Sual (31) : Əgər meyyitə namaz qılınan zaman başqa bir cənazə gətirilsə, ikinci meyyiti birinci meyyitin qalan təkbirlərinə qoşmaq caizdirmi?
Имя: Davud, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bəli caizdir, amma gərək hər biri üçün məxsus olan dualar oxunsun. Birinci meyyitin namazı tamam olandan sonra ikinci meyyitə aid olan qalan təkbirləri və duaları desinlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (32) : Əgər meyyit həddi-büluğ olmasa, İmam Xomeyni (r) buyurmuşdur ki, dördüncü təkbirdən sonra bu dua oxunsun: «Əllahummə inna la nələmu minhu illa xəyra.» Sizin də nəzəriniz belədirmi?
Имя: Zamin, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Sualın cavabı budur ki, təkbirdən sonra (Sualın mətnində) qeyd olunan duanı oxuyun və sonra beşinci təkbiri deyib namazı tamamlayın.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (33) : Günahkar və namaz qılmayan bir şəxs dünyadan getmişdir, onun cənazə namazında dördüncü təkbirdən sonra: «Əllahummə inna la nələmu minhu illa xəyra.» duası oxunsa namaz səhih və caizdirmi? Ya gərək başqa dua oxunsun?
Имя: Dilaver, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bu cümləni deməyin heç bir maneəsi yoxdur və səhihdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (34) : Əgər meyyitə namaz cəmiyyətlə qılınsa imamın arxasında duranların iqtida etmələri lazımdırmı? İmam-camaatda ədalət şərtdirmi?
Имя: Seymur, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bəli, meyyit namazının da gündəlik yovmiyyə namazları kimi camaatla qılınması müstəhəbbdir. Burada iqtida etmək camaat namazı niyyəti ilə namaza daxil olmaqdır. Lakin namazı camaatla qılan bir kəs gərək onun təkbir və dualarını oxusun. Əlbəttə müstəhəbbdir ki, imam-camaat təkbir və duaları ucadan, onunla namaz qılanlar isə ahəstə oxusunlar. Aydındır ki, İmam-camaat meyyit namazı qılanda camaat namazında deyilən İmam-camaat şərtlərinə malik olmalıdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (35) : Meyyitin sümükləri bir neçə ildən sonra ələ gəlmişdir, qusl, kəfən və namaz vacibdirmi?
Имя: İsmail, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Sümüklərin hamısı ələ gəldiyi üçün meyyitə aid olan bütün hökmləri yerinə yetirmək vacibdir. Yəni üç qusl versinlər, kəfənə büksünlər, hənutdan sonra namaz qılıb dəfn etsinlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (36) : Diri insanın bədənindən bir tikə ayrılmışdır, o meyyit hökmündədirmi?
Имя: elmir, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bəli, əgər o tikənin sümüyü olsa ehtiyata əsasən qusl verib bir parçaya büksünlər, əgər hənut yerlərindəndirsə hənut edib dəfn etsinlər. Amma əgər sümüyü olmasa qusl lazım deyil, onu bir parçaya büküb dəfn etsinlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (37) : Meyyit quslu üçün nə qədər su lazımdır?
Имя: Davud, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Meyyitə verilən üç qusl suyu müstəhəbdir altı tuluq miqdarında olsun, bu miqdar su təkcə vacibat üçün deyil, tamam vacibat və müstəhabbatın istifadəsi üçündür.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (38) : Əgər su olsa, amma sidr və kafur olmasa vəzifə nədir?
Имя: Dadas, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bu halda gərək xalis su ilə üç qusl verilsin, birinci quslu sidr suyu niyyətinə, ikinci quslu kafur suyu niyyəti ilə yerinə yetirin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (39) : Əgər qusl əsnasında, ya qusllardan sonra meyyitin bədəni nəcis olsa və ya ondan qan, sidik və bir nəcasət xaric olsa quslları təkrarlamaq lazımdırmı?
Имя: Terlan, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Təkrarlamaq vacib deyil, amma müstəhəbdir təkrarlasınlar.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (40) : Əgər qusllardan sonra və dəfndən əvvəl meyyitin bədəni onun öz nəcasəti (qan, sidik və s. kimi) vasitəsi ilə murdarlansa nə etmək lazımdır?
Имя: Royal, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Nəcasəti aradan aparıb bədəni paklamaq vacibdir. Təmizləmək çətin olarsa, ya meyyitin hörmətsizliyinə səbəb olarsa paklamaq lazım deyil, meyyiti təmizlənməmiş dəfn edə bilərlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP