Sual (231) :
Bir şəxs vəfat etmişdir, qusl üçün su tapılmırsa vəzifə nədir?
Имя: Vusal, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil

Bismillahir-rəhmanır-rəhim
Əgər
su tapılana qədər quslu gecikdirmək, yaxud su olan yerə meyyiti aparıb
çatdırmaq meyyitə ehtiramsızlıq gətirərsə, ya iylənərsə gərək təyəmmümlə dəfn
etsinlər. Vacib ehtiyata əsasən hər quslun əvəzinə ayrıca təyəmmüm versinlər və
bir təyəmmüm də bütün quslların niyyəti ilə verilsin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (232) :
Bir meyyitin cəsədi bir neçə gündən sonra tapılmışdır. Çox üfunətli olduğu üçün qusl verən şəxs əziyyət çəkər, ikincisi də bədənin parçalanıb dağılması mümkündür. İndi vəzifə nədir?
Имя: Elman, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Имя: Elman, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
İmkan olan surətdə üfunət və iydən qorunmaq üçün bir şeydən istifadə edib meyyiti paklasınlar. Sidr, kafur və xalis suyu əl sürtmədən meyyitin bədəninə töksələr meyyit parçalanmaz. Gərək bu yolla meyyitə qusl versinlər, əks halda ona təyəmmüm edib dəfn etsinlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (233) :
Bədəni yara olan meyyitin qanı kəsilmirsə cəbirə quslu edilməlidir, ya təyəmmüm?
Имя: Vusal, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Имя: Vusal, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Meyyit
qusluna cəbirə qeyd olunmamışdır, əslində mənası da yoxdur. Verilən suala əsasən
gərək qan kəsilənə qədər səbr etsinlər və əgər quslu gecikdirmək meyyitə
hörmətsizlik gətirərsə, mümkün olan hər vasitə ilə qanı saxlasınlar və qusl
versinlər, yaxud da boruya və kür suyuna bitişik olan sidr və kafur suyu ilə
qusl versinlər. Əgər mümkün olmasa təyəmmüm etsinlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (234) :
Əgər qusllardan sonra və dəfndən əvvəl meyyitin bədəni onun öz nəcasəti (qan, sidik və s. kimi) vasitəsi ilə murdarlansa nə etmək lazımdır?
Имя: Sabir, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Имя: Sabir, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Nəcasəti
aradan aparıb bədəni paklamaq vacibdir. Təmizləmək çətin olarsa, ya meyyitin
hörmətsizliyinə səbəb olarsa paklamaq lazım deyil, meyyiti təmizlənməmiş dəfn
edə bilərlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (235) :
Əgər qusl əsnasında, ya qusllardan sonra meyyitin bədəni nəcis olsa və ya ondan qan, sidik və bir nəcasət xaric olsa quslları təkrarlamaq lazımdırmı?
Имя: Elman, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Имя: Elman, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Təkrarlamaq
vacib deyil, amma müstəhəbdir təkrarlasınlar.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (236) :
Əgər su olsa, amma sidr və kafur olmasa vəzifə nədir?
Имя: Kerbelayi Anar, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Имя: Kerbelayi Anar, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bu halda gərək xalis su ilə üç qusl verilsin, birinci quslu sidr suyu niyyətinə, ikinci quslu kafur suyu niyyəti ilə yerinə yetirin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (237) :
Meyyit quslu üçün nə qədər su lazımdır?
Имя: Vusal, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Имя: Vusal, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Meyyitə
verilən üç qusl suyu müstəhəbdir altı tuluq miqdarında olsun, bu miqdar su
təkcə vacibat üçün deyil, tamam vacibat və müstəhabbatın istifadəsi üçündür.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (238) :
Diri insanın bədənindən bir tikə ayrılmışdır, o meyyit hökmündədirmi?
Имя: Vusal, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Имя: Vusal, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bəli,
əgər o tikənin sümüyü olsa ehtiyata əsasən qusl verib bir parçaya büksünlər,
əgər hənut yerlərindəndirsə hənut edib dəfn etsinlər. Amma əgər sümüyü olmasa
qusl lazım deyil, onu bir parçaya büküb dəfn etsinlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (239) :
Meyyitin sümükləri bir neçə ildən sonra ələ gəlmişdir, qusl, kəfən və namaz vacibdirmi?
Имя: Camal, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Имя: Camal, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Sümüklərin
hamısı ələ gəldiyi üçün meyyitə aid olan bütün hökmləri yerinə yetirmək
vacibdir. Yəni üç qusl versinlər, kəfənə büksünlər, hənutdan sonra namaz qılıb
dəfn etsinlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (240) :
Tövbə edəndən sonra ölən mürtədin hökmü necədir?
Имя: Sabir, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Имя: Sabir, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Mürtəd tövbə vasitəsi ilə müsəlman hökmünü tapır, onun quslu vacibdir.