Sual (51) : Ağzında süni dişləri olan bir şəxs vəfat edərsə, onun dişlərini ağzından çıxartsınlar, ya o halda qusl verib dəfn etsinlər.
Имя: Yaqub, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Meyyitə əziyyət olmayan surətdə süni dişləri çıxarda bilərlər, amma əgər yarma və hörmətsizlik olarsa o halda qusl etsinlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (52) : Bir şəxsin cərrahiyyə yolu ilə ayağına qızıldan olan bir mil salırlar, ölümdən sonra həmin mili onun ayağından çıxartmaq olarmı? Qızıl qapaq, ya qızıl diş olan surətdə hökm necədir?
Имя: Zamin, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər qızıl mili ayağı yarmadan çıxartmaq mümkün olmasa, onu çıxartmaq caiz deyildir. Qızıl dişin hökmü də belədir. Əgər süni dişlər olarsa və rahatlıqla meyyitin ağzından çıxarılarsa maneəsi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (53) : Başın qabaq tərəfində çox tük olarsa, onların üstünə məsh etmək düzgündürmü?
Имя: Vusal, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Deyilən halda başın qabaq hissəsinin tüklərini aralayıb onların dibini məsh edin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (54) : Vəzifəsi təyəmmüm olan bir şəxsin əllərinin bəzi yerlərində sarğı mövcuddur. Dəstəmazda cəbirənin hökmləri vardırmı?
Имя: Zamin, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bəli, verilən suala əsasən sarğılı təyəmmüm etsin. Sarğılı təyəmmümlə, sarğılı qusl arasında heç bir fərq yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (55) : Küçələrin birinin ortasında 4 qəbir tapılmışdır. Bu qəbirlər oradan çəkilən yolun davam etdirilməsinə maneçilik törədir. Digər tərəfdən də qəbirləri açmağın şəri nöqteyi-nəzərdən işkalı var. Ümidvarıq ki, bu barədə bizə, boynumuzda olan vacib işi yerinə yetirmək üçün yol göstərəsiniz, təki bələdiyyə idarəsi şəriətlə müxalif olan bir əmələ mürtəkib olmasın.
Имя: Sabit, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Küçənin düzəldilməsi qəbirlərin qazılmasına, açılmasına bağlı olmazsa, həmçinin qəbirlərin üstündən küçə salmaq mümkün olsa, yaxud küçənin qəbirlər olan yerdən salınması zəruri olsa, bu hallarda eybi yoxdur, amma (deyilən şərtlər) olmazsa, bu halda yolun qəbirlərin üstündən salınması caiz deyildir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (56) : Qardaşlardan biri deyir ki, qüsldan əvvəl bədəni nəcasətdən paklamaq lazımdır və qüsl əsnasında paklamaq (məninin paklanması kimi) qüslu batil edir. Onun dediyini düz hesab etsək, keçmişdəki namazlarım batildirmi və qəzasını yerinə yetirmək vacibdirmi? Halbuki, bu məsələni bilmirdim.
Имя: Azad, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bədəni paklamaq üçün olan yuyunmağın cənabət üçün olan qüsldan ayrılması vacibdir. Lakin qüsla başlamazdan əvvəl bədənin hər yerini paklamaq vacib deyildir. Hər bir üzvə qüsl verdikdə qüsl vaxtı pak olması kifayətdir. Buna əsasən, bir üzv ona qüsl etməzdən əvvəl pak olsa, qüsl və onunla qılınan namaz düzdür. Amma, əgər bir üzv qüsl ediləndən əvvəl paklanmazsa, qüsl də, onunla qılınan namaz da batildir, qəzasını qılmaq da vacibdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (57) : Əgər meyyitə namaz cəmiyyətlə qılınsa imamın arxasında duranların iqtida etmələri lazımdırmı? İmam-camaatda ədalət şərtdirmi?
Имя: Mahir, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bəli, meyyit namazının da gündəlik yovmiyyə namazları kimi camaatla qılınması müstəhəbbdir. Burada iqtida etmək camaat namazı niyyəti ilə namaza daxil olmaqdır. Lakin namazı camaatla qılan bir kəs gərək onun təkbir və dualarını oxusun. Əlbəttə müstəhəbbdir ki, imam-camaat təkbir və duaları ucadan, onunla namaz qılanlar isə ahəstə oxusunlar. Aydındır ki, İmam-camaat meyyit namazı qılanda camaat namazında deyilən İmam-camaat şərtlərinə malik olmalıdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (58) : Günahkar və namaz qılmayan bir şəxs dünyadan getmişdir, onun cənazə namazında dördüncü təkbirdən sonra: «Əllahummə inna la nələmu minhu illa xəyra.» duası oxunsa namaz səhih və caizdirmi? Ya gərək başqa dua oxunsun?
Имя: Cavad, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bu cümləni deməyin heç bir maneəsi yoxdur və səhihdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (59) : Əgər meyyit həddi-büluğ olmasa, İmam Xomeyni (r) buyurmuşdur ki, dördüncü təkbirdən sonra bu dua oxunsun: «Əllahummə inna la nələmu minhu illa xəyra.» Sizin də nəzəriniz belədirmi?
Имя: Cavad, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Sualın cavabı budur ki, təkbirdən sonra (Sualın mətnində) qeyd olunan duanı oxuyun və sonra beşinci təkbiri deyib namazı tamamlayın.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (60) : Əgər meyyitə namaz qılınan zaman başqa bir cənazə gətirilsə, ikinci meyyiti birinci meyyitin qalan təkbirlərinə qoşmaq caizdirmi?
Имя: Cavad, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bəli caizdir, amma gərək hər biri üçün məxsus olan dualar oxunsun. Birinci meyyitin namazı tamam olandan sonra ikinci meyyitə aid olan qalan təkbirləri və duaları desinlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP