Sual (31) : Vərəsələrdən bəzilərinin başqaları ilə məsləhətləşmədən, yaxud vəsinin razılığını almadan meyyitin malından onun üçün ziyafət adı ilə xərcləməsi caizdirmi?
Имя: Kamal, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər onların bu işdən məqsədi vəsiyyətə əməl etmək olsa, bu iş meyyitin vəsisinin öhdəsinədir və onların vəsinin razılığını almadan təkbaşına bu işi görməyə haqları yoxdur. Əgər meyyitin mirasından vərəsələrin irsi hesabına xərcləmək məqsədləri olsa, bu, sair vərəsələrin razılığına bağlıdır. Əgər onlar razı olmasalar, başqalarının irsdən olan payı nisbətində bu işin hökmü qəsbdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (32) : Vəsiyyət edən şəxsin, öz vərəsələrindən başqalarını özünə vəsi seçməsi caizdirmi? Bir kəsin onun bu işinə etiraz etməyə haqqı varmı?
Имя: Cavad, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Vəsinin, vəsiyyət edən şəxsin bu işə layiq gördüyü şəxslər arasından seçilib təyin olunması onun öz nəzərinə bağlıdır və öz vərəsələrindən başqasını özünə vəsi seçməsinin eybi yoxdur, vərəsələrin də bu işə etiraz etməyə haqqı yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (33) : Vəsiyyət edən şəxs neft anbarlarının bombardman edilməsi zamanı şəhid olmuşdur, vəsiyyət sənədi də onun yanında imiş və o hadisədə yanmış, yaxud itmişdir, heç kim də onun məzmunundan agah deyil. Hal-hazırda vəsi təkcə onunmu, yoxsa başqalarının da vəsi olduğunu bilmir. Onun vəzifəsi nədir?
Имя: Elnur, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Vəsiyyətin əsli sübuta yetdikdən sonra vəsi özünün vəsilikdən çıxarılmasına yəqin etməyincə, dəyişiklik hasil olmasına yəqin etmədiyi hallarda vəsiyyətə əməl etməsi vacibdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (34) : Vərəsələr, vəsini meyyitin tərəfindən qəza oruc-namazlarını yerinə yetirmək üçün müəyyən məbləğ verməyə vadar edə bilərmi? Vəsinin bu barədəki vəzifəsi nədir?
Имя: Elnur, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Meyyitin vəsiyyətlərinə əməl etmək vəsinin məsuliyyətlərinin bir hissəsi olub onun öhdəsindədir və onun ayırd etdiyi məsləhət əsasında ona əməl etməlidir və vərəsələrin bu işə qarışmağa haqqı yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (35) : Bir nəfər iki nəfərə vəsiyyət etmişdir ki, onun torpaq sahələrindən birini satsınlar və onun tərəfindən naib olaraq həccə getsinlər. Öz vəsiyyətnaməsində o iki nəfərdən birini vəsi, digərini isə ona nəzarətçi təyin etmişdir. Bu zaman üçüncü bir şəxs tapılaraq iddia edir ki, vəsidən və nəzarətçidən icazə almadan həcc əməllərini o şəxsin tərəfindən yerinə yetirmişdir, hal-hazırda da vəsi dünyadan getmişdir, yalnız nəzarətçi sağdır. Nəzarətçi o torpağın pulu ilə meyyitin tərəfindən yenidən həcc əməlini yerinə yetirməlidirmi? Yoxsa torpağın pulunu əmək haqqı olaraq meyyitin tərəfindən həcc əməllərini yerinə yetirdiyini iddia edən şəxsə verməlidir? Yoxsa bu barədə ona bir şey vacib deyil?
Имя: Sahib, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər meyyitin öhdəsində həcc qalmış olsa və onu naibin vasitəsi ilə həccin yerinə yetirilməsini vəsiyyət etməklə bəriüz-zimmə olmasını istəyirsə, üçüncü bir şəxs meyyitin tərəfindən naib olaraq həcci yerinə yetirsə, onun üçün kifayətdir, lakin o şəxsin heç kimdən əmək haqqı tələb etməyə haqqı yoxdur. Əks halda nəzarətçi və vəsi meyyitin vəsiyyətinə əməl etməli, o torpağın pulu ilə həcc əməllərini yerinə yetirməlidirlər. Əgər vəsi vəsiyyətə əməl etməmişdən qabaq ölərsə, nəzarətçinin vəsiyyətə əməl etmək üçün şəriət hakiminə müraciət etməsi vacibdir
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (36) : Meyyitin tərəkəsinin vərəsələr arasında bölünməsindən, onların adlarına rəsmi sənəd çıxarılmasından və bu işdən altı il keçməsindən sonra vərəsələrdən biri iddia edir ki, vəfat edən şəxs şifahi şəkildə ona vəsiyyət etmişdir ki, evin bir hissəsi onun oğlanlarından birinə verilsin. Qadınlardan bəziləri də bu işə şahidlik edirlər. Qeyd olunan müddətin keçməsindən sonra onun iddiası qəbul olunurmu?
Имя: Cavad, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Zamanın keçməsi və irsin bölüşdürülməsinin qanuni mərhələlərinin tamamlanması şəri dəlilə əsaslandığı halda vəsiyyətin qəbul olunmasına mane ola bilməz, deməli, əgər vəsiyyət iddiası edən şəxs öz iddiasını şəri yolla isbat edərsə, ona uyğun olaraq əməl edilməsi vacibdir və bundan qeyri hallarda isə onun iddiasının düzgünlüyünə iqrar edən hər kəsə, onun məzmununa iltizamlı olması və irsdən olan payı qədərində ona uyğun əməl etməsi vacibdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (37) : Bir nəfər iki nəfərə vəsiyyət edir ki, onun vəfatından sonra vəsiyyətnamədə qeyd olunanlara əsasən əməl etsinlər. O vəsiyyətnamənin üçüncü bəndində qeyd olunur ki, vəsiyyət edən şəxsin bütün mirası – istər daşınar olsun, istərsə daşınmaz, istər nağd olsun, istərsə də camaatdan alacaqları – bir yerə toplansın, onun borcları mirasın özündən qaytarıldıqdan sonra onun hamısından üçdə biri ayrılsın və vəsiyyətnamədə qeyd olunan 4, 5 və 6-cı bəndlərə əsasən sərf edilsin. On yeddi il keçdikdən sonra üçdə birin qalan hissəsi fəqir vərəsələrə xərclənsin. Lakin bu iki vəsi vəsiyyət edən şəxsin vəfatından bu müddətin qurtardığı vaxta qədər üçdə biri ayırmağa və qeyd olunan hallara əməl etməyə nail olmamışlar. Vərəsələr də iddia edirlər ki, həmin müddət qurtaqdıqdan sonra vəsiyyətnamə batildir, o iki vəsi də vəsiyyət edən şəxsin əmlakına dəxalət etməyə haqlı deyillər. Bu məsələnin hökmü nədir? Bu iki vəsinin vəzifəsi nədir?
Имя: Sahib, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Vəsiyyət və vəsi tutmaq məsələsi icranın təxirə düşməsi ilə batil olmur, əksinə, vəsiyyətə əməl etmək, hətta onun müddəti uzun olsa belə, bu iki vəsiyə vacibdir. Onların vəsi olmalarının sona çatan müəyyən bir möhlətlə şərtlənmədiyi zamana qədər vərəsələrin vəsiyyətin icra edilməsində o iki nəfərə mane olmaq haqqı yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (38) : Bir qadın vəsiyyət etmişdir ki, onun mirasının üçdə biri səkkiz illik namazının qəzasına sərf edilsin və yerdə qalanı boynundakı borc və xumsun qaytarılmasına, eləcə də xeyir işlərə sərf edilsin. Bu vəsiyyətə əməl edilməsi vaxtı müharibə dövrünə təsadüf edirdi, cəbhələrə kömək edilməsi daha artıq zəruri idi. Vəsi də o qadının öhdəsində hətta bir dənə olsun belə, qəza namazı olmamasını bilirdi. Bununla eyni zamanda bir şəxsi iki il ona namaz qılması üçün əcir etmiş, üçdə birin bir miqdarını cəbhəyə kömək etmiş və yerdə qalanı isə onun xumsunu və boynundakı borclarını qaytarmağa sərf etmişdir. Vəsiyyətə əməl edilməsi ilə əlaqədar vəsinin öhdəsində bir şey qalırmı?
Имя: Sahib, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Vəsiyyətə, meyyitin vəsiyyət etdiyi şəkildə əməl edilməsi vacibdir və vəsinin, hətta bəzi hallarda belə ona əməl etməyi tərk etməsi caiz deyil. Buna əsasən, hətta o malın müəyyən miqdarını vəsiyyət edilən hallardan başqa yerdə istifadə etsə, həmin miqdara zamindir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (39) : Bir nəfər belə vəsiyyət etmişdir: “Bütün tikilən və tikilməyən parçalar və sair şeylər mənim həyat yoldaşıma aiddir”. “Və sairlər” kəlməsindən məqsəd onun daşına bilən əmlakıdırmı, yoxsa paltarlardan və parçalardan az dəyərə malik olan ayaqqabı və sair kimi şeylərdir?
Имя: Elnur, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Vəsiyyətnamədə qeyd olunan “və sairlər” kəlməsindən məqsədin nə olduğu aydın olmayınca xaricdən də vəsiyyət edən şəxsin bu işdə məqsədi başa düşülməzsə, vəsiyyətnamənin bu cümləsi icra və əməl olunmağa qabil olmayan icmal və anlaşılmazlığa, eləcə də onun Sualda qeyd olunan ehtimallardan birinə uyğun gəlməsinə görə vərəsələrin razılığına bağlıdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (40) : Əgər vəsiyyət edən şəxs həm vəsi, həm də nəzarətçi təyin etsə, amma onların vəzifə və səlahiyyətlərini qeyd etməsə, eləcə də öz malının üçdə birini və onun harada sərf olunmasını qeyd etməsə, bu halda vəsinin vəzifəsi nədir? Vəsiyyət edən şəxsin malının üçdə birinin mirasdan ayırıb xeyir işlərdə sərf olunması caizdirmi? Sadəcə olaraq vəsiyyət və vəsinin təyin olunması onun tərəkənin üçdə birinə müstəhəq olmasına kifayətdirmi və nəticədə vəsiyə üçdə biri mirasdan ayırıb onu vəsiyyət olunan işlərdə xərcləmək vacibdirmi?
Имя: Cavad, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər mövcud əlamət və şahidlərdən, yaxud yerli adət-ənənədən vəsiyyət edən şəxsin məqsədi başa düşülsə, vəsinin bu yollarla başa düşülən məqsədə və vəsiyyət halının ayırd edilməsi ilə əlaqədar öz düşüncəsinə əməl etməsi vacibdir. Bundan başqa hallarda, vəsiyyət anlaşılmaz olduğuna və onun nəyə edilməsi müəyyən olmadığına görə batil olub qüvvədən düşür.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP