Sual (151) :
Toy məclislərində iştirak etməyin hökmü nədir? Rəqsin də olduğu bu kimi toy məclislərində iştirak etməyə “bir tayfanın əməlinə daxil olan şəxs onlardandır” - ünvanı aid edilirmi və buna görə də o məclisi tərk etmək vacibdirmi, yoxsa rəqs və sair işlərə qarışmadan o məclisdə iştirak etməyin eybi yoxdur?
Имя: Mahir, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei

Bismillahir-rəhmanır-rəhim
Əgər məclis “ləhv, haram və günah məclisidir” ünvanı aid edilə biləcək surətdə olmasa və orada iştirak etməyin heç bir fəsadı olmasa, bu halda orada hazır olub iştirak etmək camaat arasında caiz olmayan bir əməli təsdiqləmək sayılmazsa, eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (152) :
Bəzi hallarda yad ölkələrin institutları, yaxud müəllimləri tərəfindən kollektiv şəkildə bayram şənlikləri təşkil olunur. Əvvəlcədən də o məclisdə spirtli içkilər verilməsi məlumdur. O şənlikdə iştirak etmək məqsədində olan tələbələrin şəri vəzifəsi nədir?
Имя: Elnur, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Имя: Elnur, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Şərab içilən məclislərdə iştirak etmək heç kəs üçün caiz deyil. Siz bu məclislərdə iştirak etməyin ki, sizin müsəlman olduğunuza görə şərab məclisində iştirak etmədiyinizi və şərab içmədiyinizi başa düşsünlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (153) :
Məninin müayinə edilməsi və (laboratoriyada) analiz edilməsi üçün həkimin göstərişi əsasında istimna etmək caizdirmi?
Имя: Elnur, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Имя: Elnur, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Müalicə prosesində onun müalicə edilməsi həmin işə bağlıdırsa və istimna həyat yoldaşı vasitəsilə mümkün olmazsa, eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (154) :
Qadınların, qadın xəstəlikləri üzrə mütəxəssis olan kişi həkiminə müraciət etməsi – əgər o, ixtisasında başqa qadın həkimlərindən mahir olarsa, yaxud qadın həkiminə müraciət edilməsi çətin olarsa- caizdirmi?
Имя: Elnur, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Имя: Elnur, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər müayinə və müalicə haram baxışa və ləmsə (toxunmaya) bağlıdırsa, kişi həkiminə müraciət etmək caiz deyil. Amma əgər mütəxəssis qadın həkiminə müraciət etmək mümkün olmazsa, yaxud çox çətin olarsa, bu hal istisnadır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (155) :
Ərdən başqa şəxslərin, hətta həkimin qadının övrətinə baxması mütləq şəkildə haramdırmı?
Имя: Mahir, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Имя: Mahir, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Ərdən başqalarının, hətta qadın həkiminin də qadının övrətinə baxması haramdır. Zərurət və xəstəliyin müalicə edilməsi halı istisnadır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (156) :
Kişi həkimi tərəfindən qadınlarda gözəllik məqsədilə aparılan cərrahiyyə əməliyyatı (plastik cərrahiyyə) onlara baxılmasına və əl vurulmasına səbəb olarsa, caizdirmi?
Имя: Mahir, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Имя: Mahir, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Gözəllik üçün aparılan cərrahiyyə əməliyyatı xəstələrin müalicə olunması hesab olunmur və bu işə görə də haram olan baxış və toxunuş caiz deyil. Yalnız o zaman caizdir ki, yanıq və s. kimi şeyləri müalicə etmək üçün olsun və həkim də ona baxmağa, əl vurmağa məcbur olsun.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (157) :
Xəstə ilə eyni cinsdən olmayan tibb işçisi üçün nəbzi tutmaq və xəstənin bədəninə toxunmağı tələb edən sair işlər üçün əlcək geymək mümkün olsa, bu iş həkimlərin xəstələri müalicə edən zaman geydikləri əlcəkdən istifadə etmədən caizdirmi?
Имя: Mahir, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Имя: Mahir, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
(Müayinə zamanı) paltarın üstündən əl vurmaq, yaxud müalicə zamanı əlcək geymək mümkün olduğu halda eyni cinsdən olmayan xəstənin bədəninə əl vurmağa zərurət yoxdur və buna görə də caiz deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (158) :
Vergi şöbəsinin müdiri mühasibə məmurlarından istəmişdir ki, şirkətlərdən birinin vergisini bir az azaltsınlar. Bu işdən imtina edəcəyi təqdirdə onun üçün çoxlu çətinliklər yarana bilər. Bu kimi hallarda həmin məmurun, müdirin göstərişlərinə əməl etməsi vacibdirmi? Bu göstərişi icra etmək müqabilində pul ala bilərmi?
Имя: Cavad, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Имя: Cavad, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bu kimi məsələlərdə qanuni normalara uyğun əməl edilməlidir və onu pozmaq caiz deyil, istər pulsuz olsun, istərsə də pul almaq müqabilində.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (159) :
Qaçaqçılar dövlət işçilərindən bəzilərinə, onların qanunu pozmalarını görməməzliyə vurmaları müqabilində müəyyən miqdarda pul verirlər. Dövlət işçisi onların istəyini qəbul etmədikdə isə onu qətl ilə təhdid edirlər. Bu hallarda dövlət işçisinin vəzifəsi nədir?
Имя: Elnur, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Имя: Elnur, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Qaçaqçıların qanuna zidd olan əməllərini görməməzliyə vurmaq və güzəştə getmək müqabilində hər hansı məbləği almaq caiz deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (160) :
Bir şəxs özünün şəri və qanuni işi rahatlıqla yerinə yetirilsin deyə, onun qanuni işini yerinə yetirən idarənin işçilərinə müəyyən məbləğdə rüşvət verməyə məcbur olur. Çünki onun fikrincə əgər bu məbləği verməzsə, idarə işçiləri onun işini yerinə yetirməyəcəklər. Bu məbləğ rüşvətə aid edilirmi? Bu əməl haramdırmı, yoxsa onun idarə işinin yerinə yetirilməsi üçün verilən məbləğ zərurət halında olduğundan rüşvət adını onun üzərindən götürür və nəticədə haram olmur?
Имя: Mahir, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Имя: Mahir, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Müraciət edən şəxs tərəfindən pulun, yaxud başqa bir şeyin əhaliyə idarə xidmətlərini göstərməyə borclu olan idarə işçilərinə vermək – bu iş hökmən idarələrdə qanunsuzluğa (fəsada) səbəb olacaqdır – şəri cəhətdən haram hesab olunan bir əməldir və zərurət və çıxılmaz halının təsəvvür olunması da bu işin yerinə yetirilməsinə əsas ola bilməz.