Sual (111) : Bir qadına zina nisbəti verən şəxsin hökmü nədir?
Имя: Elmar, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Ümumiyyətlə əgər baliğ və aqil olan şəxs baliğ, aqil, azad və iffətli müsəlman kişi və qadına zina nisbəti versə, həddi səksən taziyanadır ki, paltarı üstündən ona vursunlar. amma əgər digər söyüşlər versə və əziyyət etsə, o şəxsin müraciətiylə şəriət hakimi onu cəzalandırar. yəni ədəbləndirmək üçün nə qədər məsləhət bilsə, ona taziyana vurarlar.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (112) : Qadın ərinə zina nisbəti versə, ona hökm icra olunurmu?
Имя: Fariq, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bəli, sabit olsa və əri tələb etsə, şəriət hakimi həddi icra edir. Ər də əgər arvadına zina nisbəti versə, həmin hökmü vardır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (113) : İki nəfər bir-birlərinə zina ya ləvat nisbəti veriblərsə, hər ikisinə hədd icra olunurmu?
Имя: Anar, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Verilən suala əsasən hədd hər ikisindən götürülür. amma şəriət hakimi hansı miqdar məsləhət bilsə, onlara taziyanə vururlar.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (114) : Əgər müsəlman öz müsəlman qardaşına ittihamlar yağdırsa, hökmü necədir?
Имя: Huseynaga, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər zina ya ləvat nisbəti olsa, onun həddi məhkəmədə isbat olmaqla qazi başlayır. Əgər zina ya ləvat nisbəti olmasa xüsusi bir həddi yoxdur. lakin cəzası vardır ki, onun miqdarını təyin etmək məhkəmədə qazinin və şəriət hakiminin öhtəsindədir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (115) : Oğurluq səbəbinə barmaqları kəsilən bir kəs öz xərci ilə barmaqlarını yapışdıra bilərmi?
Имя: Cabir, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Barmaqları kəsmək digərləri üçün ibrət almaq və oğurluqdan əl götürmək üçün kəsilir. İkinci dəfə onu yapışdıra bilməzlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (116) : Bir oğru oğruluğuna etiraf etmişdir. amma əsl mal arada yoxdur. Bu günün qiyməti ilə yoxsa oğurladığı günün qiyməti ilə ödənməlidir?
Имя: Alim, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər oğurlanmış mal tələf olsa, ya əldə yoxdursa, gərək hazırki günün qiyməti ilə ödənməlidir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (117) : Əli kəsməyə səbəb olan oğurluq həddi hər bir oğurluğa şamildirmi? məsələn əgər bir şəxs aclıq və yoxsulluq üzündən oğurluq etsə gərək əli kəsilsin, ya yox?
Имя: Elshad, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Oğrunun əlini kəsməyin şərtləri vardır. o şərtlərlə oğurluq sabit olana qədər hədd icra olunmur. mövcud şərtləri tanıtdırmaq müctəhid və məhkəmə ilədir. Əgər yoxsulluq zəruri həddə çatsa, hədd icra olunmur. həmçinin oğurluq şəriət hakiminin yanında sabit olmamışdan əvvəl əgər oğru tövbə etsə, hədd icra olunmur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (118) : Bir şəxs şikayət edir ki, bir nəfər mənim mallarımı oğurlayıb və əlamətlər qeyd edir. məsələn, mənim evimin ətrafını axtarıb deyir. amma kifayətedici dəlil gətirmirsə, oğurluğu inkar edəni and içdirmək olarmı? Əgər and içilmədən müttəhimə bəraət hökmü verirsə, hökm səhihdir, ya gərək pozulsun?
Имя: Seyid, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bu iddiaçı və inkar edən hallardandır. Çünki, iddiaçı dəlil gətirməsə, qazidən müttəhimi and içdirməyi istəyə bilərlər. and içmədən müttəhimin bəraətinə hökm vermək səhih deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (119) : Xahiş edirik, oğrunun əlinin kəsilməyinin necəliyini xülasə şəkildə bəyan edin.
Имя: Seyid, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Oğrunun əlini kəsməyin necəliyi budur ki, əgər bir şəxs sonradan deyiləcək şərtlərlə oğurluq etsə, birinci dəfə şəriət hakiminin göstərişinə əsasən sağ əlinin dörd barmağı dibindən kəsilir, əlinin içi və baş barmağı qalır. ikinci dəfə sol ayağ, ayağın ortasından kəsilir və daban hissəsi qalır. Üçüncü dəfə onu ölənə qədər həbs edirlər və əgər xərcləri yoxdursa, beytul-maldan verirlər. Əgər zindanda da oğurluq etsə, onu öldürürlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (120) : Xahiş edirik, oğurluq və həddin icra şəraitini bəyan edəsiniz.
Имя: Alim, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
1) oğru həddi-buluğ olsun.
2) aqil olsun.
3) Öz ixtiyarı ilə oğurluq etsin.
4) oğurlanan mal ən azı bir dinarın dörddə biri qədər olsun.
5) götürdüyü malın camaatın malı olduğunu bilmişdir. bəs əgər səhvən olsa və öz malı olduğu gümanl etsə, hədd icra olunmur. hərçənd zamindir.
6) onun özü götürdüyü malda şərik olmasın. bəs əgər məsələn, şərikli maldan öz payı miqdarında götürsə, həddi yoxdur.
7) mal qorunan, bağlı yerdə olsa və o oranın mühavizəsini o cümlədən, qıfılı sındırsın, ya açsın və ya divarını xarab, ya deşib və yaxud divarı aşıb aradan aparmış olsun. bəs əgər başqası qapını açsa və o malı aparsa, ya hamam, məscid və ümumi yerlərdə malı aparsa, hədd icra olunmur. hərçənd onu cəzalandırırlar.
8) başqasının malını mənfiyanə aparsın. bəs əgər bir zalım güclə açıq-aşkar qapını açıb malı aparsa, ya malı zorla sahibindən alsa, ya əmanət malı istifadə edib qaytarmasa, onun əlini kəsmirlər. hərçənd zamindir və cəzalandırılır.
9) oğru mal sahibinin atası olmasın. Övladın malını oğrayan atanın əlini oğurluq üçün kəsmirlər. amma atanın malının oğurluğu üçün övladın əlini kəsmirlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP