaylara və meşələrə atılması ətraf mühitin çirklənməsinə, onun məhv olmasına səbəb olur. Bunu nəzərə aldıqda məsələnin hökmü nədir?
Имя: Nur, Страна: , Муджтахид: Ayətullah Zəncani
Bismillahir-rəhmanır-rəhim
Ümumi olaraq, ətraf mühitə zərər yetirmək başqalarının hüququnu pozmağa və onlara, hətta gələcək nəsilə zərər yetirməyə səbəb olarsa, haqqunnas hesab olunur və haramdır. Bundan qeyri surətdə də qanunu pozmaq sayılsa, şəri baxımdan iradlıdır.
http://sual.nuraz1.in/az/35/M%C3%BCxt%C9%99lif-m%C9%99s%C9%99l%C9%99l%C9%99r/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (18) : Salam alaykume .1 ramazan aylnda kiwi oz xanlmlyla yaxlnlq ede biler? 2cenabet qusulu alanda vacibdiblir ki ele suyla birlikde bedene deysin yoxsa su deyse bes eder? Meselen bawl yuyanda su deydi bes eder yoxsa bawln her yerine el demeldi?Allah razl olsun
Имя: , Страна: , Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
1. Ramazan ayında oruc tutmuş adamın cinsi yaxınlıq etməsi haramdır və orucun batil olmasına səbəb olur.
2. Əli baş və ya bədənə sürtmək vacib deyil. Əsas odur ki, su hər yerə çatdırılsın.
http://sual.nur-az.com/az/35/M%C3%BCxt%C9%99lif-m%C9%99s%C9%99l%C9%99l%C9%99r/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (19) : salam eleykum.nertaxta oynamagin hokmu nedir.kimlere oynamaq olar,kimlere yox.
Имя: , Страна: , Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Nərd oynamaq icazəli deyil.
http://sual.nur-az.com/az/35/M%C3%BCxt%C9%99lif-m%C9%99s%C9%99l%C9%99l%C9%99r/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (20) : Salam aleykum. Mesumlarin, Hz Zeynebin heremini mudafie etmeye getmek ucun valideynin icazesi vacibdir?
Имя: , Страна: , Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Vacib eyni olmayana qədər, elə olmalıdır ki, valideynin əziyyət və narahatçılığına səbəb olmasın. 

Go to TOP