Sual (41) : Bədəni yara olan meyyitin qanı kəsilmirsə cəbirə quslu edilməlidir, ya təyəmmüm?
Имя: Xalid, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Meyyit qusluna cəbirə qeyd olunmamışdır, əslində mənası da yoxdur. Verilən suala əsasən gərək qan kəsilənə qədər səbr etsinlər və əgər quslu gecikdirmək meyyitə hörmətsizlik gətirərsə, mümkün olan hər vasitə ilə qanı saxlasınlar və qusl versinlər, yaxud da boruya və kür suyuna bitişik olan sidr və kafur suyu ilə qusl versinlər. Əgər mümkün olmasa təyəmmüm etsinlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (42) : Bir meyyitin cəsədi bir neçə gündən sonra tapılmışdır. Çox üfunətli olduğu üçün qusl verən şəxs əziyyət çəkər, ikincisi də bədənin parçalanıb dağılması mümkündür. İndi vəzifə nədir?
Имя: Cabir, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
İmkan olan surətdə üfunət və iydən qorunmaq üçün bir şeydən istifadə edib meyyiti paklasınlar. Sidr, kafur və xalis suyu əl sürtmədən meyyitin bədəninə töksələr meyyit parçalanmaz. Gərək bu yolla meyyitə qusl versinlər, əks halda ona təyəmmüm edib dəfn etsinlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (43) : Bir şəxs vəfat etmişdir, qusl üçün su tapılmırsa vəzifə nədir?
Имя: Nurlan, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər su tapılana qədər quslu gecikdirmək, yaxud su olan yerə meyyiti aparıb çatdırmaq meyyitə ehtiramsızlıq gətirərsə, ya iylənərsə gərək təyəmmümlə dəfn etsinlər. Vacib ehtiyata əsasən hər quslun əvəzinə ayrıca təyəmmüm versinlər və bir təyəmmüm də bütün quslların niyyəti ilə verilsin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (44) : Meyyitə təyəmmüm verilməlidir, amma təyəmmüm yerləri nəcis və qana bulaşmışdır. Paklamaq mümkün olmasa, ya da qanın qarşısını ala bilmirlərsə vəzifə nədir?
Имя: Mahir, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər mümkündürsə qanı təmizləsinlər, əks halda üzərinə parça, ya salafan çəksinlər və onun üzərinə təyəmmüm versinlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (45) : Hadisə zamanı bir şəxs vəfat etmişdir, əgər qusl vermək istəsələr bütün bədəni parçalanar; bütün təyəmmüm üzvləri də aradan getmişdir. Vəzifəmiz nədir?
Имя: Murad, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Suala əsasən qusl və təyəmmüm lazım deyil. Ehtiyat budur ki, cənazəni bir salafana büksünlər və onun üzərindən meyyitə aid olan üç quslu versinlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (46) : Dörd aylıq uşaq siqt olmuşdur. Ona qusl və kəfənlə yanaşı hünut da lazımdırmı?
Имя: Kamal, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bəli, hünut da lazımdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (47) : Namaz və oruc əhli olmayan bir şəxs namaz və orucu inkar da etmirsə, müsəlmanlara aid olan meyyitin hökmləri ona da aiddirmi?
Имя: Cemil, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bəli, bütün hökmlər aiddir, hətta meyyit fasiq olsa da belə.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (48) : Boynunda məss-meyyit quslu olan bir şəxs ikinci bir meyyitə qusl verə bilərmi? Meyyid quslunda nə üçün sidr və kafur istifadə olunur?
Имя: Yaqub, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bəli, boynunda məss-meyyit quslu olan bir şəxs başqa meyyitə qusl verə bilər. Sidr və kafurun istifadə olunmasının xüsusi bir təmizliyi vardır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (49) : Körpə uşaqları olan bir şəxs vəsiyyətsiz vəfat etmişdir. Amma özü üçün vacibi miqdarından artıq kəfən hazırlamışdır. Vəsiyyət etmədiyi və körpə uşaqları olduqları üçün kəfənin vacib hissələrini istifadə edib müstəhəbbi hissələrini saxlamaq olarmı? Yoxsa müstəhəbbi hissələri də gərək ona geyindirsinlər?
Имя: Vasif, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Kəfən vəsiyyətə əsasən təyin olunur və əgər malının üçdə birindən çox olmasa müstəhəbbi hissələri ayırmasınlar.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (50) : Hamilə qadının özü və bətnindəki uşağı ölmüşdür. Uşağı çölə çıxardıb ayrı qusl vermək lazımdırmı?
Имя: Gulaga, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Gərək ananı o halda qusl edib kəfənə büksünlər. Hamilə olmayan qadınlar kimi dəfn etsinlər və uşağı çölə çıxarmaq düzgün deyildir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP