Sual (81) : Tövbə edəndən sonra ölən mürtədin hökmü necədir?
Имя: Sahib, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Mürtəd tövbə vasitəsi ilə müsəlman hökmünü tapır, onun quslu vacibdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (82) : Bir nəfər intihar etmişdir, meyyitə aid olan hökmlər ona da aiddirmi?
Имя: Malik, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bəli, meyyitə aid olan bütün hökmlər ona da aiddir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (83) : Yanğın hadisəsi zamanı neçə müsəlman, bəhayi və erməni yanmışdır, heç birini tanımaq mümkün deyilsə, onların qusl və dəfninin hökmü nədir? Əgər həmin halda onların arasında bir qadın varsa və o da tanınmırsa vəzifə nədir?
Имя: Elnur, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Verilən suala əsasən müsəlmanları tanımaq mümkün deyil, onların arasında müsəlman olduğuna yəqinlik varsa, gərək onların hamısını qusl etsinlər, kəfənə büküb hənut vursunlar. Aralarında müsəlman olduğu üçün bir yerdə müsəlman niyyəti ilə onlara namaz qılsınlar və onları islam göstərişlərinə uyğun dəfn etsinlər. Aralarında qadın olduğu üçün gərək o qadının əri onlara qusl versin. Əgər qadının əri, ya məhrəm adam yoxdursa, gərək bir kişi əlcək vasitəsi ilə libasın altında onlara qusl versin və bir qadın da onlara əlcək vasitəsi ilə libasın altında qusl versin ki, vəzifəyə əməl olunmasına yəqinlik hasil olsun.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (84) : Tovzihul-məsail risaləsində buyurmusunuz: Qusl, kəfən və dəfn üçün gərək meyyitin varisindən icazə alsınlar. Əgər meyyitin vəlisi olmasa nə etmək lazımdır?
Имя: Mahir, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Vəlinin razılığına və icazəsinə şahid olan mötəbər bir şəxs tapılsa meyyitə aid olan işləri yerinə yetirə bilərlər, əks halda vəli gələnə qədər səbr etsinlər. Əgər dəfni gecikdirməklə meyyitə hörmətsizlik olarsa, vacib ehtiyata əsasən gərək şəriət hakimindən, yaxud onun nümayəndəsindən icazə alıb meyyitin işlərini yerinə yetirsinlər. Əgər icazə almaq mümkün olmasa, icazə və iznə ehtiyac yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (85) : Zərbə almış bir şəxsin beyninə qan sızmışdır, həkim onun öldüyünü deyirsə, onun sözünə etimad edib o şəxsi dəfn etmək olarmı?
Имя: Sahib, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Gərək ölümə yəqinlik ya arxayınçılıq hasil olsun. Əgər həkimin dediyindən yəqin və arxayınçılıq hasil olsa, dəfn etsinlər. Əks halda, ölümə yəqinlik tapana qədər səbr etsinlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (86) : Əgər xüsusi cihazların köməyi ilə bir şəxsin beyninin ölmüş olduğu sabit olsa, onun həyatını sona çatmış hesab etmək olarmı?
Имя: Mahir, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Xeyir, fiqhi və adi cəhətdən meyyit hesab olunmur?
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (87) : Ölümün fiqhi tərifi haqqında nəzəriniz necədir?
Имя: Sahib, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Ölümün fiqhi tərifi onun adi qaydada tərifi ilə heç bir fərqi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (88) : Üzərində Yasin və Qurandan başqa surələr yazılan parça ilə meyyiti kəfənə bükməyin maneəsi varmı? Əgər nəcis olmasına ehtimal da verilsə?
Имя: Cavad, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Heç bir maneəsi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (89) : Hamilə bir qadın vəfat etmişdir. Amma bətndə olan uşağın ölü ya diri olmasına yəqinlik yoxdursa, vəzifə nədir?
Имя: Samir, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Gərək səbr etsinlər, əgər uşağın diri olmasına ehtimal verilsə, ananın bətnini yarsınlar və uşağı çıxartsınlar. Çünki, möhtərəm nəfsi (ruhu) qorumaq vacibdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (90) : Bir şəxsin cərrahiyyə yolu ilə ayağına qızıldan olan bir mil salırlar, ölümdən sonra həmin mili onun ayağından çıxartmaq olarmı? Qızıl qapaq, ya qızıl diş olan surətdə hökm necədir?
Имя: Elnur, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər qızıl mili ayağı yarmadan çıxartmaq mümkün olmasa, onu çıxartmaq caiz deyildir. Qızıl dişin hökmü də belədir. Əgər süni dişlər olarsa və rahatlıqla meyyitin ağzından çıxarılarsa maneəsi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP