Sual (201) :
Zərbə və təcavüz nəticəsində dünyadan gedən bir şəxs dəfn olunmuşdur. Cənazənin ölüm səbəbini müayinə etmək üçün qəbri açmaq caizdirmi?
Имя: Vusal, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil

Bismillahir-rəhmanır-rəhim
Bir
halda ki, haqqı sübut etmək qəbrin açılmasına bağlıdır, eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (202) :
İllərcə bundan qabaq dəfn olunan bir şəxsin qəbrində meyyit dəfn etmək (ehtimal budur ki, birinci meyyit aradan getmiş, təkcə sümükləri qalmışdır) düzgündür, ya yox?
Имя: Kerbelayi Anar, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Имя: Kerbelayi Anar, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Başqa
şəxsin qəbrində meyyit dəfn etmək qəbrin açılmasına, cəsədin görsənməsinə və
ehtiramsızlığa səbəb olan surətdə caiz deyil. Qəbir sahibinin sümüklərinin
çürüyüb torpağa qarışmasına yəqinlik hasil olmasa onun qəbrini açmaq caiz
deyildir. Əgər qanunsuz yolla açılıbsa, şəriət baxımından başqa bir meyyiti
orada dəfn etməyin eybi yoxdur, lakin xoşagəlməz bir haldır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (203) :
Böyük şəxsiyyətlərdən birinin qəbri qeyri-münasib yerdə qərar tutub, yol üstündədir. Onun qəbrinin ətrafını boşaldıb qəbri açmadan müasir avadanlıqlarla qəbri münasib yerə köçürmək caizdirmi?
Имя: Kerbelayi Anar, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Имя: Kerbelayi Anar, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Verilən suala əsasən qəbir açılmırsa maneəsi yoxdur. O yerdə qəbrin qalması meyyitə hörmətsizlik gətirərsə, qeyd olunan iş üstün və bəzi hallarda lazımdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (204) :
Əgər on nəfəri bir qəbirdə dəfn etsələr və dəfndən sonra onlardan birinin quslsuz dəfn olunduğu məlum olsa təklif nədir?
Имя: Kerbelayi Anar, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Имя: Kerbelayi Anar, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Qeyd
olunan halda qəbri açmaq hörmətsizlik gətirər, heç bir vəzifəniz yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (205) :
Qədim qəbristanlıqda köhnə qəbirdə sümüklərin çürüyüb torpağa qarışdığını güman edərək qəbri qazıblar. Təsadüfən əvvəlki sümüklərin çürümədiyinin şahidi olublar, vəzifə nədir? Açılan qəbirdə hazırkı cənazəni dəfn etmək caizdirmi? Əlbəttə qəbristan ümumi və qədimdir, qəbir sahibi də naməlumdur.
Имя: Sabir, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Имя: Sabir, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Birincisi
cənazə və sümüklərin çürüyüb torpağa qarışmağına yəqinlik hasil olmayınca qəbri
açmaq düzgün deyil. Amma bir halda ki, belə bir hadisə baş verib, verilən suala
əsasən gərək əvvəlki meyyitin sümüklərini dəfn etsinlər və hazırkı cənazəni də
həmin qəbirdə dəfn etməyin heç bir maneəsi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (206) :
Əgər müsəlman qeyri-müsəlman qəbristan-lığında dəfn olunsa qəbri açmaq və cənazənin yerini dəyişmək caizdirmi?
Имя: Vusal, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Имя: Vusal, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Hörmətsizlik
sayılsa qəbri açmaq və cənazəni münasib yerə dəyişmək vacibdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (207) :
İcra başçısı qədim qəbristanlığı yol çəkmək səbəbi ilə xarab edir və torpağını da götürür. Onun bir hissəsində neçə il əvvəl meyyit dəfn edilib; qəbri açıb meyyitin sümüklərini başqa bir yerdə basdırmaq caizdirmi?
Имя: Kerbelayi Anar, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Имя: Kerbelayi Anar, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Qəbri
açmaq və xarab etmək caiz deyildir, amma hörmətsizliyə və xarabalığa məruz
qalsa maneəsi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (208) :
Bir şəxsi müsəlman qəbristanlığında dəfn ediblər, sonradan müsəlman olmadığı məlum olub (bəhai, ya kafir). Qəbri açıb onu müsəlman qəbristanlığından xaric etmək lazımdırmı?
Имя: Camal, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Имя: Camal, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Onun
qəbrini açmaq camaata əziyyət olmazsa və müsəlmanlara çətinlik yaratmazsa qəbri
açıb onun cəsədini başqa yerdə dəfn etsinlər. Əgər onun müsəlman
qəbristanlığında olması müsəlmanlara hörmətsizlik gətirərsə qəbri açıb, cəsədi
başqa yerdə dəfn etmək vacibdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (209) :
Dəfndən sonra məlum olmuşdur ki, meyyiti hənutsuz dəfn ediblər, qəbri açıb hənut vurmaq lazımdırmı?
Имя: Sabir, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Имя: Sabir, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Qəbri
açmaqda çətinlik yaranmazsa, qəbri açsınlar və qəbrin içində meyyitə hənut
vursunlar və cənazəni çölə çıxartmaq lazım deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (210) :
Qusldan əvvəl kafur su nəcis olub, cənazəni həmin nəcisli kafur su ilə qusl verib və dəfndən sonra başa düşüblərsə, vəzifə nədir?
Имя: Sabir, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Имя: Sabir, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Verilən
suala əsasən, meyyitin bədəni iylənməyibsə qəbri açmaq və quslları təkrarlamaq
çətinliyə səbəb olmazsa vacibdir ki, qəbri açsınlar, kafur və xalis su ilə
quslu təkrarlasınlar, kəfəni paklasınlar, ya dəyişdirsinlər, təkrar hənut və
namazdan sonra dəfn etsinlər. Amma əgər meyyitə hörmətsizlik olarsa, ya
iylənmişdirsə heç bir vəzifəsi yoxdur.