Sual (61) : Meyyitə təyəmmüm necə verilir? Xahiş edirik açıqlayasınız.
Имя: Elnur, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Meyyitə təyəmmüm vermək istəyən kəs gərək öz əlini yerə vursun və meyyitin üzünə və əllərinin arxasına çəksin. Vacib ehtiyata əsasən əgər mümkündürsə meyyitin öz əli ilə də ona təyəmmüm versinlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (62) : Bir cənazəni cərrahiyyə yolu ilə yarıb, sonra isə tikiblər. Dərinin bir miqdarı tikilən zaman içəridə qalıb, əgər su tamamilə dəriyə çatmırsa nə edilməlidir?
Имя: Elnur, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Sualda fərz olunan halda meyyitə olduğu kimi qusl versinlər və ehtiyat üçün təyəmmüm də etsinlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (63) : Çarəsizlik üzündən ana bətnində 4 aylığından çox olan uşağı doğrayıb çıxartmışlar, vəzifə nədir?
Имя: Cavad, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Sümüyü olmayan doğranmış tikələri o halda bir parçaya büküb dəfn edin, amma sümüyü olan tikələri və onda olan sinə və ürəyi qusl edin, kəfənə büküb dəfn edin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (64) : Bir şəxs suda boğulmuş və bir müddət suda qaldığı üçün şişmişdir. Qusl zamanı nə etmək lazımdır?
Имя: Elnur, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər qusl verməklə bədəni qopub tökülmürsə qusl versinlər, əgər qopub tökülürsə təyəmmüm etsinlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (65) : Bir şəxs yol qəzasında ölmüş, başı dağılıb və bədəni əzilmişdir; onu bir kisəyə qoymuşlar, indi onun quslu necə olmalıdır?
Имя: Cavad, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər ona qusl verən zaman bədən üzvləri ayrılıb düşmürsə, qusl versinlər. Əks halda, əgər əlləri varsa əllərinə təyəmmüm versinlər və yaxud başı, əlləri təyəmmüm və qusla yararsızdırsa qusl və təyəmmüm hər ikisi ondan götürülür. Həmin kisəyə namaz qılıb dəfn etsinlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (66) : Yol qəzası nəticəsində bir şəxsin sinə, baş və qarın nahiyələri təmamilə məhv olmuşdur, vəzifə nədir?
Имя: Elnur, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
İçərsində sümüyü olan hissələrinə qusl verib, bir parçaya büküb dəfn etsinlər və içərsində ürək olan sinə tapılsa qusl və kəfəndən sonra namaz da qılsınlar.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (67) : Hadisə zamanı yaralanmış bir cəsədin qanı nə yapışqan, nə gips nə də başqa vasitələrlə saxlamaq mümkün deyil. Belə cəsədi salafan bir kisəyə salıb kəfənləsək səhihdirmi? Çünki, belə etməsək kəfən qanlı olar.
Имя: Sahib, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Başqa cür mümkün olmayan surətdə bu işi qusl və təyəmmümdən sonra yerinə yetirsinlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (68) : Sürücü avtomobil qəzası nəticəsində vəfat etmişdir. Qusl üçün bədəninin qanı heç yolla dayanmırsa vəzifə nədir?
Имя: Elnur, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
İmkan olan surətdə qan dayanana qədər səbr etsinlər, əgər dayanmasa qan axan yerləri yapışqan, ya başqa şeylərin vasitəsi ilə bağlasınlar, qanaxmanın qarşısını alıb qusl etsinlər. Əgər mümkün olmasa, o halda axar, ya kürr su ilə qusl etsinlər. Sidr və kafur suyunu bir qaba töküb axar su hökmündə olan krant suyunu şlanq vasitəsi ilə o qaba birləşdirsinlər. Sonra meyyitin bədəninə töküb qusl etsinlər. Ya bir miqdar sidr və kafuru kürr suyuna töksünlər, bir şərtlə ki, müzaf suya çevrilməsin və meyyiti onun içərsinə salsınlar və tovziul-məsail risaləsində qeyd olunan tərtibə riayət edib qusl versinlər. Ehtiyat budur ki, qusldan sonra təyəmmüm yerlərini qurudub təyəmmüm də etsinlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (69) : Dörd aylıq uşaq siqt [5275] olmuşdur. Ona qusl və kəfənlə yanaşı hünut da lazımdırmı?
Имя: Sahib, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bəli, hünut da lazımdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (70) : Hadisə zamanı bir şəxs vəfat etmişdir, əgər qusl vermək istəsələr bütün bədəni parçalanar; bütün təyəmmüm üzvləri də aradan getmişdir. Vəzifəmiz nədir?
Имя: Malik, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Suala əsasən qusl və təyəmmüm lazım deyil. Ehtiyat budur ki, cənazəni bir salafana büksünlər və onun üzərindən meyyitə aid olan üç quslu versinlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP