Sual (161) : Haqqı almaq üçün rüşvət verməyin hökmü nədir? Bunu nəzərə alaq ki, bəzən başqaları üçün çətinlik yaradılır, məsələn, haqq sahibinin başqalarından qabağa keçirilməsinə səbəb olur.
Имя: Sahib, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Rüşvət vermək və onu almaq caiz deyil, təkcə haqqı olmadan başqaları üçün maneçilik törətdikdə deyil, hətta başqaları üçün çətinlik və zəhmət yaratmasa belə caiz deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (162) : Bəzən müəyyən şəxslər müraciət edənlərdən onların işlərini görmək müqabilində rüşvət istəyirlər. Onlara rüşvət vermək caizdirmi?
Имя: Cavad, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
İdarələrə müraciət edənlərdən heç birinin öz işinin yerinə yetirilməsi üçün pul, yaxud müəyyən bir xidməti qanunsuz şəkildə idarə işçilərinə verməyə haqqı yoxdur, halbuki, onlar müraciət edənlərə xidmət etməyə borcludurlar. Həmçinin, qanuni nəzərdən camaatın işini yerinə yetirməyə borclu olan idarə işçiləri, müraciət edənlərin işini yerinə yetirdiyinə görə heç bir məbləği qanunsuz olaraq istəyə və ya ala bilməzlər. Onların (aldıqları təqdirdə də) bu maldan istifadə etmələri caiz deyil, əksinə, onu sahiblərinə qaytarmalıdırlar.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (163) : Müraciət edənlərin vasitəsilə, özlərinin tam razılığı və səmimi qəlbdən dövlət işçilərinə istər nağd pul, istər yeməli, istərsə də başqa şeydən olan hədiyyələr verilirsə, bunun hökmü nədir? Dövlət işçilərinə rüşvət ünvanı ilə verilən şeylərin hökmü nədir – istər onu verən şəxs üçün bir iş görülməsi təvəqqesi ilə olsun, istərsə də başqa məqsədlə? Əgər işçi rüşvətə tamah gözü dikmə nəticəsində qanuna zidd olan bir əmələ mürtəkib olarsa, hökmü nədir?
Имя: Cavad, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Möhtərəm dövlət işçilərinə vacibdir ki, bütün müraciət edənlərlə idarələrə məxsus olan xüsusi qanun və qaydalar əsasında rəftar etsinlər, müraciət edənlərdən hansınınsa hədiyyəsini qəbul etmək də onlar üçün caiz olan bir yolla olsun. Çünki (bu iş) fəsada, onlar barəsində bədgümanlıq yaranmasına, tamahkar şəxslərin qanuna əməl etməmələrinə və başqalarının hüququnun tapdalanmasına təhrik edir. Amma rüşvətə gəldikdə isə şübhəsiz onu alana və verənə haramdır. Onu alan şəxsə (aldığı şeyi) sahibinə qaytarmaq vacibdir və ondan istifadə etmə haqqı yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (164) : Bir şəxs dövlət qulluqçusuna təşəkkür və hörmət əlaməti olaraq müəyyən bir hədiyyə versə, onun hökmü nədir? Hərçənd, o qulluqçu heç bir təmənnası olmadan bir iş görmüşdür.
Имя: Malik, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
İş yerində və müraciət edənlər tərəfindən hədiyyə verilməsi ən təhlükəli işlərdən biridir, bu işdən nə qədər çox çəkinsəniz, dünya və axirətiniz üçün bir o qədər xeyirli olacaqdır. Yalnız bir halda onu almaq caizdir: o da bundan ibarətdir ki, hədiyyə vermək istəyən həddindən artıq çox israr etsin, məmur da onu qəbul etməkdən imtina etsin, nəhayət müəyyən yollarla onu hədiyyə etsin, bu da əvvəlcədən heç bir təvəqqe olmadan və müzakirə edilmədən, eləcə də iş görülüb qurtardıqdan sonra baş vermiş olarsa.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (165) : Bəzi bank müştəriləri mövcud adətlər əsasında bank işçilərinə bayram hədiyyələri verir və inanırlar ki, əgər bu hədiyyələri verməsələr, işləri bəyənilən şəkildə yerinə yetirilməz. Bu işin hökmü nədir?
Имя: Sahib, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər bu hədiyyələr bankın müştərilərə göstərdiyi xidmətlərdə ayrı-seçkiliyə səbəb olarsa və nəticədə fəsada, başqalarının hüquqlarının aradan getməsinə səbəb olarsa müştərilər o hədiyyələri işçilərə verməməlidirlər, işçilərin onu almağa haqqı yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (166) : Bəzi bank müştəriləri işlərinin sürətlə yerinə yetirilməsi və daha yaxşı xidmət olunması üçün bank işçilərinə müəyyən qədər mal verirlər. Bunu da nəzərə alaq ki, əgər bank işçiləri həmin şəxslər üçün o işləri yerinə yetirməsə, onlara heç bir şey verilməz. Bu halda həmin malın alınması caizdirmi?
Имя: Malik, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bank işçiləri üçün, müştərilərin işini görmək əvəzində – onlar məhz bu iş üçün işə götürüblər və onun müqabilində hər ay müəyyən məbləğdə maaş alırlar – müştərilərdən bir şey almaları caiz deyil, həmçinin bank müştəriləri də bank işçilərini şirnikləndirmək üçün onların (yerinə yetirməyə borclu olduqları) iş müqabilində nağd pul, yaxud başqa bir şey verməməlidirlər. Çünki bu iş fəsada səbəb olur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (167) : Lotoreya biletlərini almaq caizdirmi? Qeyd olunmalıdır ki, bu, xüsusi bir şirkətin mülkiyyətindədir və qazancın iyirmi faizi qadınların xeyriyyə müəssisələrinə verilir.
Имя: Mahir, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Lotoreya biletlərinin maliyyəti yoxdur və bu vərəqlər qumar aləti hökmündədir. Deməli, onların al-veri caiz deyil və bunlardan əldə etdikləri məbləğ halal olmur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (168) : Ümumxalq xeyriyyəçilik məqsədilə verdikləri şeyləri toplamaq üçün (uduş) vərəqləri satmaq caizdirmi? Belə ki, sonradan püşk atılır və toplanan sərmayənin bir qismi hədiyyə olaraq adları çıxanlara verilir, qalanları isə ümumi mənfəətə malik olan işlərə sərf edilir.
Имя: Malik, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bu əmələ bey adı verilməsi düzgün deyil. Amma xeyriyyə işləri üçün bu vərəqələrin nəşr edilməsi və yardımların yığılmasının eybi yoxdur, camaatı da adına çıxacaq püşk sahiblərinə mükafat vermək vədəsi ilə yardım etməyə sövq etmək caizdir. Bu şərtlə ki, camaat bu vərəqələri xeyriyyə işlərində iştirak etmək üçün alsınlar.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (169) : Bir şəxs öz maşınını bəxt yoxlamaq üçün qərar vermişdir (uduşa qoymuşdur). Belə ki, müsabiqədə iştirak edən şəxs müəyyən tarixdə və müəyyən qiymətə püşk atılacaq vərəqəni alır və qeyd olunan müddət sona çatdıqdan və camaatın bir qrupunun püşk mərasimində iştirak etməsindən sonra püşk kimin adına çıxsa, o şəxs udur və qiymətli maşını təhvil alır. Maşını satmaq üçün püşk atma yolundan istifadə edilən bu üslub şərən caizdirmi?
Имя: Samir, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər al-ver püşk atmadan sonra baş verərsə, maşını, püşk atılma mərasimində iştirak edən və adına çıxan şəxsə satmağın işkalı yoxdur. Lakin satıcının, öz mallarını püşkatma mərasimində (uduşda) iştirak etmək üçün ona verən başqa şəxslərin mal-dövlətindən (pulundan) istifadə etməsi “malın batil yerə yeyilməsi”dir və onu sahiblərinə qaytarması vacibdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (170) : Camaat arasında “ekoloji hədiyyə”, yaxud “rəhmət hüması” adları ilə hazırlanıb yayılan vərəqələri hazırlamaq, onlar üçün pul vermək və bu vərəqələr vasitəsilə püşkdə iştirak etməyin hökmü nədir?
Имя: Mahir, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Xeyriyyə işlərində sərf olunmaq, xeyriyyəçiləri püşk atmaq yolu ilə bu işə sövq edib rəğbətləndirmək məqsədi ilə xeyriyyə vərəqələrinin hazırlanıb yayılmasının öz-özlüyündə şəri işkalı yoxdur. Eləcə də xeyriyyə işlərində iştirak etmək məqsədi ilə bu vərəqləri hazırlamaq üçün pul verməyin eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP