Sual (71) : Meyyitə təyəmmüm verilməlidir, amma təyəmmüm yerləri nəcis və qana bulaşmışdır. Paklamaq mümkün olmasa, ya da qanın qarşısını ala bilmirlərsə vəzifə nədir?
Имя: Sahib, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər mümkündürsə qanı təmizləsinlər, əks halda üzərinə parça, ya salafan çəksinlər və onun üzərinə təyəmmüm versinlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (72) : Bir şəxs vəfat etmişdir, qusl üçün su tapılmırsa vəzifə nədir?
Имя: Mahir, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər su tapılana qədər quslu gecikdirmək, yaxud su olan yerə meyyiti aparıb çatdırmaq meyyitə ehtiramsızlıq gətirərsə, ya iylənərsə gərək təyəmmümlə dəfn etsinlər. Vacib ehtiyata əsasən hər quslun əvəzinə ayrıca təyəmmüm versinlər və bir təyəmmüm də bütün quslların niyyəti ilə verilsin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (73) : Bir meyyitin cəsədi bir neçə gündən sonra tapılmışdır. Çox üfunətli olduğu üçün qusl verən şəxs əziyyət çəkər, ikincisi də bədənin parçalanıb dağılması mümkündür. İndi vəzifə nədir?
Имя: Mahir, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
İmkan olan surətdə üfunət və iydən qorunmaq üçün bir şeydən istifadə edib meyyiti paklasınlar. Sidr, kafur və xalis suyu əl sürtmədən meyyitin bədəninə töksələr meyyit parçalanmaz. Gərək bu yolla meyyitə qusl versinlər, əks halda ona təyəmmüm edib dəfn etsinlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (74) : Bədəni yara olan meyyitin qanı kəsilmirsə cəbirə quslu edilməlidir, ya təyəmmüm?
Имя: Malik, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Meyyit qusluna cəbirə qeyd olunmamışdır, əslində mənası da yoxdur. Verilən suala əsasən gərək qan kəsilənə qədər səbr etsinlər və əgər quslu gecikdirmək meyyitə hörmətsizlik gətirərsə, mümkün olan hər vasitə ilə qanı saxlasınlar və qusl versinlər, yaxud da boruya və kür suyuna bitişik olan sidr və kafur suyu ilə qusl versinlər. Əgər mümkün olmasa təyəmmüm etsinlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (75) : Əgər qusllardan sonra və dəfndən əvvəl meyyitin bədəni onun öz nəcasəti (qan, sidik və s. kimi) vasitəsi ilə murdarlansa nə etmək lazımdır?
Имя: Cavad, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Nəcasəti aradan aparıb bədəni paklamaq vacibdir. Təmizləmək çətin olarsa, ya meyyitin hörmətsizliyinə səbəb olarsa paklamaq lazım deyil, meyyiti təmizlənməmiş dəfn edə bilərlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (76) : Əgər qusl əsnasında, ya qusllardan sonra meyyitin bədəni nəcis olsa və ya ondan qan, sidik və bir nəcasət xaric olsa quslları təkrarlamaq lazımdırmı?
Имя: Sahib, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Təkrarlamaq vacib deyil, amma müstəhəbdir təkrarlasınlar.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (77) : Əgər su olsa, amma sidr və kafur olmasa vəzifə nədir?
Имя: Cavad, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bu halda gərək xalis su ilə üç qusl verilsin, birinci quslu sidr suyu niyyətinə, ikinci quslu kafur suyu niyyəti ilə yerinə yetirin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (78) : Meyyit quslu üçün nə qədər su lazımdır?
Имя: Sahib, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Meyyitə verilən üç qusl suyu müstəhəbdir altı tuluq miqdarında olsun, bu miqdar su təkcə vacibat üçün deyil, tamam vacibat və müstəhabbatın istifadəsi üçündür.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (79) : Diri insanın bədənindən bir tikə ayrılmışdır, o meyyit hökmündədirmi?
Имя: Mahir, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bəli, əgər o tikənin sümüyü olsa ehtiyata əsasən qusl verib bir parçaya büksünlər, əgər hənut yerlərindəndirsə hənut edib dəfn etsinlər. Amma əgər sümüyü olmasa qusl lazım deyil, onu bir parçaya büküb dəfn etsinlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (80) : Meyyitin sümükləri bir neçə ildən sonra ələ gəlmişdir, qusl, kəfən və namaz vacibdirmi?
Имя: Malik, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Sümüklərin hamısı ələ gəldiyi üçün meyyitə aid olan bütün hökmləri yerinə yetirmək vacibdir. Yəni üç qusl versinlər, kəfənə büksünlər, hənutdan sonra namaz qılıb dəfn etsinlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP