Sual (221) : Əgər bir kişi öz arvadına, (başqa bir kişi ilə) qeyri-qanuni əlaqədə olması barədə böhtan atarsa və öz iddiasını ədalətli və səlahiyyətli məhkəmədə sübuta yetirə bilməzsə: 1) Öz arvadı ilə yenidən həyatına davam etmək bu kişiyə caizdirmi? 2) Qadının öz əri ilə yaşamağına davam etməsi, şəri baxımdan vacibdirmi? 3) Belə bir şəraitdə qadın ona talaq verilməsini tələb edə və mehriyə, cehiz və digər əmlakı daxil olmaqla öz haqq-hüququna çata bilərmi?
Имя: Elnur, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
1) Əgər bu əlaqəni gördüyünü iddia etməsə, heç bir təntənə olmadan onunla həyatına davam edə bilər. Lakin ona atdığı bu böhtana görə qadın, şəriət hakimindən həddi-qəzf (yersiz iddiaya görə cəza) icra etməsini istəyə bilər (onun həddi, yəni cəzası 80 şallaqdır). Yaxud da onu bağışlaya bilər.
2) Bəli, əri ilə yaşamağına davam etməsi lazımdır.
3) Əgər əri talaq verməyə razı olsa, eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (222) : Sehr və caduya bir başa ya vasitə ilə (film) baxmaq və onun barəsində kitab oxumaq haramdırmı?
Имя: ZAHİD, Страна: azerbaycan, Муджтахид: Ayətullah Xamenei

Bismillahir-rəhmanır-rəhim

İslam nəzərindən sehrlə pul qazanmaq, onu öyrətmək, öyrənmək və yerinə yetirmək qadağan, haram və böyük günahlardandır. Bəzi rəvayətlərdə sehri öyrənmək və öyrətməyi küfrə səbəb biliblər.

Sehr çox vaxt camaatı düz yoldan çıxarmağa, həqiqətləri təhrif etməyə və sadə düşüncəli insanların əqidələrini zəiflətməyə səbəb olur. Əlbəttə bu hökmün, Allahın digər hökümləri kimi, istisna yerləri var. o cümlədən, sehri batil etmək üçün ya sehrdən zərər çəkən insanlardan onun təsirlərini aparmaq və ya yalandan Peyğəmbərlik iddiasında olanların iddiasını batil etmək üçün sehri öyrənmək.

Kitab və jurnalları oxumaq və sehrbazların işlərinə baxmaq ya televizor və kino kulublarda sehrbazların işinə tamaşa etmək, əgər öyrənmək üçün olmasa və yalnız əylənmək üçün olarsa, iradı yoxdur. Amma digər məsələlər ona şamil olmamalıdır. Məsələn film ya kitab elə formadadır ki, insanda mənfi təsirlər qoysun və onun yolunu azmasına səbəb olsun. Yaxud insanı düz yoldan çıxaran kitab və filmi (münhərif edən kitabları saxlamaq) saxlamaq hökmü ona şamil olsun və ya sehrin yayılmasına səbəb olsun ki, bu cəhətlərdən iradı var və haramdır.

http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq


Sual (223) : Məsləhət üzündən yalan danışmağın hökmü nədir?
Имя: hesen, Страна: AZERBAYCAN, Муджтахид: Ayətullah Safi
Bismillahir-rəhmanır-rəhim
Hazırda ictimaiyyətdə yayılan məsləhət üzündən yalan danışmaq həqiqətdə mənfəət üzündən yalan danışmaqdır. İslamda yalan danışmağın icazəli yerləri müəyyəndir. O cümlədən ortada iki müsəlman arasında olan ixtilafların həlli və ya möminin canını qorumaq kimi əhəmiyyətli məsləhətin olması surətində yalan danışmağa icazə verilir.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (224) : Salam aleykum. Allah sizdən razı olsun. Məni bu günkü və adi bir gənc kimi bu suallar maraqlandırır: 1. Bu gün ki gündə bəzi cavanların məad və dini məsələlərdən qəflətinin mühüm səbəbləri nədir? 2. Bu qəflətin qarşısını almağın yolu nədir? Xahiiş edirəm ki suallarıma tutarl cavab buyursunlar
Имя: hesen, Страна: azerbaycan, Муджтахид: Ayətullah Safi

Bismillahir-rəhmanır-rəhim
İnsan təbiətən qəflətdə və şəhvətə və nəfsani istəklərə meyillidir. Yalnız həzrət Peyğəmbər (s) və imamlardam (ə) bizə çatmış dini tərbiyə sayəsində əməl etməklə öz nəfsi istəklərimizi cilovlaya bilərik. Allah Taala "Əsr" surəsində buyurur:
(And olsun əsrə ki, İnsan (ömrünü bihudə işlərə sərf etməklə, dünyanı axirətdən üstün tutmaqla) ziyan içindədir. Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa!)

Bu günkü gündə də qəflətin şəraiti şəraitin ziddinə olan səhnələrin çirkin və ehtiraslı filimlərinin peyk radio-televiziya, hətta bəzi kitab qəzet və jurnal vasitəsi ilə yayımlanması çoxalıbdır və çamaatın bunlardan istifadə etməsi adilləşibdir. Habelə xaric ilə gediş-gəlişin çoxalması və qadın-kişinin qarışması və bundan başqaları qəflət üçün çox şərait yaradır.

2. Qəflətin qarşısını almağın yolu qeyd olunan səhnələrə baxmaqdan qorunmaq, çirkin şəxslərlə oturub-durmamaq, məclislərin çoxuna getməmək, vacibatı yerinə yetirmək və haramlardan çəkinmək, imamlarən (ə) həyat tərzlərini mütaliə etmək, insanın həmişə Allahın hüzurunda olmasına diqqət etmək, yaxşı və pis əməllərin cəzasına nisbət Allahın verdiyi vədələrin doğru olmasına yəqin etməklə qəflətin qarşısını almaq olar.
Əlbəttə bunlara riayət etmək çətin ola bilər, lakin,qeyd olunanların pis nəticəsinə diqqət edərkən asan və Allaha bəndəlik ləzzətli olur.

Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (225) : Böyük günahlar hansılardır?
Имя: Elnur, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanir-rəhim
Əzab vəd olunmuş günahlar. Onlar çoxdur və bir qismini nəzərdən keçirək: 1. Allahın rəhmətindən ümidi üzmək; 2. Özünü Allahın cəzasından amanda bilmək; 3. Allahın, Peyğəmbərin (s), məsum imamların adından yalan demək; 4. Nahaqdan kimsəni qətlə yetirmək; 5. Ata-ananı incitmək; 6. Yetimin malını zorla yemək; 7. Sehr və cadu; 8. Zina; 9. Livat; 10. Oğurluq; 11. Yalandan and; 12. Yalandan şahid durmaq; 13. Əhdi sındırmaq; 14. Vəsiyyətə əməl etməmək və s.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

Sual (226) : Bəzi şəxslər xaricdə (zahirdə) “Cameud-dəəvat”dan fala baxmaqla, bürclər vasitəsilə gələcəkdən, keçmişdən və müraciət edənlərin xəstəliklərindən xəbər verir və belə deyirlər: “Sənin filan problemlərin var və ya olacaq, filan qədər verməlisən ki, təsirli bir dua yazım”. Onlar qızlar və oğlanlar arasında, ər-arvad arasında məhəbbət duası, dəlilər üçün, cin toxunan insanlar üçün dua yazaraq, külli miqdarda pul alırlar və bundan əlavə, cümə və camaat namazlarında da iştirak edirlər. Buyurun ki, bu işlərin müqabilində pul almağın hökmü nədir?
Имя: nusret, Страна: , Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Belə işlərin müqabilində pul almaq icazəli deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (227) : Bir qadın öz etirafına görə neçə illər mütəmadi şəkildə əxlaqsız işlərə (fahişəliyə) məşğul olmuş və bu yolla məişətini təmin etmişdir. O, bu qanunsuz və haram qazancla ev-eşik əldə etmişdir. İndi tövbə etmək istəyir. Onun ev və digər avadanlıqdan ibarət əmlakının hökmü nədir?
Имя: M, Страна: azerbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Sahiblərini tanıyırsa onları sahiblərinə qaytarmalıdır. Tanımırsa məchulul-malik hökmündədir və onun özünün buna kiçik ehtiyacı varsa, şəriət hakimi onun tövbə etdiyini nəzərə alaraq bu əmlakı “rəddi-məzalim” ünvanı ilə ona verə bilər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (228) : Keçmişdə qeybətini etdiyimiz şəxsləri tapa bilmədikdə nə etməliyik?
Имя: m, Страна: azerbaycan, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Sizin vəzifəniz tövbə etməkdir və başqa bir vəzifəniz yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (229) : İslam və başqa ilahi dinlərdə intiharın hökmünü bilmək istəyirik.
Имя: tarix, Страна: azerbaycan, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Haramdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (230) : Böyük günahlardan hesab olunan "hicrətdən sonra təərrüb"ün manası nədir?
Имя: hesen, Страна: azerbaycan, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Bəzi fəqihlər buyururlar ki, indiki zamanda bu cümlənin mənası, insanın din və imanının azalacağı bir yerdə yaşamasıdır. Məqsəd budur ki, o İslam ölkəsində dini maarifi və şəri hökmləri öyrənə, vacib vəzifələrini yerinə yetirə biləcəyi və haramdan uzaq olacağı halda oranı tərk edib, bu deyilənlərin hamısını və ya bəzisini yerinə yetirə bilməsin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP