Sual (251) :
Hamilə qadının özü və bətnindəki uşağı ölmüşdür. Uşağı çölə çıxardıb ayrı qusl vermək lazımdırmı?
Имя: Sabir, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil

Bismillahir-rəhmanır-rəhim
Gərək
ananı o halda qusl edib kəfənə büksünlər. Hamilə olmayan qadınlar kimi dəfn
etsinlər və uşağı çölə çıxarmaq düzgün deyildir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (252) :
Körpə uşaqları olan bir şəxs vəsiyyətsiz vəfat etmişdir. Amma özü üçün vacibi miqdarından artıq kəfən hazırlamışdır. Vəsiyyət etmədiyi və körpə uşaqları olduqları üçün kəfənin vacib hissələrini istifadə edib müstəhəbbi hissələrini saxlamaq olarmı? Yoxsa müstəhəbbi hissələri də gərək ona geyindirsinlər?
Имя: Kerbelayi Anar, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Имя: Kerbelayi Anar, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Kəfən
vəsiyyətə əsasən təyin olunur və əgər malının üçdə birindən çox olmasa
müstəhəbbi hissələri ayırmasınlar.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (253) :
Boynunda məss-meyyit quslu olan bir şəxs ikinci bir meyyitə qusl verə bilərmi? Meyyid quslunda nə üçün sidr və kafur istifadə olunur?
Имя: Kerbelayi Anar, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Имя: Kerbelayi Anar, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bəli,
boynunda məss-meyyit quslu olan bir şəxs başqa meyyitə qusl verə bilər. Sidr və
kafurun istifadə olunmasının xüsusi bir təmizliyi vardır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (254) :
Namaz və oruc əhli olmayan bir şəxs namaz və orucu inkar da etmirsə, müsəlmanlara aid olan meyyitin hökmləri ona da aiddirmi?
Имя: Sabir, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Имя: Sabir, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bəli,
bütün hökmlər aiddir, hətta meyyit fasiq olsa da belə.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (255) :
Məssi-meyyit edən bir şəxsin namaz üçün dəstəmaz da alması lazımdırmı?
Имя: Vusal, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Имя: Vusal, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Dəstəmaz
lazım deyil, ehtiyat yaxşıdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (256) :
Üzrlü səbəbdən qusl yerinə meyyitə təyəmmüm etmişlər, təyəmmümdən sonra əl vurmaq məssi-meyyit qusluna səbəb olurmu? Meyyitin bədəni təyəmmümlə pak olur, ya xeyir?
Имя: Sabir, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Имя: Sabir, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Ona
toxunmaq ən güclü rəyə əsasən məss-meyyit qusluna səbəb olmaz. Amma ehtiyat
yaxşıdır. Ən güclü rəyə əsasən meyyitin bədəni təyəmmümlə pak olmur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (257) :
Bir şəxs meyyitə təyəmmüm vermişdir, məss-meyyit quslu ona vacibdirmi?
Имя: Sabir, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Имя: Sabir, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bəli,
ona məss-meyyit quslu vacibdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (258) :
Meyyitə qusl verən şəxs əlcəkdən istifadə etsə və əli meyyitin bədəninə toxunmasa məssi-meyyit quslü vacib olarmı?
Имя: Camal, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Имя: Camal, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Verilən suala əsasən qusl vacib deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (259) :
Əgər kafirin cənazəsinə meyyit quslu verdikdən sonra ona əl vursalar məss-meyyit quslu vacib olurmu?
Имя: Vusal, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Имя: Vusal, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Qeyri
müsəlmana qusl vermək, istər mürtəd olsun, şəri cəhətdən düzgün deyildir. Əgər
qusl versələr də belə o qusl hesablanmır, ona toxunmaq məss-meyyit quslunun
vacib olmasına səbəb olar.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (260) :
Bir şəxsin qarnından sümüyü olmayan əzalardan bəzisini çıxardıblar. Sümüksüz əzaya toxunmaq məssi-meyyit qusluna səbəb olarmı, təharət və nəcasət baxımından onun hökmü nədir?
Имя: Sabir, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Имя: Sabir, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Verilən
suala əsasən məss-meyyit qusluna səbəb olmaz, amma nəcisdir.