Sual (71) : Əkin sahəsi, bağ və ağaclar irsə necə çatır? oğlan, qız və həyat yoldaşın payı necədir?
Имя: Ali, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Qadın torpaqdan irs aparmır. amma ağacların və vəfat zamanı torpaqda olan əkinin qiymətindən irs aparır. Övladlar allahın vacib etdiyi kimi oğlanlar qızlardan iki qat artıq irs aparır. istər torpaq və bağ da, istərsə də daşınan əmlakda.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (72) : vəfat edən bir qadının irsi onun mehriyyə və cehizləridir. onun vərəsələri, əri, ata-anası və bir qızından ibarətdir. irs necə bölünür?
Имя: Ali, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Sualın qoyuluşuna əsasən əri 1/4, ata-anasının hər biri 1/6 irs aparır, qalanı isə qızındır. yəni vəfat edənin malları 12 yerə bölünür, üç hissə ərinə, ata və ananın hər birinə iki hissə çatır və qalan beş hissə isə qızın payıdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (73) : Su, işıq, telefon, qaz və bu kimi şeylərin hökmü necədir? daşınan əmlak sayılır, ya daşınmaz əmlak sayılır?
Имя: Zamin, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Verilən Sualda daha ehtiyat sülh yolu ilə razılaşmaqdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (74) : Əri ölən qadının vərəsələri iki balaca uşaq, ata və anasından ibarətdir. qadının qohumları tərəfindən izdivac zamanı gətirilən hədiyyələr qadının ərinə aiddir, ya yox?
Имя: Zamin, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Qadın üçün gətirilən hədiyyələr qadına aiddir. Ərin irsi hesablanmır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (75) : mən səkkiz il bundan əvvəl ailədə yaranan münaqişə nəticəsində həyat yoldaşıma təlaq verdim. mehriyyə və cehizləri vermək qərarında idim, lakin onlar müraciət etmədilər. indi hadisə nəticəsində xanım vəfat etmişdir. mənim vəzifəm nədir?
Имя: Elnur, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Mehriyyə və cehizləri varis ya varislərinə verməyiniz lazımdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (76) : Atasından sonra körpə ikən ölən uşağın irsi necədir? həmçinin anasından sonra ölsə, necə?
Имя: Zamin, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Ata və anasından ona çatan irs uşağın varislərinə çatır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (77) : Bir xanım vəfat etmişdir. qohumlarının ona verdiyi bir miqdar hədiyyələr və əşyalardan qalmışdır. lütfən buyurun ki, hansı şeylər xanımın irsi sayılır? hansı şeylər onun ərinə aiddir?
Имя: Nahid, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Atasının ona verdiyi cehizlər qızın mülkü olduğundan onun irsi sayılır. qızıl və qadın paltarları kimi məlum olan qadın hədiyyələri xanımın malıdır və irs sayılır. kişi hədiyyələri də ərindir. müştərək yaşayış üçün istifadə olunan əşyalar isə yarı bölünür. onun yarısı ərinin, yarısı isə irsdir. hansı dəstədən olması məlum olmayan hədiyyələr isə razılaşma yolu ilə bölünür.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (78) : Anamız atamızdan neçə il əvvəl vəfat etmişdir. atamızın yanında bir miqdar qızılı vardır ki, onun özü yaxud atamızın onun üçün aldığını bilmirik. ikinci dəfə evlənən atamız indi vəfat etmişdir. qızılların hökmü necədir?
Имя: Elnur, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Qızılların dörddə biri anadan ataya və atadan onun vərəsəsinə o cümlədən ikinci arvadına çatır. dörddə üçü isə sizə, qardaş və bacılarınıza aiddir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (79) : İyirmi bir il bundan əvvəl kiçikli-böyüklü on iki varisi olan atam vəfat etmişdir. bütün sərvəti altı min tümən pul idi ki, onun dörd min tüməni kəfən və dəfnə xərclənib, qalanı isə (iki min tümən) elə birinci ili mənim öhtəmdə olan dörd varisə xərcləmişəm. onların sonrakı yaşayışını özüm təmin etmişəm. İndi bunlar məndən atadan qalan irsi istəyirlər. mən borclu sayılırammı? Əgər borcluyamsa, həmin altı min tüməndir, yoxsa artıq?
Имя: Elnur, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Atanızın irsi vərəsələrin müvafiqliyi ilə xərclənmiş olsa, irs hakkları yoxdur. başqa halda həmin altı min tümən gərək hamı arasında bölünsün.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (80) : Atam neçə il əvvəl həccə getmək üçün adını yazdırmışdır. lakin növbəsi çatmamışdan əvvəl vəfat etmişdir. böyük oğlunun onun yerinə həcci yerinə yetirməyi qeyd etmişdir. mən onun böyük oğlu olduğumdan öz xərcimlə həccə getdim. irsi bölməzdən əvvəl onun malından həcc yolunda çəkdiyim xərcləri götürə bilərəmmi?
Имя: Elnur, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Verilən suala əsasən əgər həcc atanızın boynuna gəlibsə, yəni əvvəl özü həcci yerinə yetirə bildiyi halda səhlənkarlıq edibsə, bu halda onun həcc xərcləri malından götürülür və qalan mallar allahın vacib etdiyi kimi bütün vərəsələr arasında bölünür. amma əgər həcc ona vacib olmayıb təkcə həccə getməyi vəsiyyət etsə, bu surətdə həcc xərcləri onun malının üçdə birindən götürülür. bəs əgər malın üçdə biri həcc miqdarında olsa, vərəsənin müxalifət etməyə haqqı yoxdur. adi qaydada həcc xərcləri götürülüb, qalan mallar allahın vacib etdiyi qaydada bölünür. Əgər malın üçdə biri öz ölkəsindən həccə getmək miqdarında olmasa və xərcləri götürməyə vərəsələr icazə vermiş olsalar sizin irs payınızdan azalda bilməzlər. amma əgər icazə verməsələr siz öz istəyinizlə və şəxsi pulunuzla da xərc etmisinizsə, hələlik üçdə birindən artıq götürə bilməzsiniz. Bu halda hakk qardaşlarladır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP