Sual (51) : Əgər vərəsələr, vəsiyyət edən şəxsin sağlığında onun mal-dövlətinin üçdə birindən artığına etdiyi vəsiyyətə icazə versələr, (bu icazə) onun qüvvəyə minməsi üçün kifayətdirmi? Əgər kifayət olduğunu fərz etsək, vəsiyyət edən şəxsin ölümündən sonra bu şəxslər öz icazələrini geri götürə bilərmi?
Имя: Cavad, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Vəsiyyət edən şəxsin sağlığında, vərəsələri üçdə birdən artığa icazə vermələri vəsiyyətin düzgün və qüvvədə olmasına kifayətdir və vəsiyyət edən şəxsin vəfatından sonra bu icazədən dönmə haqları yoxdur və əgər icazədən dönsələr, heç bir təsiri yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (52) : Əgər bir nəfər, öldükdən sonra bədən üzvlərindən hər hansı birini xəstəxanaya, yaxud başqa bir şəxsə hədiyyə etməsini vəsiyyət etsə, onun vəsiyyəti düzgündürmü və onun icra olunması vacibdirmi?
Имя: Elnur, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Meyyitin bədənindən, ona qarşı hörmətsizlik sayılmayacaq dərəcədə bədən üzvünün ayrılmasına etdiyi bu kimi vəsiyyətin düzgün və qüvvədə olması uzaq fikir deyil və bu kimi hallarda vəsiyyətə əməl edilməsinin maneəsi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (53) : Bir şəxsin öldükdən sonra öz bədənini yarıb bədən quruluşunu öyrənməkdə ondan istifadə etsinlər deyə, tibb tələbələrinin ixtiyarına verilməsini vəsiyyət etməsi caizdirmi? Yoxsa bu əməl müsəlman meyyitinin müslə olunmasına (parçalanmasına,burun-qulağının kəsilməsinə) səbəb olduğuna görə haramdır?
Имя: Elnur, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Belə nəzərə çarpır ki, müslənin və s.-in haram olması kimi hökmlər başqa bir məqsədlə, başqa bir işə yönəlir və Sualda qeyd olunduğu kimi, meyyitin cərrahlıq işindəki mühüm məsləhətə aid olmur. Əgər bu kimi məsələlər danılmaz bir əsl kimi qərar verilməli olan müsəlman meyyitinin cəsədinə ehtiram qoyulması şərti hasil olsa, zahirən onu yarmağın işkalı olmayacaq.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (54) : Atam öz torpaq sahəsinin üçdə birini məscid tikilməsi üçün vəsiyyət etmişdir, lakin bu torpaq sahəsinin qonşuluğunda yerləşən iki məscidin də olduğunu, mədrəsə tikilməsinə də kəskin ehtiyac duyulduğunu nəzərə alaraq, məscid əvəzinə o yerdə mədrəsə tikmək caizdirmi?
Имя: Cavad, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Məscid əvəzinə mədrəsə tikməklə vəsiyyətin dəyişdirilməsi caiz deyildir. Amma əgər məscidin həmin yerdə tikilməsi nəzərdə tutulmamış olsa, onun satılıb pulu ilə ehtiyac duyulan başqa bir yerdə məscid tikdirməyin eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (55) : Bir nəfər öz atasına vəsiyyət edir ki, bir neçə aylıq oruc-namazının qəzasını yerinə yetirmək üçün əcir tutsun. Hal-hazırda o şəxs itmişdir. Atasına onun qəzaya getmiş oruc-namazlarını yerinə yetirmək üçün əcir tutmaq vacibdirmi?
Имя: Sahib, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Vəsiyyət edən şəxsin ölməsi şəri dəlillərlə, yaxud vəsi tutulan şəxsin yəqinə çatması ilə sübut edilməyincə, onun tərəfindən oruc-namazlarının qəzasını yerinə yetirmək üçün əcir tutmaq düzgün deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (56) : Vəfatından sonra onun özünə xərclənsin deyə, müəyyən məbləğdə malın mirasın üçdə biri kimi kənara qoyulması, yaxud bir şəxsin yanına əmanət qoyulması caizdirmi?
Имя: Cavad, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bu işin işkalı yoxdur, bu şərtlə ki, onun vəfatından sonra həmin malın iki qat artığı vərəsələr üçün qalmış olsun.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (57) : Bir nəfər vəsiyyət etmişdir ki, torpaq sahələrindən biri onun tərəfindən qəza namaz-orucunun yerinə yetirilməsinə və xeyir işlərə sərf edilsin. Bu torpaq sahəsinin satılması caizdirmi, yoxsa vəqf hesab olunur?
Имя: Elnur, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Mövcud əlamət və nişanələrdən onun məqsədinin torpağın öz vəziyyətində qalması və onun gəlirindən istifadə olunması aşkar olmasa, əksinə, yalnız torpağın onun özü üçün sərf edilməsini vəsiyyət etsə, bu vəsiyyət torpağın vəqf olunması hökmündə deyil, deməli, əgər onun pulu mirasın üçdə birindən çox olmasa, satılıb pulunun onun özü üçün sərf edilməsinin işkalı yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (58) : Bir nəfər müəyyən qədər əkin sahəsinə malikdir. O, vəsiyyət etmişdir ki, onu məscidin təmiri üçün sərf etsinlər. Lakin onun vərəsələri həmin yeri satmışlar. Bu halda vəfat edən şəxsin vəsiyyəti qüvvədədirmi? Vərəsələrin o yeri satmağa haqqı vardırmı?
Имя: Sahib, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər vəsiyyətin məzmunu o əkin sahəsinin özünün satılıb məscidin təmirinə sərf edilməsi olsa, torpaq sahəsinin qiyməti də mirasın üçdə birindən artıq olmasa, bu halda vəsiyyət qüvvədədir və torpağın satılmasının işkalı yoxdur. Əgər vəsiyyət edən şəxsin məqsədi torpaq sahəsinin mənfəətinin məscidin təmirinə xərclənməsi olsa, bu halda vərəsələrin onu satmağa haqqı yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (59) : Bir nəfər etimadlı şəxslərin, o cümlədən oğlanlarının yanında vəsiyyət etmişdir ki, öhdəsinə olan şəri vergiləri, o cümlədən xüms, zəkat, kəffarə, eləcə də onun öhdəsinə olan namaz, oruc, həcc və s. kimi “bədəni” vacibatı yerinə yetiriliməsi üçün onun əmlakının bəzisi vəsiyyət edilən şeylərə xərclənmək üçün mirasından istisna olunsun. Lakin vərəsələrdən bəziləri onu rədd edir və bütün əmlakın heç bir istisna olunmadan vərəsələr arasında bölüşdürülməsini tələb edir. Bu halda vəzifə nədir?
Имя: Cavad, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Şəri dəlil əsasında, yaxud vərəsələrin iqrar etməsi nəticəsində vəsiyyətin sübuta yetməsi fərz olunduqdan sonra vəsiyyət olunan şeylər mirasın üçdə birindən artıq olmasa onların irsi bölməyi tələb etməyə haqları yoxdur, əksinə vacibdir ki, meyyitin vəsiyyət etdiyi mali hüquqlar və bədəni vacibatlar onun vəsiyyətinə uyğun əməl edilsin, hətta əgər şəri yolla, yaxud vərəsələrin iqrar etməsi ilə meyyitin camaata borclu olması, yaxud Allahla əlaqədar olan xüms, zəkat, kəffarə və s. kimi hüquqları borclu olsa, yaxud həcc kimi bədəni, yaxud mali bir vəzifənin öhdəsində qalmış olması sübut olunsa, yenə də onlara vacibdir ki, hətta bu kimi işlərdə vəsiyyət etməsə belə onun borclarının hamısını mirasın əslindən versinlər, yerdə qalan malı öz aralarında bölüşdürsünlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (60) : Əgər varislər vəsiyyəti mütləq şəkildə inkar etsələr, vəzifə nədir?
Имя: Sahib, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Vəsiyyəti iddia edən şəxs onu şəri yollarla isbat etməlidir. İsbat etdiyi təqdirdə mirasın üçdə biri, yaxud ondan az miqdara vəsiyyət edilmiş olsa, vəsiyyətə əsasən ona əməl etmək vacibdir, vərəsələrin inkar və ya etiraz etməsinin də heç bir təsiri yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP