Sual (61) : Bir nəfər öz malının üçdə birindən az miqdarını həyat yoldaşına vəsiyyət edir və böyük oğlunu vəsi qərar verir. Lakin sair vərəsələr bu vəsiyyətə etiraz edirlər. Vəsinin bu barədə vəzifəsi nədir?
Имя: Cavad, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər vəsiyyət mirasın üçdə biri, yaxud ondan az miqdarda edilsə, vərəsələrin ona etiraz etməsinin heç bir əsası yoxdur, əksinə vəsiyyətə əsasən əməl etmələri vacibdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

Sual (62) : Vəsiyyət etmək vacibdirmi, belə ki, insan onu tərk etdikdə günaha düçar olurmu?
Имя: Elnur, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər insanın yanında başqalarının əmanətləri olsa, eləcə də öhdəsində camaatın, yaxud Allahın haqqı olsa və sağlığında onları yerinə yetirə bilməsə, onların barəsində vəsiyyət etməsi vacibdir. Bundan qeyri hallarda isə vacib deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (63) : Salam. necəsiniz. Qadının irsi kişi ilə hansı halda bərabərdir? İşçilərin çoxlu faizini təşkil edən cəmiyyətdə, qadınla kişinin irsi bərabərdirmi?
Имя: heyder, Страна: azerbaycan, Муджтахид: Ayətullah Xamenei

Bismillahir-rəhmanır-rəhim

Ümumiyyətlə iki halda qadınla kişi irsdə bərabərdirlər:
A). Ata və ana meyyitin (övlad) irsində çox yerdə bərabərdirlər, yalnız neçə halı istisna etməklə:
1. Əgər meyyitin varisi yalnız onun ata və anası olsalar, mal üç hissəyə bölünür, iki hissəsini ata və bir hissəsini ana irs aparır. Amma əgər meyyitin iki qardaşı, ya dörd bacısı və ya bir qardaşı və iki bacısı olsa ki, onların hamısı ata tərəfdən olsa, yəni meyyitlə onların atası bir nəfər olsa, analarının eyni olub olmaması fərq eləmir, meyyitin ata- anası olduğuna görə bunlar (qardaş və bacı) irs aparmırlar. Amma bunların olmasına görə ana malın altıda birini irs aparır və qalanını ataya verirlər.
2. Əgər meyyitin varisi yalnız ata- anası və bir qızı olsa, və məyyitin ata tərəfdən iki qardaşı ya dörd bacısı və ya bir qardaşı və iki bacısı olsa, malı altı hissəyə bölürlər. Ata və ananın hər biri bir hissə, qız isə üç hissəni irs aparır. Qalan bir hissəni dörd yerə bölürlər. onun bir hissəsini ata- anaya və üç hissəsini isə qıza verirlər. məsələn əgər meyyitin malını 24 hissəyə bölsələr, onun 15 hissəsini qıza, 5 hissəsini ataya və 4 hissəsini isə anaya verirlər.
B). Əgər qadınla kişi meyyitin ana tərəfdən qohumlarından olsalar, irsləri bərabərdir. Bu qismin müxtəlif formaları var:
1. Ana tərəfdən olan bacı və qardaş
2. Ana tərəfdən olan qardaş övladı və bacı övladı.
3. Ana tərəfdən olan əmi və bibi.
4. Dayı və xala (ana tərəfdən ya ata tərəfdən ya da həm ata və həm ana tərəfdən).
Əlbəttə axırıncı iki qismi (üç, dörd) barəsində, ehtiyat- vacib odur ki, irsi bölərkən bir- biri ilə razılaşsınlar.
Amma cəmiyyətin işçilərinin çoxunu təşkil edən qadınların irsini kişinin irsi ilə bərabər olması barəsində verdiyimiz sualın qaranlıqları var. Əgər məqsədiniz budur ki, o cəmiyyətdə ki, qadınların içşilərin çox faizini təşkil edir və müstəqil gəlurləri varlarıdır və ailənin xərclərini təmin etmək vəzifələri yoxlarıdır. Bunlar irsdə kişi ilə necə bərabərdirlər?
Cavab budur ki:
Bərabər olduqları yerlər nadirdir və az vaxt baş verir.
Bəzi vaxtlarda qadınla kişinin irsinin bərabər olması, islamın zəifliyinin və nöqsanının əlaməti deyil, əksinə bunun özü bu dinin kamilliyinin əlamətidir. Çünki bu yolla qadınlar daha çox can yandırmaqla, əsas vəzifələri olan uşaqları tərbiyə etməyə məşğul olarlar.

Əgər sualdan məqsədiniz budur ki, qadınların kişilərlə bərabər olduğu şəraitdə və onların da kişilər kimi evin dolanışığını təmin edənləri sayıldıqları və ailədə olmaları ailəyə böyük zərər vurması şəraiti olan halda, niyə kişilərlə irsdə bərabər deyildirlər?
Cavabda deməliyik ki; Qadınlar üçün evdən çöldə dini- əxlaqi qanunlara riayət etməklə işləməyin islam nəzərindən qadağan olmamasına baxmayaraq, amma islam cəmiyyətin əsas və mühüm məsələlərini riayət etməyə görə, qadınları daha çox evin daxili işlərini və problemlərini həll etməyə həvəsləndirir. (Misal üçün bu tarixi hadisiyə diqqət edin: Peyğəmbər (s) Həzrət Əli (ə) Həzrət Fatimənin (ə) ev işlərini bölərkən buyurdu: Ev işləri, Həzrəti Fatimənin (ə) öhdəsinə, çöl işləri Əli (ə)- ın öhdəsindədir. Həzrət Fatimə (s) buyurdu: Allahdan başqa heç kəs bu bölgüdən nə qədər sevindiyimi bilməz. Biharul- ənvar, cild 34. səh 31 və 81, vəsailüş- şiə, cild 14, səh 123. Təfsirul- burhan, cild 1, səh 282.)

Bu da qadınların hissiyyat və ruhiyyəsinə daha uyğundur, həm də cəmiyyətin və gələcəyin daha yaxşı inkişafına kömək edəcək. Gələcək hazırda uşaq və ailədə böyüyüb və tərbiyələnən insanlarındır. Həqiqətdə cəmiyyətdə qadınların rolu əsaslı bir roldur. Yəni cəmiyyətin bünövrəsini hazırlayıb və tərbiyələndirmək, qadınların əli ilə baş verir. Bu böyük rolu yerinə yetirdiklərinə görə, evdən çöldə işləmək onlardan istənilməyib. Ona görə də ailənin xərsclərini təmin etmək kişinin öhdəsinə qoyulub. Təbiidir ki, belə bir sistemdə kişinin irsi çox olmalıdır.

Nəticə budur ki, əgər islamın müxtəlif hökm və göstərişlərini bir-birinin yanına qoysaq, bəzi yerdə qadının kişinin yarısı qədər irs aparması və digər yerlərdə bərabər irs aparması, bunların hamısının hikmət üzündən olduğunu görəcəyik.
Əgər bu sistemdə qadının irsi yarı olubsa, əvəzində ailənin xərclərini təmin etmək də qadının öhdəsinə qoyulmayıbdır. Əgər bəzi yerlərdə bərabərdirsə, qadını analıq vəzifəsini yerinə yetirməyə ürəkləndirmək ya... kimi digər cəhətlərə görədir. Hər halda qeyd olunanların hamısı hikmət idi, səbəb deyildi. Yəni qadınla kişinin irsinin bərabər olmaması yalnız evin xərclərini kişinin öhdəsinə görə deyil ki, bu sistem dəyişilən zaman hökm də dəyişilsin və qadının irsi kişi ilə bərabər olsun.

http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (64) : Bir şəxs sonsuz olduğundan uşaq evindən bir körpəni götürüb saxlayır və böyüdür. Bu şəxs öləndən sonra bu uşaq ondan irs aparırmı?
Имя: Nahid, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Verilən suala əsasən bu oğlan vəfat edənin oğlu olmadığı üçün ondan irs aparmır. baxmayaraq ki, şəxsiyyət vəsiqəsində onun adına yazılıb. Əgər vəfat edən ona nisbətdə bir vəsiyyət edibsə, vəfat zamanı onun malının üçdə biri qədər qüvvədədir ki, gərək əməl olunsun. qalan mallar irs hökmlərinə uyğun onun vərəsələri arasında bölünür.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (65) : Bir şəxs 25 il bundan əvvəl bir şəxs müharibə cəbhəsinə getmişdir. indi ondan heç bir xəbər yoxdur. onun malını neçə müddət keçəndən sonra bölmək olar?
Имя: Ali, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər onun şəhid olmasına xatircəmlik tapsanız, onun mallarını irs məsələlərinə uyğun borcunu və vəsiyyətini ödəyib bölüşdürün.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (66) : Bir qadın uşaq doğarkən vəfat etmiş və uşağı da ölmüşdür. o qadının ata-anası varsa onun malının hamısı ərinə çatır? yaxud ata-anasına? qadının mehriyyəsi onun ata-anasına çatır, ya yox? Əri onun əşyalarından satıb onun borcunu ödəyə bilərmi?
Имя: Zamin, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Məsələnin qoyuluşuna əsasən əvvəl borclar əsl maldan ayrılır. Əgər uşaq diri dünyaya gəlib anasından sonra ölmüşsə və qadının başqa uşağı olmasa, əri mehriyyə və qeyrilərdən ¼-ni irs aparır. ata-ananın hər biri 1/6 irs aparır. qalan mallar övladlarındır. o öləndən sonra onun payı atasına çatır. Əgər uşaq ölüb dünyaya gəlsə və bu qadının ondan başqa övladı olmasa – (nə bu ərundən, nə də başqa ərindən) – malın yarısı kişinin və üçdə biri ananın malıdır, qalanı isə əgər ananın hacibi (hacib ata-anadan ya tək atadan olan iki qardaş, ya dörd bacı və ya bir qardaş və iki bacıdan ibarətdir) olmasa atanındır. Əgər ananın hacibi olsa, malın yeddidə biri ananın, qalan mal isə atanındır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (67) : Ata-anadan olan qardaşlar bacılarını ata irsindən (daşınan ya daşınmaz əmlak) məhrum edə bilərlərmi?
Имя: Elnur, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Qardaş və bacı bir qrupun varisləridir. heç biri digərini məhrum edə bilməz.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (68) : Kiçik uşaqları olan bir şəxs vəfat etmişdir. onların evinə fatihə oxumağı və orada adi istifadələrin işkalı vardır?
Имя: Elnur, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər gedib-gəlmək yetimlərin məqsədinə uyğundursa, maneəsi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (69) : Bir ata öz sağlığında öz yaşayış mənzilini ən kiçik qızının adına keçirmişdir. indi ata və ana vəfat etmiş və vəsiyyətnamədə həmin mənzilə işarə edilməmişdir. İndi vəzifə necədir?
Имя: Zamin, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Mənzil qıza məxsusdur. sair vərəsələrin onda payı yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (70) : Bir şəxs vəfat edir. həyat yoldaşından başqa nə bir varisi, nə də bir əmlakı var. lakin bir miqdar borcu var və arvadının mehriyyəsini də ödəməmişdir. Bu şəxsin atadan hələ bölünməmiş dörd yüz min tümən pulu vardır ki, anası qalan varislərin razılığı ilə atadan qalan irsi evdə sakindir. evi anadan alıb, bölüşdürüb vəfat edənin həyat yoldaşının mehriyyəsini və mərhumun borcunu ödəmək olarmı?
Имя: Elnur, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bəli, vəfat edən atanın dörd yüz min tümən irs payını dərhal tələbkara və həyat yoldaşının payına nisbətdə bölünsün. tələb olan surətdə gecikdirmək caiz deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP